Fənn · Statistika

Zaman sıralarının təhliliSillabus

if-72144y4 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
if-72144y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə, b) 15 saat- seminar
Auditoriyadankənar saatlar
a) 45 saat – sərbəst iş, b) 30 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

“Zaman sıralarının təhlili” fənninin əsas məzmunu müxtəlif sosial-iqtisadi, maliyyə və istehsal göstəricilərinin zaman üzrə dəyişməsinin statistik üsullarla öyrənilməsindən ibarətdir. Fənnin əsas hədəfi tələbələrdə zaman sıralarının qurulması, onların əsas dinamika göstəricilərinin hesablanması, dəyişmə meyillərinin və trendin müəyyən edilməsi, mövsümi və digər dəyişmələrin təhlili, statistik modellərin qurulması və real məlumatlar əsasında proqnozlaşdırma bacarıqlarının formalaşdırılmasıdır. Fənnin məqsədi tələbələrə zaman sıralarının növləri və komponentləri, mütləq, nisbi və orta dinamika göstəriciləri, sürüşkən orta və analitik hamarlaşdırma üsulları, xətti və qeyri-xətti trend modelləri, mövsümi dəyişmələr, avtokorrelyasiya və proqnozlaşdırma metodlarını öyrətmək, əldə edilmiş statistik nəticələri düzgün şərh etmək və onları iqtisadi, idarəetmə və praktiki qərarların qəbulunda tətbiq etmək bacarığı qazandırmaqdır.

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: • FTN1: Zaman sıralarının növlərini, quruluşunu və əsas komponentlərini izah edir, zaman sıralarını formalaşdırır və ilkin təhlil edir.

  2. CLO 2: • FTN2: Zaman sıralarında mütləq, nisbi və orta dinamika göstəricilərini hesablayır və dəyişmə meyillərini qiymətləndirir.

  3. CLO 3: • FTN3: Zaman sıralarında trendi müəyyən edir, sürüşkən orta və analitik hamarlaşdırma üsullarını tətbiq edir.

  4. CLO 4: • FTN4: Mövsümi və tsiklik dəyişmələri, həmçinin avtokorrelyasiyanı təhlil edir və nəticələri şərh edir.

  5. CLO 5: • FTN5: Zaman sıralarının statistik modellərini qurur, real məlumatlar əsasında proqnozlaşdırma aparır və nəticələri qiymətləndirir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

  1. 1. Həsənov, Ə.M., Hüseynov, A.Ə. Statistika. Bakı. 2. Newbold, P., Carlson, W.L., Thorne, B. Statistics for Business and Economics. Pearson. 3. Anderson, D.R., Sweeney, D.J., Williams, T.A., Camm, J.D., Cochran, J.J. Statistics for Business & Economics. Cengage Learning. 4. Montgomery, D.C., Runger, G.C. Applied Statistics and Probability for Engineers. Wiley. 5. Triola, M.F. Elementary Statistics. Pearson.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5