Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
“Zaman sıralarının təhlili” fənninin əsas məzmunu müxtəlif sosial-iqtisadi, maliyyə və istehsal göstəricilərinin zaman üzrə dəyişməsinin statistik üsullarla öyrənilməsindən ibarətdir. Fənnin əsas hədəfi tələbələrdə zaman sıralarının qurulması, onların əsas dinamika göstəricilərinin hesablanması, dəyişmə meyillərinin və trendin müəyyən edilməsi, mövsümi və digər dəyişmələrin təhlili, statistik modellərin qurulması və real məlumatlar əsasında proqnozlaşdırma bacarıqlarının formalaşdırılmasıdır. Fənnin məqsədi tələbələrə zaman sıralarının növləri və komponentləri, mütləq, nisbi və orta dinamika göstəriciləri, sürüşkən orta və analitik hamarlaşdırma üsulları, xətti və qeyri-xətti trend modelləri, mövsümi dəyişmələr, avtokorrelyasiya və proqnozlaşdırma metodlarını öyrətmək, əldə edilmiş statistik nəticələri düzgün şərh etmək və onları iqtisadi, idarəetmə və praktiki qərarların qəbulunda tətbiq etmək bacarığı qazandırmaqdır.
Fənn təlim nəticələri
CLO 1: • FTN1: Zaman sıralarının növlərini, quruluşunu və əsas komponentlərini izah edir, zaman sıralarını formalaşdırır və ilkin təhlil edir.
CLO 2: • FTN2: Zaman sıralarında mütləq, nisbi və orta dinamika göstəricilərini hesablayır və dəyişmə meyillərini qiymətləndirir.
CLO 3: • FTN3: Zaman sıralarında trendi müəyyən edir, sürüşkən orta və analitik hamarlaşdırma üsullarını tətbiq edir.
CLO 4: • FTN4: Mövsümi və tsiklik dəyişmələri, həmçinin avtokorrelyasiyanı təhlil edir və nəticələri şərh edir.
CLO 5: • FTN5: Zaman sıralarının statistik modellərini qurur, real məlumatlar əsasında proqnozlaşdırma aparır və nəticələri qiymətləndirir.






