Fənn haqqında
Kredit
4
İş yükü
60saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“İnkişaf iqtisadiyyatı” fənni bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris fənlərindən biridir. İnkişaf iqtisadiyyatı aşağı gəlirli ölkələrdə inkişaf prosesinin iqtisadi aspektlərini öyrənən iqtisadiyyatın alt sahəsidir. Bu sahə təkcə iqtisadi inkişaf, iqtisadi artım və struktur dəyişikliyinin metodları ilə maraqlanmır, həmçinin əhali artım potensialının inkişaf etdirilməsi üçün səhiyyə, təhsil və iş yeri şəraitinin özəl və ya dövlət kanalından istifadəni də araşdırır. İnkişaf iqtisadiyyatı özündə siyasət və praktikaların təyinində və onların həm ölkənin daxili, həm də beynəlxalq səviyyədə tətbiq edilməsinə kömək edən nəzəriyyələrin və metodların yaradılmasını birləşdirir. Bu bazar təşviqlərinin yenidən qurulması və ya layihə təhlilləri üçün aralıq optimizasiyası kimi riyazi üsulların istifadəsini də əhatə edə bilir. İnkişaf iqtisadiyyatında keyfiyyət və kəmiyyət üsulları birlikdə istifadə oluna bilər. İnkişaf iqtisadiyyatı fənni iqtisadi artıma təsir edən bir sıra problem və siyasətlərin təsviri, o cümlədən gəlir bərabərsizliyi, ticarət şəraiti, sosial kapital, əhali artımı, texnoloji inkişaf, investisiya siyasəti və s. ilə bağlı mövzulardan ibarətdir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.