Ümumi məlumat
- Fənn kodu
- İF-2611y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 60
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə b) 30 saat məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 45 saat sırbıst iş b) 15 saat hazırlıq
Fənn haqqında
“İnkişaf iqtisadiyyatı” fənni bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris fənlərindən biridir. İnkişaf iqtisadiyyatı aşağı gəlirli ölkələrdə inkişaf prosesinin iqtisadi aspektlərini öyrənən iqtisadiyyatın alt sahəsidir. Bu sahə təkcə iqtisadi inkişaf, iqtisadi artım və struktur dəyişikliyinin metodları ilə maraqlanmır, həmçinin əhali artım potensialının inkişaf etdirilməsi üçün səhiyyə, təhsil və iş yeri şəraitinin özəl və ya dövlət kanalından istifadəni də araşdırır. İnkişaf iqtisadiyyatı özündə siyasət və praktikaların təyinində və onların həm ölkənin daxili, həm də beynəlxalq səviyyədə tətbiq edilməsinə kömək edən nəzəriyyələrin və metodların yaradılmasını birləşdirir. Bu bazar təşviqlərinin yenidən qurulması və ya layihə təhlilləri üçün aralıq optimizasiyası kimi riyazi üsulların istifadəsini də əhatə edə bilir. İnkişaf iqtisadiyyatında keyfiyyət və kəmiyyət üsulları birlikdə istifadə oluna bilər. İnkişaf iqtisadiyyatı fənni iqtisadi artıma təsir edən bir sıra problem və siyasətlərin təsviri, o cümlədən gəlir bərabərsizliyi, ticarət şəraiti, sosial kapital, əhali artımı, texnoloji inkişaf, investisiya siyasəti və s. ilə bağlı mövzulardan ibarətdir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- case study
- təqdimatlar
- komanda işi
- layihə əsaslı öyrənmə
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.İnkişaf iqtisadiyyatı fənninin predmetiMühazirə
İnkişaf iqtisadiyyatı nəyi öyrənir? İnkişaf dedikdə nə nəzərdə tuturuq? İnkişafın ölçülməsinin ənənəvi metodları (adambaşına düşən ÜMM, ÜDM).İnkişafın ölçülməsinə yeni baxışlar. İqtisadi inkişafın əhalinin həyat şəraitinin və keyfiyyətinin yaxşılaşdırılmasını əhatə edən çoxölçülü bir proses kimi qiymətləndirməsi. Həyat keyfiyyəti. Rifahın xarakterizə edən göstəricələr sistemi. Maddi rifahın yüksəldilməsi. Amartya Senin “bacarıqlar yanaşması”. İnkişafı paradiqmasının konseptual strukturu: insanların rifahı, səlahiyyətləndirmə və agentliklər; ədalət İnkişafı konsepsiyasının ən əsas postulatı - inkişafın insanların xoşbəxtliyi ilə ölçülməsi. İnkişaf hədəfləri. Dayanıqlı inkişaf nədir? Minilliyin Bəyannaməsi və Minilliyin İnkişaf Məqsədləri
- 2.İnkişafı xarakterizə edən göstəricilər.Mühazirə
Konsepsiyasının əsas prinsipləri. İnkişafın əsas indikatorları: ümumi milli gəlir, təhsil və səhiyyə. İnsan inkişafı İndexi (HDİ) hesablanması metodoligiyası və konseptual çatışmazlıqları. Ümumi milli gəlir indexsi (Alıcılıq qabiliyyəti pariteti ilə). Təhsil almaq imkanını səciyyələndirən Təhsil İndexsi. Uzun və sağlam yaşamaq imkanını xarakterizə edən - Gözlənilən ömür uzunluğu indeksi (Life Expectancy Index, LEI).
- 3.İqtisadi artım (inkişafın) klassik nəzəriyyələri və müasir modelləriMühazirə
Ənənəvi iqtisadi artım modelləri: Müasir iqtisadi artım modelləri: Harrod-Domar modeli, Neoklassik iqtisadi artım modeli və endogen (Romer) iqtisadi artım modeli.
- 4.Yoxsulluq, bərabərsizlik və inkişaf.Mühazirə
Yoxsulluğun ölçülməsi. Mütləq və nisbi yoxsulluq. Yoxsulluq səviyyəsinin ölçülməsində yeni yanaşma: Çoxfaktorlu Yoxsulluq İndeksi Gəlirlərin ədalətli bölgüsü. Sosial bərabərsizlik. Lorens əyrisi. Cini (Gini) əmsalının hesablanması
- 5.Əhali artımı və iqtisadi inkişafMühazirə
Dünya əhalisinin artımı və yaş strukturu. Demoqrafik keçidin mərhələləri. Dünya üzrə demoqrafik inkişafının əsas meylləri. Əhali artımının səbəbləri - əhali yaşlanması
- 6.Ekoloji dayanıqlılıq (ətraf mühit) və iqtisadi inkişafMühazirə
Ekoloji dayanıqlılıq nədir? Ekologiyanın əsas anlayışları və sistemliliyi. İqlim və biomüxtəliflik. Parnik effektinə qarşı tədbirlər. Resurs lənəti: Holland sindromu
- 7.İqtisadi artımı ləngidən bəzi struktur problemlərin nəzəri və ölkə təcrübələri timsalında təhlili.Mühazirə
Davamlı iqtisadi inkişafın başlanğıcı. İqtisadi artımı ləngidən problemlər: təkfaktorlu və çox faktorlu amillər. İqtisadi artım uğurları. İkinci Dünya Müharibəsindən sonra Avropa və Yaponiyada iqtisadi artım. Orta gəlir tələsi nədir?
- 8.İnkişaf strategiyaları, inkişaf planlaması: konsept və zərurətlər. Mühazirə
Ümumi artım modelləri: Makro dəyişənlərin proqnozlaşdırılması. İqtisadi inkişaf məsəllərində çətinliklər: daxili və xarici. İnstitusional çatışmazlıq və bazar iqtisadiyyatına keçid 1980-ci il. Vaşinqton Konsensusu.
- 9.Beynəlxalq ticarət nəzəriyyəsi və inkişaf məsələsi.Mühazirə
İdxal və ixrac. Tələb elastiklikləri və ixrac gəlirlərinin qeyri-sabitliyi. Ticarət şərtləri və Prebisch-Singer hipotezi. Beynəlxalq ticarət nəzəriyyəsində: Neoklassik model. Beynəlxalq ticarətdə inflyasiya və devalvasiya. Valyuta sabitliyi, sərbəst kapita hərəkəti. Beynəlxalq ticarət modeli - Porter yanaşması. Kölgə iqtisadiyyatı, beynəlxalq ticarətdə məhdudiyyətlər.
- 10.Ekoloji dayanıqlılıq (ətraf mühit) və iqtisadi inkişafMühazirə
Ekoloji dayanıqlılıq nədir? Ekologiyanın əsas anlayışları və sistemliliyi. İqlim və biomüxtəliflik. Parnik effektinə qarşı tədbirlər. Resurs lənəti: Holland sindromu
- 11.Ekoloji dayanıqlılıq (ətraf mühit) və iqtisadi inkişafMühazirə
Ekoloji dayanıqlılıq nədir? Ekologiyanın əsas anlayışları və sistemliliyi. İqlim və biomüxtəliflik. Parnik effektinə qarşı tədbirlər. Resurs lənəti: Holland sindromu
- 12.Azərbaycan dövlətinin yaranması və inkişafı (e.ə. III-II minilliklər)Mühazirə
– Mövzu Azərbaycan ərazisində qədim dövrlərdən etibarən yaranmış ilk dövlət qurumlarının meydana gəlməsini və inkişaf mərhələlərini əhatə edir. Dövlətlərin idarəçilik sistemi, siyasi quruluşu, iqtisadi həyatı və mədəni xüsusiyyətləri geniş şəkildə araşdırılır. Eyni zamanda onların regionda tutduğu mövqe və digər dövlətlərlə münasibətləri təhlil olunur. Bu dövlətlərin Azərbaycan dövlətçilik tarixinin formalaşmasında oynadığı rol xüsusi vurğulanır.
- • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
- • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
- • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
- • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
- • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
- 13.İqtisadi artımı ləngidən bəzi struktur problemlərin nəzəri və ölkə təcrübələri timsalında təhlili.Mühazirə
Davamlı iqtisadi inkişafın başlanğıcı. İqtisadi artımı ləngidən problemlər: təkfaktorlu və çox faktorlu amillər. İqtisadi artım uğurları. İkinci Dünya Müharibəsindən sonra Avropa və Yaponiyada iqtisadi artım. Orta gəlir tələsi nədir?
- 14.İnkişaf strategiyaları, inkişaf planlaması: konsept və zərurətlər. Mühazirə
Ümumi artım modelləri: Makro dəyişənlərin proqnozlaşdırılması. İqtisadi inkişaf məsəllərində çətinliklər: daxili və xarici. İnstitusional çatışmazlıq və bazar iqtisadiyyatına keçid 1980-ci il. Vaşinqton Konsensusu.
- 15.Beynəlxalq ticarət nəzəriyyəsi və inkişaf məsələsi.Mühazirə
İdxal və ixrac. Tələb elastiklikləri və ixrac gəlirlərinin qeyri-sabitliyi. Ticarət şərtləri və Prebisch-Singer hipotezi. Beynəlxalq ticarət nəzəriyyəsində: Neoklassik model. Beynəlxalq ticarətdə inflyasiya və devalvasiya. Valyuta sabitliyi, sərbəst kapita hərəkəti. Beynəlxalq ticarət modeli - Porter yanaşması. Kölgə iqtisadiyyatı, beynəlxalq ticarətdə məhdudiyyətlər.
Ədəbiyyat
- 1. Michael P. Todaro, New York University, Stephen C. Smith, The George Washington University, “Economic Development”, 11th edition, Pearson Print, 2012 2. http://databank.worldbank.org/data/reports.aspx?source=world-development-indicators 3. E. Wayne Nafziger, Kansas State University, “Economic Development”, 4th edition, Cambridge University Press, 2006
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |