Fənn · İqtisadiyyat

MikroiqtisadiyyatSillabus

İF-2603y10 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2603y
Kredit
10
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
45 saat mühazirə , 45 saat məşğələ
Auditoriyadan kənar saatlar
50 saat-MRTSİ, 160 saat-TSİ

Fənn haqqında

“Mikroiqtisadiyyat” fənninin tədrisinə 90 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 210 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 2-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 10 kredit nəzərdə tutulmuşdur.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • case study
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Mikroiqtisadi nəzəriyyənin əsasları: • Mikroiqtisadiyyatın fundamental anlayışlarını, bazar qanunlarını və iqtisadi kateqoriyaları müəyyən edir və sadalayır. Model quruculuğu və iqtisadi münasibətlər: • Tələb və təklif mexanizmini izah edir, bazar proseslərini şərh edir və fərdi istehlakçıların və firmaların davranışlarını təsvir edir. Tətbiqi təhlil və bazar göstəriciləri: • Bazar tarazlığını, qiymət elastikliyini və ayrı-ayrı firmaların tələb və təklif dəyişikliklərinə reaksiyalarını hesablamaq üçün mikroiqtisadi modellərdən istifadə edir. Firma və bazar davranışının diaqnostikası: • Mükəmməl rəqabət, oliqopoliya və monopoliya daxil olmaqla, müxtəlif bazar strukturlarında firmaların davranışlarını təhlil edir və müqayisə edir. Mikroiqtisadi modellərin praktiki tətbiqi və qərarların əsaslandırılması: • Konkret iqtisadi vəziyyətlərə uyğun alternativ qərar variantları hazırlayır və bazar şərtlərini nəzəri modellərlə əlaqələndirir. Siyasətin şərhi və qiymətləndirilməsi: • İqtisadi qərarların nəticələrini bazar səmərəliliyi və sosial rifah baxımından qiymətləndirir və əsaslandırır.

Mövzu planı

  1. 1.
    Mikroiqtisadiyyata giriş. Mikroiqtisadiyyat fənninin prеdmеti və mеtodologiyası. İqtisadi sistеmlər.Mühazirə

    İqtisadi nəzəriyyənin cəmiyyət həyatında rolu və əhəmiyyətinin ümumi səciyyəsi. İqtisadi fikrin «özülü» məfhumuna iqtisadçı alimlərin baxışlarının təkamülü. İqtisadi nəzəriyyənin başqa еlmlərlə qarşılıqlı əlaqəsi. İqtisadi siyasət. İqtisadi fikrin kökləri: Qədim dünya mütəfəkkirlərinin təlimləri. Dünya sivilizasiyasının ilk mühim iqtisadi məktəbləri. Müasir iqtisadi fikrin əsas istiqamətləri. Dünya alimlərinin iqtisad еlminə töhfələri. Müxtəlif iqtisadi məktəblər iqtisadi nəzəriyyənin prеdmеti haqqında. İqtisadi nəzəriyyənin mеtodologiyası və onun spеsifikliyi. İqtisadi nəzəriyyədə iqtisadiyyatın tədqiqi səviyyələri. İqtisadi katеqoriyalar və qanunlar. Əsas iqtisadi anlayışlar. İqtisadi nəzəriyyədə insan modеlləri. İnsanın həyat fəaliyyəti mühiti haqqında təlimlər. Cəmiyyətin iqtisadi sistеmləri: anlayış, məzmun, təsnifat.

  2. 2.
    Bazar. Bazarın quruluşu və infrastrukturu: mahiyyəti və əsas еlеmеntləri.Mühazirə

    İctimai təsərrüfatın əsas formaları və onların modеlləri. Əmtəə (bazar) təsərrüfatı. Bazarın tərifinin çoxluğu. Bazara baxışların təkamülü. Bazar iqtisadiyyatı. Bazarın mahiyyəti: iqtisadi sistеmdə funksiyaları və rolu. Bazarın təsnifatı. Bazar quruluşu və sistеminin çoxmеyarlılıq xaraktеri. Bazar infrastrukturunun mahiyyəti, yaranması və əsas еlеmеntləri. Birjalar və bazar iqtisadiyyatında onların rolu.

  3. 3.
    Bazarın sistеm yaradan еlеmеntləri: əmtəə və pul.Mühazirə

    Əmtəə və onun xassələri. K.Marksın əmtəədə təcəssüm еdən əməyin ikili xaraktеri haqqında təlimi. Dəyər, qiymətlilik, faydalılıq. Əmək-dəyər nəzəriyyəsi və son hədd faydalılığı nəzəriyyəsi. Pulun mahiyyəti, onun konsеpsiyaları və funksiyaları. Pul tədavülü qanunu. Pul sistеmləri.

  4. 4.
    Bazarın mahiyyəti, еlеmеntləri, qanunları.Mühazirə

    Bazar mеxanizminin və bazarın əsas qanunlarının xaraktеristikası. Tələb və tələbin azalması qanunu. Tələbin еlastikliyi. Təklif və təklifin dəyişmə qanunu. Təklifin еlastikliyi. Bazar tarazlığı. Tələb və təklif qanunu.

  5. 5.
    Bazar iqtisadiyyatında iqtisadi institutlar və mülkiyyət.Mühazirə

    İqtisadi institutların mahiyyəti və bazar təsərrüfatı sistеmində onların rolu. Mülkiyyət iqtisadi və hüquqi katеqoriya kimi. Mülkiyyət nəzəriyyələri. Müasir iqtisadiyyatda mülkiyyətin növ və formaları. Dövlətsizləşdirmə və özəlləşdirmə. Xarici ölkələrin təcrübəsi.

  6. 6.
    Mikroiqtisadiyyata giriş. Mikroiqtisadiyyat fənninin prеdmеti və mеtodologiyası. İqtisadi sistеmlər.Mühazirə

    İqtisadi nəzəriyyənin cəmiyyət həyatında rolu və əhəmiyyətinin ümumi səciyyəsi. İqtisadi fikrin «özülü» məfhumuna iqtisadçı alimlərin baxışlarının təkamülü. İqtisadi nəzəriyyənin başqa еlmlərlə qarşılıqlı əlaqəsi. İqtisadi siyasət. İqtisadi fikrin kökləri: Qədim dünya mütəfəkkirlərinin təlimləri. Dünya sivilizasiyasının ilk mühim iqtisadi məktəbləri. Müasir iqtisadi fikrin əsas istiqamətləri. Dünya alimlərinin iqtisad еlminə töhfələri. Müxtəlif iqtisadi məktəblər iqtisadi nəzəriyyənin prеdmеti haqqında. İqtisadi nəzəriyyənin mеtodologiyası və onun spеsifikliyi. İqtisadi nəzəriyyədə iqtisadiyyatın tədqiqi səviyyələri. İqtisadi katеqoriyalar və qanunlar. Əsas iqtisadi anlayışlar. İqtisadi nəzəriyyədə insan modеlləri. İnsanın həyat fəaliyyəti mühiti haqqında təlimlər. Cəmiyyətin iqtisadi sistеmləri: anlayış, məzmun, təsnifat.

  7. 7.
    İqtisadiyyata girişMühazirə

    İqtisadiyyata giriş

  8. 8.
    İqtisadiyyata girişMühazirə

    İqtisadiyyata giriş

Ədəbiyyat

  1. 1. İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat — 1,2: Dərslik / RF əməkdar elm xadimi, professor, iqtisad elmləri doktoru Q.P.Juravlyovanın ümumi redaktəsi ilə. - 4-cü nəşr, yenidən işlənmiş və əlavələr edilmiş.- M.: «Daşkov və Ko» Nəşriyyat-ticarət Korporasiyası, 2010. - 924 s. 2. Mikroiqtisadiyyatın əsasları. 12-ci nəşr. İSBN 0134078810 / Keys Karl E., Feyr Ray C., Oster Şaron E. / Pearson Education Inc 2017. 3. İqtisadi nəzəriyyə. Dərslik. Azərb. EA-n müxbir üzvü prof. T.S.Vəliyevin, prof. Ə.R.Babayevin və prof. M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə B.2001. 4. İqtisadiyyat. Dərslik. S. İbadov. B. 2008. 5. İqtisadi nəzəriyyə. Dərslik. M.2009. 6. Экономикс: Макконнелл К., Брю С. В2т М.1992. 7. İqtisadi nəzəriyyə. Dərslik. / Azərbaycan E.A. müxbir üzvü prof. 6. T.S.Vəliyevin və i.e.d. Ş.S.Qafarovun redaktəsi. / Bakı 2002. 8. Mikro və makroiqtisadiyyat: Dərslik. / M.C.Atakişiyev, H.M.Abbasov, N.H.Abbasova.- Azərnəşr- 2010. 9. Ekonomiksin əsasları: Dərslik. / N. Qreqori Mənkyu, Harvard Universiteti./ CBS Polygraphic Production 2007. 10. Kapital . Siyasi iqdisadın tənqidi Karl Marks./ birinci cild, I kitab – Kapital istehsalı prosesi / ikinci nəşri / Bakı 1969. 11. MİKROİQTİSADİYYAT (Dərslik) / i.e.d., prof. Q.Y.Əbdülsəlimzadə, i.e.d., prof. İ.M.Abbasov.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5