Fənn · Elektrik və elektronika mühəndisliyi
Elektrik ölçmələri və vasitələri
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Akademik il
2025-2026
Fənnin təsviri
Fənn elektrik parametrlərinin ölçmə metodlarını və vasitələrini, ölçmələrdə yaranan xətaları və onların azaldılması üsullarını, müasir rəqəmsal ölçmələri, intellektual və virtual ölçü vasitələrini, elektrik kəmiyyətlərinin (gərginlik, cərəyan, güc, enerji), dövrə elementlərinin parametrlərinin və siqnalların ölçülməsi üsullarını öyrədir.
Fənn təlim nəticələri
CLO 1: Texniki ölçmələrin nəzəri əsaslarını izah edir.
CLO 2: Ölçmə xətalarının təyini metodlarını, ölçü cihazlarının dəqiqlik siniflərini və xətaların azaldılması üsullarını tətbiq edir.
CLO 3: Elektrik dövrələrində parametrlərin ölçülməsi üçün cihaz və vasitələri və onların növlərini seçir.
CLO 4: Elektrik və elektron dövrə elementlərinin parametrlərini, gərginlik və cərəyanı, tezliyi, zaman intervalını, faza sürüşməsini və elektrik gücünü ölçür.
CLO 5: Siqnalların forma və parametrlərinin ölçülməsi və tədqiqi metodlarını tətbiq edir.
CLO 6: Rəqəmsal ölçmə metodlarından və vasitələrindən istifadə edir.






