General information
- Subject code
- İF-20313y
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Compulsory
- Mode of study
- Full-time
- Language of instruction
- Azerbaijani
- Contact hours
- a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Independent study hours
- a) 120 saat - sərbəst iş
About the subject
Fənn yarımkeçirici diodları, bipolyar və unipolyar tranzistorları, optoelektron cihazları, gücləndiricilərin struktur sxemlərini, iş rejimlərini və xarakteristikalarını, əks əlaqəni, çoxkaskadlı və diferensial gücləndiriciləri, əməliyyat gücləndiriciləri əsasında xətti və qeyri-xətti sxemləri, elektron açarları, siqnal generatorlarını, ikinci qida mənbələrini və stabilizatorları öyrədir.
Teaching methods
- lecture
- interactive discussion
- seminar
- laboratory work
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Elektron cihazlarının iş prinsipini, xüsusiyyətlərini, parametrlərini, qoşulma sxemlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Gücləndirici qurğuların növlərini, parametrlərini və xarakteristikalarını təhlil edir.
CLO 3: Əməliyyat gücləndiricilərini və onlar əsasında qurulan xətti və qeyri-xətti sxemləri hesablayır.
CLO 4: Diod, tiristor və tranzistor açarlarının sxemlərini, parametrlərini və tətbiq xüsusiyyətlərini izah edir.
CLO 5: Elektron generatorların iş prinsipini, sxem variantlarını və çıxış siqnallarının parametrlərini müəyyən edir.
CLO 6: İkinci qida mənbələrinin sxemlərini hesablayır, parametrik və kompensasiyalı gərginlik stabilizatorlarının tətbiq xüsusiyyətlərini izah edir.
Topic plan
- 1.Analoq elektronikasının inkişaf mərhələləri haqqında məlumatLecture
Yarımkeçiricilər texnikasında istifadə edilən əsas materiallar, onların atom qəfəsində valent və kovalent rabitə, sərbəst energetik zona səviyyələri
- 2.Elektron – deşik (p-n) keçidində baş verən fiziki proseslər. yükdaşıyıcıların diffuziyası və dreyfiLecture
P-n keçidində çəpər və diffuziya tutumları
- 3.Diodların əsas parametrləri və növləriLecture
Stabilitron, tunel diodu, şotki diodu və varikapın işləmə prinsipləri və volt-amper xarakteristikaları
- 4.Bipolyar və unipolyar tranzistorların quruluşu, növləri, iş prinsipi və volt-amper xarakteristikalarıLecture
- 5.Tiristorların və optoelektron cihazların quruluşu, növləri, iş prinsipi, volt-amper xarakteristikalarıLecture
- 6.Elektron gücləndiricilər, onların növləri, əsas parametrləri və xarakteristikalarıLecture
- 7.Birkaskadlı gücləndirici: qoşulma sxemləri, işçi nöqtəsinin stabilləşdirmə üsulları, iş prinsipiLecture
- 8.Gücləndiricidə tranzistorun qoşulma sxemlərinə görə fərqli xüsusiyyətləri. gücləndiricilərin sinifi iş rejimləri: a, b, ab, c və d sinfi rejimlərLecture
- 9.Gücləndiricilərdə əks əlaqələr. əks əlaqələrin dövrələrinin qurulma sxemləriLecture
- 10.Gücləndiricilərdə müsbət və mənfi əks əlaqənin əsas xüsusiyyətləriLecture
- 11.Sabit cərəyan gücləndiricisi, onun üstün və qüsurlu cəhətləriLecture
- 12.Əməliyyat gücləndiricisi (əg). əg-nin iş prinsipi və xarakteristikasıLecture
Əg üzərində qurulmuş invers və qeyri-invers gücləndiricilərin iş prinsipləri
- 13.Əg əsasında qurulan xətti elektron sxemlərin növləri: inteqrallayıcı, diferensiallayıcı, komparator, loqarifmator, cəmləyici qurğularLecture
- 14.Transformator əlaqəli və transformatorsuz birtaktlı və ikitaktlı güc gücləndiricisinin iş prinsipiLecture
- 15.İmpuls tipli çeviricilərin sxemləri: birtaktlı düz gedişli və əks gedişli çeviricilərin qurulma sxemi, iş prinsipiLecture
- 16.Yarımkeçirici materiallar, p-n keçiddə baş verən fiziki proseslərSeminar
- 17.Yarımkeçirici cihazların quruluşu və iş prinsipiSeminar
- 18.Bipolyar tranzistorlu ümumi emitterli gücləndiriciSeminar
- 19.Sahə tranzistorlu ümumi istoklu gücləndiriciSeminar
- 20.Əg-də qurulmuş invers və qeyri-invers gücləndiriciSeminar
- 21.Əg üzərində cəmləyicinin və komparatorun tədqiqiSeminar
- 22.Transformator əlaqəli güc gücləndiriciləriSeminar
- 23.Transformatorsuz güc gücləndiriciləriSeminar
- 24.Laboratoriya işləri və avadanlıqlarla tanışlıqLaboratory work
- 25.Stabilitronun və yarımkeçiricilərin volt-amper xarakteristikasının tədqiqiLaboratory work
- 26.Bipolyar tranzistorun üb və üe qoşulma sxemlərinin tədqiqiLaboratory work
- 27.Dinistorun və tiristorun volt-amper xarakteristikalarının öyrənilməsiLaboratory work
- 28.Gücləndiricinin xarakteristikalarının tədqiqiLaboratory work
- 29.Birfazalı və üçfazalı düzləndiricilərin tədqiqiLaboratory work
- 30.Laboratoriya işlərinin təhvil alınmasıLaboratory work
Reading list
The reading list has not yet been published.
Assessment
| Assessment method | Description | Marks | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






