Fənn · Elektrik və elektronika mühəndisliyi
GÜC ELEKTRONİKASI VƏ ELEKTRİK İNTİQALI
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
—
Fənnin təsviri
Fənn öyrənilməsinin əsas məqsədlərinə aşağıdakılar daxildir: Tələbədə güc elektronikasının sahəsində peşəkar bacarıqların formalaşdırılması, elektrik və elektronik güc çeviricilərinin tətbiqi ilə texnoloji proseslərin elektromexaniki sistemlərin avtomatlaşdırılması ilə əlaqədar gələcək peşə fənlərini öyrənmək üçün tələb olunun ilkin və zəruri biliklərin təmin olunması. Fənnin öyrənilməsinin əsas vəzifələrinə aşağıdakılar daxildir: Gələcək bakalavrların güc elektronikasının cihazlarının layihələndirilməsi, sınaqdan keçirilməsi və istismarı üzrə nəzəri və praktik hazırlığı. I.2. Fənnin bakalavriat təhsil proqramı strukturundakı yeri. "Güc elektronikası və elektrik intiqalı" fənni ixtisasın Təhsil Planının əsas 120 kreditlik bölməsinə daxil olan məcburi tədris edilən ümumpeşə fənnidir. I.3. Fənnin mənimsənilməsi nəticəsində tələbələrdə formalaşmalı olan kompetensiyaların formalaşması mərhələsi kimi aşağıdakı öyrənmə nəticələrinin əldə edilməsi təmin olunmalıdır: * Güc elektronikası avadanlıqlarını və elektrik intiqallarını təsnifat əlamətlərinə görə sinifləşdirməyi, onların təsnifat qruplarına görə sxematik həlli üsullarını ; * Güc yarımkeçirici cihazlarının və elektrik intiqallarının işləmə prinsipini və tətbiq xüsusiyyətlərini * Güc çeviricisi –elektromexaniki çevirici sistemində statik və tənzimləmə xarakteristikalarının nəzəri –riyazi tədqiqini bilməlidir. * Güc elektronika qurğularının və elektrik intiqallarının seçilməsini, texniki-istismaq parametrlərinin hesabının aparılmasını; * Tətbiqi proqram paketləri ilə müəyyən edilən virtual mühitlərdə modeləşşdirilməsini, simulyasiyasını və simulyasi nəticələrini təhlil etməyi; * Güc elektronika qurğularının və elektrik intiqallarının laboratoriya şəraitində müstəqil tədqiqinin yerinə yetirilməsini bacarmalıdır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.