Fənn · İqtisadiyyat

Mikroiqtisadiyyat

İF-2603y10 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

10

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Mikroiqtisadiyyat” fənninin tədrisinə 90 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 210 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 2-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 10 kredit nəzərdə tutulmuşdur.

Fənn təlim nəticələri

  1. CLO 1: Mikroiqtisadi nəzəriyyənin əsasları: • Mikroiqtisadiyyatın fundamental anlayışlarını, bazar qanunlarını və iqtisadi kateqoriyaları müəyyən edir və sadalayır. Model quruculuğu və iqtisadi münasibətlər: • Tələb və təklif mexanizmini izah edir, bazar proseslərini şərh edir və fərdi istehlakçıların və firmaların davranışlarını təsvir edir. Tətbiqi təhlil və bazar göstəriciləri: • Bazar tarazlığını, qiymət elastikliyini və ayrı-ayrı firmaların tələb və təklif dəyişikliklərinə reaksiyalarını hesablamaq üçün mikroiqtisadi modellərdən istifadə edir. Firma və bazar davranışının diaqnostikası: • Mükəmməl rəqabət, oliqopoliya və monopoliya daxil olmaqla, müxtəlif bazar strukturlarında firmaların davranışlarını təhlil edir və müqayisə edir. Mikroiqtisadi modellərin praktiki tətbiqi və qərarların əsaslandırılması: • Konkret iqtisadi vəziyyətlərə uyğun alternativ qərar variantları hazırlayır və bazar şərtlərini nəzəri modellərlə əlaqələndirir. Siyasətin şərhi və qiymətləndirilməsi: • İqtisadi qərarların nəticələrini bazar səmərəliliyi və sosial rifah baxımından qiymətləndirir və əsaslandırır.