Subject · Statistics

Zaman sıralarının təhlili

if-72144y4 creditsAutumn semesterCompulsory2026-2027

About the subject

Credits

4

Workload

120hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

“zaman sıralarının təhlili” fənninin əsas məzmunu müxtəlif sosial-iqtisadi, maliyyə və istehsal göstəricilərinin zaman üzrə dəyişməsinin statistik üsullarla öyrənilməsindən ibarətdir. fənnin əsas hədəfi tələbələrdə zaman sıralarının qurulması, onların əsas dinamika göstəricilərinin hesablanması, dəyişmə meyillərinin və trendin müəyyən edilməsi, mövsümi və digər dəyişmələrin təhlili, statistik modellərin qurulması və real məlumatlar əsasında proqnozlaşdırma bacarıqlarının formalaşdırılmasıdır. fənnin məqsədi tələbələrə zaman sıralarının növləri və komponentləri, mütləq, nisbi və orta dinamika göstəriciləri, sürüşkən orta və analitik hamarlaşdırma üsulları, xətti və qeyri-xətti trend modelləri, mövsümi dəyişmələr, avtokorrelyasiya və proqnozlaşdırma metodlarını öyrətmək, əldə edilmiş statistik nəticələri düzgün şərh etmək və onları iqtisadi, idarəetmə və praktiki qərarların qəbulunda tətbiq etmək bacarığı qazandırmaqdır.

Course learning outcomes

  1. CLO 1: • ftn1: zaman sıralarının növlərini, quruluşunu və əsas komponentlərini izah edir, zaman sıralarını formalaşdırır və ilkin təhlil edir.

  2. CLO 2: • ftn2: zaman sıralarında mütləq, nisbi və orta dinamika göstəricilərini hesablayır və dəyişmə meyillərini qiymətləndirir.

  3. CLO 3: • ftn3: zaman sıralarında trendi müəyyən edir, sürüşkən orta və analitik hamarlaşdırma üsullarını tətbiq edir.

  4. CLO 4: • ftn4: mövsümi və tsiklik dəyişmələri, həmçinin avtokorrelyasiyanı təhlil edir və nəticələri şərh edir.

  5. CLO 5: • ftn5: zaman sıralarının statistik modellərini qurur, real məlumatlar əsasında proqnozlaşdırma aparır və nəticələri qiymətləndirir.