Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
Fənnin əsas hədəfi tələbələri müasir iqtisadiyyatda əsas resurs kimi biliyin inkişafı və idarə olunması ilə bağlı əsas anlayış və prinsiplərlə tanış etməkdir. İqtisadiyyatın bu növü bilik və məlumatların yaradılması, ötürülməsi, istifadəsi və monetizasiyasına yönəlmişdir. Bu fənn həmçinin mövcud iqtisadi tendensiyalarını öyrədir və biliklərdən gələcək karyeralarında və həyatlarında əsas resurs kimi istifadə etmək üçün bacarıq və vərdişlərin aşılanmasından ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: • FTN1: Bilik iqtisadiyyatının əsas anlayışlarını müəyyən etmək və onun başlıca xüsusiyyətlərini, komponentlərini və göstəricilərini təsnif etmək.
CLO 2: • FTN2: Sənaye iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi izah etmək; bilik, innovasiya, insan kapitalı və İKT-nin rolunu şərh etmək.
CLO 3: • FTN3: Bilik iqtisadiyyatı anlayışlarını və göstəricilərini real iqtisadi vəziyyətlərə tətbiq etmək və bilik əsaslı inkişafı qiymətləndirmək üçün müvafiq məlumatlardan istifadə etmək.
CLO 4: • FTN4: Bilik iqtisadiyyatının inkişafına təsir edən amilləri təhlil etmək; təhsil, innovasiya, texnologiya, təsisatlar və iqtisadi artım arasındakı əlaqələri müəyyənləşdirmək.
CLO 5: • FTN5: Bilik iqtisadiyyatı üzrə siyasət və strategiyaları qiymətləndirmək; iqtisadi dəlillər və müvafiq meyarlar əsasında tövsiyələri əsaslandırmaq.
CLO 6: • FTN6: Ölkə, region, sektor və ya təşkilat üçün bilik iqtisadiyyatının inkişafı strategiyasını və ya siyasət təklifini hazırlamaq.






