Fənn · Elektrik və elektronika mühəndisliyi

Elektrik ölçmələri və vasitələriSillabus

İF-2158y6 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2158y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 45 saat - mühazirə b) 15 saat - laboratoriya
Auditoriyadankənar saatlar
a) 120 saat - sərbəst iş

Fənn haqqında

Fənn elektrik parametrlərinin ölçmə metodlarını və vasitələrini, ölçmələrdə yaranan xətaları və onların azaldılması üsullarını, müasir rəqəmsal ölçmələri, intellektual və virtual ölçü vasitələrini, elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), dövrə elementlərinin parametrlərinin və siqnalların ölçülməsi üsullarını öyrədir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • laboratoriya işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Texniki ölçmələrin nəzəri əsaslarını izah edir.

  2. CLO 2: Ölçmə xətalarının təyini metodlarını, ölçü cihazlarının dəqiqlik siniflərini və xətaların azaldılması üsullarını tətbiq edir.

  3. CLO 3: Elektrik dövrələrində parametrlərin ölçülməsi üçün cihaz və vasitələri və onların növlərini seçir.

  4. CLO 4: Elektrik və elektron dövrə elementlərinin parametrlərini, gərginlik və cərəyanı, tezliyi, zaman intervalını, faza sürüşməsini və elektrik gücünü ölçür.

  5. CLO 5: Siqnalların forma və parametrlərinin ölçülməsi və tədqiqi metodlarını tətbiq edir.

  6. CLO 6: Rəqəmsal ölçmə metodlarından və vasitələrindən istifadə edir.

Mövzu planı

  1. 1.
    Giriş. Elektrik ölçmələri haqqında ümumi məlumat, inkişafı, tətbiq sahələri. Fənnin strukturu və məzmunuMühazirə
  2. 2.
    Ölçmə texnikasının əsas anlayışları və əsas fiziki kəmiyyətlərMühazirə
  3. 3.
    Ölçmənin növləri və metodları. Ölçmə xətalarıMühazirə
  4. 4.
    Xətaların paylanma ehtimallarıMühazirə
  5. 5.
    Mexaniki kəmiyyətlərin etalonları. Əsas elektrik kəmiyyətləri və etalonlarıMühazirə
  6. 6.
    Çeviricilər və onların seçilməsi. Çeviricilərin xarakteristikaları və güc elementləriMühazirə
  7. 7.
    Maqnitoelektrik və elektromaqnit ölçü cihazlarıMühazirə
  8. 8.
    Elektrodinamik ölçü cihazlarıMühazirə
  9. 9.
    Rəqəmli ölçmə cihazları. Strukturu və elementlərin vəzifələriMühazirə
  10. 10.
    Ölçü körpüləri və onun elektrik kəmiyyətlərinin ölçülməsində istifadəsiMühazirə
  11. 11.
    Dəyişən cərəyan dövrələrinin parametrlərinin ölçülməsi. Cərəyan ölçü transformatorları vasitəsilə ölçmələrMühazirə
  12. 12.
    Dəyişən cərəyan dövrələrində gücün ölçülməsi. Birfazalı dövrələrdə aktiv gücün ölçülməsiMühazirə
  13. 13.
    Faza sürüşməsinin ölçülməsi. Tezliyin ölçülməsiMühazirə
  14. 14.
    Maqnit kəmiyyətləri və onların ölçülməsiMühazirə
  15. 15.
    Dolaqların omik müqavimətinin ölçülməsiMühazirə
  16. 16.
    Temperaturun ölçülməsi üsullarıMühazirə
  17. 17.
    Mexaniki və elektromaqnit momentlərin ölçülməsi üsullarıMühazirə
  18. 18.
    Fırlanma tezliyinin ölçülməsi üsullarıMühazirə
  19. 19.
    Sabit cərəyan dövrələrində cərəyan və gərginliklərin ölçülməsiMühazirə
  20. 20.
    Sinxron generatorların yük bucağı və onun ölçülməsiMühazirə
  21. 21.
    Müqavimət termoçeviriciləri ilə komplektdə işləyən ölçmə vasitələri. Qeyri-avtomatik körpü sxemləriMühazirə
  22. 22.
    Təzyiqin induktiv, tutum və tenzorezistor çeviriciləri vasitəsilə ölçülməsi. Dövrlər sayının taxogeneratorla ölçülməsiMühazirə
  23. 23.
    Ölçü informasiya sistemləri. Ölçü informasiyası, onun çevrilməsi və ötürülməsi metodlarıMühazirə
  24. 24.
    Sabit gərginlik, cərəyan və omik müqavimətlərin ölçülməsi (laboratoriya)Laboratoriya işi
  25. 25.
    Dəyişən cərəyan dövrəsində gərginlik, cərəyan, müqavimət və digər parametrlərin ölçülməsi (laboratoriya)Laboratoriya işi
  26. 26.
    Dəyişən cərəyan dövrəsində gücün, faza sürüşməsinin və tezliyin ölçülməsi (laboratoriya)Laboratoriya işi
  27. 27.
    Qeyri-elektrik kəmiyyətlərin çeviriciləri. Termoelektrik çeviricilər. Termorezistorlar. Fotoelektrik çeviricilər (laboratoriya)Laboratoriya işi
  28. 28.
    Təzyiqin və dövrlər sayının ölçülməsi (laboratoriya)Laboratoriya işi

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6