Ümumi məlumat
- Fənn kodu
- İF-20313y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadankənar saatlar
- a) 120 saat - sərbəst iş
Fənn haqqında
Fənn yarımkeçirici diodları, bipolyar və unipolyar tranzistorları, optoelektron cihazları, gücləndiricilərin struktur sxemlərini, iş rejimlərini və xarakteristikalarını, əks əlaqəni, çoxkaskadlı və diferensial gücləndiriciləri, əməliyyat gücləndiriciləri əsasında xətti və qeyri-xətti sxemləri, elektron açarları, siqnal generatorlarını, ikinci qida mənbələrini və stabilizatorları öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- laboratoriya işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektron cihazlarının iş prinsipini, xüsusiyyətlərini, parametrlərini, qoşulma sxemlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Gücləndirici qurğuların növlərini, parametrlərini və xarakteristikalarını təhlil edir.
CLO 3: Əməliyyat gücləndiricilərini və onlar əsasında qurulan xətti və qeyri-xətti sxemləri hesablayır.
CLO 4: Diod, tiristor və tranzistor açarlarının sxemlərini, parametrlərini və tətbiq xüsusiyyətlərini izah edir.
CLO 5: Elektron generatorların iş prinsipini, sxem variantlarını və çıxış siqnallarının parametrlərini müəyyən edir.
CLO 6: İkinci qida mənbələrinin sxemlərini hesablayır, parametrik və kompensasiyalı gərginlik stabilizatorlarının tətbiq xüsusiyyətlərini izah edir.
Mövzu planı
- 1.Analoq elektronikasının inkişaf mərhələləri haqqında məlumatMühazirə
Yarımkeçiricilər texnikasında istifadə edilən əsas materiallar, onların atom qəfəsində valent və kovalent rabitə, sərbəst energetik zona səviyyələri
- 2.Elektron – deşik (p-n) keçidində baş verən fiziki proseslər. Yükdaşıyıcıların diffuziyası və dreyfiMühazirə
p-n keçidində çəpər və diffuziya tutumları
- 3.Diodların əsas parametrləri və növləriMühazirə
Stabilitron, tunel diodu, Şotki diodu və varikapın işləmə prinsipləri və volt-amper xarakteristikaları
- 4.Bipolyar və unipolyar tranzistorların quruluşu, növləri, iş prinsipi və volt-amper xarakteristikalarıMühazirə
- 5.Tiristorların və optoelektron cihazların quruluşu, növləri, iş prinsipi, volt-amper xarakteristikalarıMühazirə
- 6.Elektron gücləndiricilər, onların növləri, əsas parametrləri və xarakteristikalarıMühazirə
- 7.Birkaskadlı gücləndirici: qoşulma sxemləri, işçi nöqtəsinin stabilləşdirmə üsulları, iş prinsipiMühazirə
- 8.Gücləndiricidə tranzistorun qoşulma sxemlərinə görə fərqli xüsusiyyətləri. Gücləndiricilərin sinifi iş rejimləri: A, B, AB, C və D sinfi rejimlərMühazirə
- 9.Gücləndiricilərdə əks əlaqələr. Əks əlaqələrin dövrələrinin qurulma sxemləriMühazirə
- 10.Gücləndiricilərdə müsbət və mənfi əks əlaqənin əsas xüsusiyyətləriMühazirə
- 11.Sabit cərəyan gücləndiricisi, onun üstün və qüsurlu cəhətləriMühazirə
- 12.Əməliyyat gücləndiricisi (ƏG). ƏG-nin iş prinsipi və xarakteristikasıMühazirə
ƏG üzərində qurulmuş invers və qeyri-invers gücləndiricilərin iş prinsipləri
- 13.ƏG əsasında qurulan xətti elektron sxemlərin növləri: inteqrallayıcı, diferensiallayıcı, komparator, loqarifmator, cəmləyici qurğularMühazirə
- 14.Transformator əlaqəli və transformatorsuz birtaktlı və ikitaktlı güc gücləndiricisinin iş prinsipiMühazirə
- 15.İmpuls tipli çeviricilərin sxemləri: birtaktlı düz gedişli və əks gedişli çeviricilərin qurulma sxemi, iş prinsipiMühazirə
- 16.Yarımkeçirici materiallar, p-n keçiddə baş verən fiziki proseslərMəşğələ
- 17.Yarımkeçirici cihazların quruluşu və iş prinsipiMəşğələ
- 18.Bipolyar tranzistorlu ümumi emitterli gücləndiriciMəşğələ
- 19.Sahə tranzistorlu ümumi istoklu gücləndiriciMəşğələ
- 20.ƏG-də qurulmuş invers və qeyri-invers gücləndiriciMəşğələ
- 21.ƏG üzərində cəmləyicinin və komparatorun tədqiqiMəşğələ
- 22.Transformator əlaqəli güc gücləndiriciləriMəşğələ
- 23.Transformatorsuz güc gücləndiriciləriMəşğələ
- 24.Laboratoriya işləri və avadanlıqlarla tanışlıqLaboratoriya işi
- 25.Stabilitronun və yarımkeçiricilərin volt-amper xarakteristikasının tədqiqiLaboratoriya işi
- 26.Bipolyar tranzistorun ÜB və ÜE qoşulma sxemlərinin tədqiqiLaboratoriya işi
- 27.Dinistorun və tiristorun volt-amper xarakteristikalarının öyrənilməsiLaboratoriya işi
- 28.Gücləndiricinin xarakteristikalarının tədqiqiLaboratoriya işi
- 29.Birfazalı və üçfazalı düzləndiricilərin tədqiqiLaboratoriya işi
- 30.Laboratoriya işlərinin təhvil alınmasıLaboratoriya işi
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






