Ümumi məlumat
- Fənn kodu
- İFS-2728y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat- seminar və s.
- Auditoriyadankənar saatlar
- a) 55 saat – sərbəst iş b) 20 saat- layihə işi və ya məsləhət saatı və s.
Fənn haqqında
Fənnin əsas hədəfi tələbələri müasir iqtisadiyyatda əsas resurs kimi biliyin inkişafı və idarə olunması ilə bağlı əsas anlayış və prinsiplərlə tanış etməkdir. İqtisadiyyatın bu növü bilik və məlumatların yaradılması, ötürülməsi, istifadəsi və monetizasiyasına yönəlmişdir. Bu fənn həmçinin mövcud iqtisadi tendensiyalarını öyrədir və biliklərdən gələcək karyeralarında və həyatlarında əsas resurs kimi istifadə etmək üçün bacarıq və vərdişlərin aşılanmasından ibarətdir.
Fənn təlim nəticələri (CLO)
CLO 1: • FTN1: Bilik iqtisadiyyatının əsas anlayışlarını müəyyən etmək və onun başlıca xüsusiyyətlərini, komponentlərini və göstəricilərini təsnif etmək.
CLO 2: • FTN2: Sənaye iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi izah etmək; bilik, innovasiya, insan kapitalı və İKT-nin rolunu şərh etmək.
CLO 3: • FTN3: Bilik iqtisadiyyatı anlayışlarını və göstəricilərini real iqtisadi vəziyyətlərə tətbiq etmək və bilik əsaslı inkişafı qiymətləndirmək üçün müvafiq məlumatlardan istifadə etmək.
CLO 4: • FTN4: Bilik iqtisadiyyatının inkişafına təsir edən amilləri təhlil etmək; təhsil, innovasiya, texnologiya, təsisatlar və iqtisadi artım arasındakı əlaqələri müəyyənləşdirmək.
CLO 5: • FTN5: Bilik iqtisadiyyatı üzrə siyasət və strategiyaları qiymətləndirmək; iqtisadi dəlillər və müvafiq meyarlar əsasında tövsiyələri əsaslandırmaq.
CLO 6: • FTN6: Ölkə, region, sektor və ya təşkilat üçün bilik iqtisadiyyatının inkişafı strategiyasını və ya siyasət təklifini hazırlamaq.
Mövzu planı
- 1.Bilik iqtisadiyyatına girişMühazirə
Bilik iqtisadiyyatına giriş
- 2.Müasir iqtisadi inkişaf meylləriMühazirə
Müasir iqtisadi inkişaf meylləri
- 3.Biliyin formalaşması. Bilik, məlumat və verilənlərMühazirə
Biliyin formalaşması. Bilik, məlumat və verilənlər
- 4.İnnovasiya nəzəriyyəsiMühazirə
İnnovasiya nəzəriyyəsi
- 5.İnnovasiya fəaliyyətiMühazirə
İnnovasiya fəaliyyəti
- 6.Bilik iqtisadiyyatında insan kapitalının roluMühazirə
Bilik iqtisadiyyatında insan kapitalının rolu
- 7.ntellektual kapitalMühazirə
İntellektual kapital
- 8.Əqli mülkiyyət müasir mərhələdəMühazirə
Əqli mülkiyyət müasir mərhələdə
- 9.Rəqəmsal iqtisadiyyat və idarəetməMühazirə
Rəqəmsal iqtisadiyyat və idarəetmə
- 10.Süni intellekt və onun tətbiqiMühazirə
Süni intellekt və onun tətbiqi
- 11.Bilik iqtisadiyyatının inkişaf göstəriciləri (elm, təhsil, əmək)Mühazirə
Bilik iqtisadiyyatının inkişaf göstəriciləri (elm, təhsil, əmək)
- 12.Bilik iqtisadiyyatda dövlət siyasəti və institutlarıMəşğələ
Bilik iqtisadiyyatda dövlət siyasəti və institutları
- 13.Qloballaşma şəraitində bilik iqtisadiyyatıMühazirə
Qloballaşma şəraitində bilik iqtisadiyyatı
- 14.Bilik iqtisadiyyatında nümunə tədqiqatları (şirkətlərin timsalında)Mühazirə
Bilik iqtisadiyyatında nümunə tədqiqatları (şirkətlərin timsalında)
- 15.Bilik iqtisadiyyatının inkişafına mane olan problemlər və gələcək tendensiyalarMühazirə
Bilik iqtisadiyyatının inkişafına mane olan problemlər və gələcək tendensiyalar
Ədəbiyyat siyahısı
- 1. Б.Мельникас, А.Якубавичюс, М.Вилис. Экономика знаний. Интернационализация и систематика инноваций. Вильнюс -2013 104 s. 2. О.Н.Павлова. Экономика знаний. Университет ИТМО. Санкт-Петербург – 2017 3. Н.Р.Кельчевская, И.С.Пелымская, И.М.Черненко. Экономика знаний. Учебное пособие. Екатеринбург Издательство Уральского университета 2022 4. A.Əliyev, A.Şəkərəliyev, İ.Dadaşov Dünya iqtisadiyyati: müasir dövrün problemləri Bak i – 2003 443 s. 5. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı 6. “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası 7. Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası 8. Анисимов, Ю. П. Менеджмент инноваций : учебное пособие / Ю. П. Анисимов, В. П. Бычков, И. В. Куксова. – Москва : ИНФРА-М, 2019. – 147 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |






