Fənn · İqtisadiyyat

İqtisadiyyata girişSillabus

İF-2602y6 kreditPayız semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2602y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30 saat mühazirə, 30 saat praktiki məşğələ
Auditoriyadan kənar saatlar
Tələbələrin sərbəst işi (TSİ) 120 saat təşkil edir

Fənn haqqında

“İqtisadiyyata giriş” fənninin tədrisinə 60 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 30 saat mühazirə dərslərinə, 30 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 120 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 1-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 6 kredit nəzərdə tutulmuşdur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə
  • case study

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    İqtisadiyyatın mahiyyəti və öyrənilməsi metodlarıMühazirə

    İqtisadiyyat nədir? İqtisadiyyatın cəmiyyət həyatında rolu. Niyə iqtisadiyyatı öyrənmək lazımdır? İqtisad elminin predmeti və ona müasir yanaşmalar. İqtisad elminin təkamülü. İqtisadiyyatın səviyyələri: mikro və makroiqtisadiyat. Mikro və makro səviyyələr üzrə iqtisadi problemlərin fərqlənidirilməsi. İqtisadi düşüncə. Iqtisadiyyat necə öyrənilir? İqtisadi metodologiya. Pozitiv və normativ iqtisadi yanaşma. İqtisadi proseslərin tədqiqat metodları: elmi abstraksiya, analiz və sintez, induksiya və deduksiya. İqtisadi proseslərin təhlilinin riyazi metodları. Verilənlərin qrafik təsviri. Zaman sırası və ikidəyişənli qrafik. Meyillik əmsalı.

  2. 2.
    İstehsal imkanları həddi və alternativ xərclərMühazirə

    İqtisadi maraqların təmin olunması. Braham Maslounun (Maslow) ehtiyaclar iyerarxiyası/piramidası. İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi resurslar: mahiyyəti və təsnifatı. Təbii resurslar, kapital və insan resursları. Tükənən və bərpa olunan resurslar. İqtisadi seçim və məhdudluq. Istehsal amilləri. İstehsal imkanları əyrisi (PPF (Production possibility frontier). Marjinal dəyişmə nisbəti (MRT- Marjinal rate of transformation). Məhsul istehsal etdikdə xərcləri necə azaltmaq olar. Resurslardan effektiv istifadə. İqtisadi seçim: alternativ seçim və alternativ xərclər. İstehsalçı və istehlakçı davranışı. Rasional davranış. Son hədd xərclər və fayda.Braham Maslounun (Maslow) ehtiyaclar iyerarxiyası/piramidası. İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi resurslar: mahiyyəti və təsnifatı. Təbii resurslar, kapital və insan resursları. Tükənən və bərpa olunan resurslar. İqtisadi seçim və məhdudluq. Istehsal amilləri. İstehsal imkanları əyrisi (PPF (Production possibility frontier). Marjinal dəyişmə nisbəti (MRT- Marjinal rate of transformation). Məhsul istehsal etdikdə xərcləri necə azaltmaq olar. Resurslardan effektiv istifadə. İqtisadi seçim: alternativ seçim və alternativ xərclər. İstehsalçı və istehlakçı davranışı. Rasional davranış. Son hədd xərclər və fayda.

  3. 3.
    İqtisadi sistem və onun təsnifatıMühazirə

    İqtisadi sistem və onun təsnifatı İqtisadi sistemin mahiyyəti və məzmunu. İqtisadi sistemin xarakterik xüsusiyyətləri. İqtisadi sistemlərin əsas problemləri: nə istehsal etmək? necə istehsal etmək? kimin üçün istehsal etmək? İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri. İqtisadi sistemin ümumi və fərqli tərəfləri. İqtisadi sistemlərin mürəkkəbliyi və dəyişkənliyi meyarlarına görə “xalis” və “qarışıq” iqtisadi sistemlər. Planlı iqtisadi sistem (inzibati amirlik sistemi). Bazar iqtisadiyyatı sisteminin mahiyyəti. Bazar iqtisadiyyatının hərəkətverici və tənzimləyici mexanizmi. Azad sahibkarlıq. A.Smitin “gözəgörünməz əl” nəzəriyyəsi. Bazar iqtisadiyyatının modelləri. Sosial və azad (sərbəst) bazar iqtisadiyyatıın əsas cəhətləri. Bazar anlayışı. Bazarın meydana gəlməsinin tarixi şərtləri. Bazarın struktur anlayışı. Bazarın funksiyaları. Mülkiyyət iqtisadi və hüquqi kateqoriyadır. Mülkiyyətin iqtisadi cəhətdən reallaşdırılması. Mülkiyyət nəzəriyyələri. Mülkiyyətdə əmlaka sahib olma, istifadəetmə və sərəncamvermə əlamətləri. Mülkiyyətin obyektl və subyektləri. Mülkiyyətin formaları: dövlət mülkiyyəti, xüsusi mülkiyyət, əqli mülkiyyət.

  4. 4.
    Bazar iqtisadiyyatı subyektləri

    Ev təsərrüfatı. Ev təsərrüfatlarının gəlirləri xərcləri. Sahibkarlıq fəaliyyəti mahiyyəti və iqtisadi əhəmiyyəti. Sahibkarlığlın hüquqi bazası. Sahibkarlıq fəaliyyətinin məqsədi və növləri. Sahibkar kimdir? Əsas hüquq və vəzifələri nədən ibarətdir? Biznesin təşkilinin əsas formaları: fərdi, ortaqlıq və cəmiyyəti. Biznesin təşkili formalarının əsas üstünlükləri və çatışmazlıqları. İqtisadi resurslarının istehlakçısı və hazır məhsulların təchizatçısı kimi müəssisənin mahiyyəti. Müəssisələrin həcminə və mülkiyyət növünə görə formaları. Dövlət - bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı. İqtisadiyyatın dövlət bölməsi.

  5. 5.
    Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları, əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası.Mühazirə

    əzuniyyət hüququnun həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İşçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məzuniyyətə çıxmaq hüququna malikdir. Məzuniyyət, əsasən, işçinin müraciəti və işəgötürənin müvafiq əmri əsasında rəsmiləşdirilir. Əmək məzuniyyətinin müddəti, vaxtı və ödəniş qaydaları qanunvericiliyə uyğun müəyyən edilir. Məzuniyyət növündən asılı olaraq müvafiq sənədlər də tələb oluna bilər.

    • • FTN1: Əmək hüququnun prinsiplərini,subyektlərini və əmək müqaviləsinin əsas xüsusiyyətlərini izah edir.
    • • FTN3: Məzuniyyət hüququnun həyata keçirilməsini,əmək haqqı və əmək müqaviləsinə xitam qaydalarını izah edir.
    • • FTN5: Əmək intizamını,əməyin beynəlxalq hüquqi tənzimləməsini və BƏT konvensiyalarını izah edir.
    • • FTN2: Əmək şəraitini,iş və istirahət vaxtını,məzuniyyət hüququnu izah edir.
    • • FTN4: Əmək müqaviləsi tərəflərinin maddi məsuliyyətini,əməyin mühafizəsini və əmək mübahisələrini izah edir
  6. 6.
    Təklif və onun elastikliyiMühazirə

    Təklifin mahiyyəti Fərdi və bazar təklifi. Təklifin həcmi və onun kəmiyyət dəyişməsi. Təklif əyrisi və onun yerdəyişməsi. Təklifin determinatları: məhsul və ya xidmətlərin qiyməti, istehsal xərcləri və istehsal amillərinin qiymət dəyişiklikləri, istehsal prosesində istifadə olunan texnologiyalar, əlaqəli məhsulların qiymətləri. Təklif əyrisi: təklif olunan məhsul və xidmətlərin miqdarı ilə qiymət arasındakı əlaqə. Təklif əyrisi boyunca hərəkət və təklif əyrisinin yerdəyişməsi Təklifin funksiyası. Qiymətin təklifə təsiri. Təklif qanunu. Təklifin gəlir və qiymət elastikliyi. Təklifin qiymətə təsiri.

  7. 7.
    Bazar tarazlığının təmin edilməsi: qiymətin formalaşmasıMühazirə

    Bazar tarazlığı nədir? Tələb artıqlığı və qıtlığı. Bazar tarazlığının əsas elementləri: tarazlı qiymət və həcm. Tələb və təklifin dəyişməsinin tarazlığa təsiri. Bazar tarazlığının L.Valras və A.Marşall şərhi. Tarazlı qiymətinin formalaşması: tələb və təklifin rolu. Qiymətin mahiyyəti və funksiyaları. Qiymət azadlığı. Qiymətin dövlət tənzimlənməsi

  8. 8.
    Rəqabət və inhisarMühazirə

    Rəqabətin mahiyyəti və növləri. Bazar rəqabətinin üstün keyfiyyətləri. Təkmil rəqabət və onun xüsusiyyətləri. İnhisarların yaranması: kapitalın təmərküzləşməsi və mərkəzləşməsi. İnhisarın sosial-iqtisadi nəticələri. Təbii inhisar nədir? İnhisarçı rəqabət. Oliqopoliya. Hökumətin antiinhisar fəaliyyəti. Rəqabət mühitinin və inhisar fəaliyyətinin tənzimlənməsi.

  9. 9.
    ÜDM və onun hesablanmasıMühazirə

    Ümumi Daxili Məhsul (ÜDM). Ümumi Milli Məhsul. Aralıq məhsul. Son məhsul. Əlavə dəyər. ÜDM hesablanmasının gəlirlər və xərclər üsulu. İstehsal üsulu (əlavə dəyər) ÜDM hesablanmasının xərclər üsulu: ev təsərrüfatının istehlak xərcləri, investisiya xərcləri, dövlət xərcləri və xalis ixrac. Nominal ÜDM. Qiymət indeksi. Real ÜDM. ÜDM deflyatoru. İstehlak qiyməti indeksi. ÜDM-in AQP hesablanması. İqtisadi artımın mahiyyəti. Makroiqtisadi səviyyədə iqtisadi artımın göstəriciləri. İqtisadi artıma təsir edən amillər. İqtisadi artımın meyarları. İqtisadi artımın tipləri. İqtisadi artım və iqtisadi inkişaf

  10. 10.
    Məşğulluq və əmək haqqıMühazirə

    Məşğulluq və əmək haqqı Əmək ehtiyatlarının mahiyyəti. İqtisadi fəal əhali. Əhalinin iqtisadi fəallıq səviyyəsinin ölçülməsi. Məğulluğun sosial-iqtisadi mahiyyəti. Əmək bazarı: əməyə olan tələb və təklif. Əmək bazarında tarazlıq. Tam məşğulluq. Həmkarlar İttifaqının əmək bazarına təsiri. Əmək münasibətlərinin dövlət tənzimlənməsi. İş vaxtının dövlət tərəfindən reqlamentləşdirilməsi. İşsizlik və onun sosial fəsadları. İşsizlik səviyyəsinin ölçülməsi. İşsizliyin formaları və onun təbii səviyyəsi. Əmək haqqı mahiyyəti və funksiyaları. Nominal və real əmək haqqı. Minimum əmək haqqının qanunvericiliklə müəyyən edilməsi. Əmək haqqı minimumunun təyin edilməsinin tərəfdarları və əleyhidarları. Orta aylıq əmək haqqı və median əmək haqqının müəyyən edilməsiƏmək məhsuldarlığı mahiyyəti və ölçülməsi

  11. 11.
    Dövlət xərcləri və vergitutmaMühazirə

    Hökumət və onun büdcəsi. Büdcənin gəlir və xərclər. Büdcə xərclərinin strukturu: İnvestisiya və sosial yönümlü büdcə. Büdcənin vergi və qeyri-vergi daxil olmaları. Verginin mahiyyəti və əsas funksiyaları. Vergitutmanın əsas prinsipləri. Vergi yükü və vergidən yayıma. Vergi sistemi. Büdcə profsiti və kəsiri. Dövlət borcu. Dövlət borcuna ənənəvi və Rikardoçu baxış. Dövlətin fiskal siyasəti. Maksimal vergi siyasətinin nəticələri. Fiskal siyasətin monetar siyasətə təsirləri

  12. 12.
    Gəlirlərin bölgüsü və yoxsulluqMühazirə

    Əhalinin pul gəlirlərinin həcmi və strukturu. Real və nominal pul gəlirlər. Gəlirlərin ədalətli bölgüsü. Sosial bərabərsizlik. Lorens əyrisi. Cini (Gini) əmsalının hesablanmasıHəyat səviyyəsinin ölçülməsi. Yoxsulluq səviyyəsi və onun ölçülməsi. Mütləq və nisbi yoxsulluq. Sosial təhlükəsizlik

  13. 13.
    İqtisadi inkişaf və sosial rifahMühazirə

    İqtisadi inkişaf və onu xarakterizə edən göstəriclər. Dayanıqlı inkişaf nədir? Dayanıqlı inkişaf məqsədləri. İnkluziv inkişafın mahiyyəti. İqtisadiyyatın sosialyönümlüyü. Əhalinin təhsil və sağlamlıq göstəriciləri.Rifah və onun ölçülməsi. Həyat keyfiyyəti. Rifahın xarakterizə edən göstəricələr sistemi. Maddi rifahın yüksəldilməsi.

  14. 14.
    Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyətiMühazirə

    Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.

    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
  15. 15.
    Açıq iqtisadiyyat: beynəlxalq iqtisadi əməkdaşlıqMühazirə

    Açıq iqtisadiyyatın mahiyyəti. İqtisadiyyatın açıqlıq dərəcəsi və onun göstəriciləri. Beynəlxalq əlaqələri zəruri edən şərtlər: müqayisəli və nisbi üstünlük. Beynəlxalq ticarət. Tədiyyə balansı: müsbət və mənfi saldo. İdxal və ixrac əməliyyatları Beynəlxalq ticarətətin məhdudlaşdırılması səbəbləri. Gümrük rüsumları (tarifləri). İdxal və ixrac kvotaları. İxracın təşviqi və inzibati məhduduiyyətlər. Proteksionizm və fritrederçilik.Əməyin beynəlxalq hərəkəti. Miqrasiya. Kapitalın beynəlxalq hərəkəti. Xarici investisiya qoyuluşları və onları təşviqi. Qloballaşmaya müxtəlif baxışlar və meyllər. İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi: beynəlxalq təşkilatlar.

Ədəbiyyat

  1. 1. Karl E.Keys, Ray C.Feyr, Şaron M.Oster. Mikroiqtisadiyyatın əsasları. 2017, 478 s. 2. Olivier Blanşar. Makroiqtisadiyyat. 2017, 541 s. 3. Menkyu Q.N. Ekonomiksin prinsipləri. İqtisad Universitetinin nəşriyyatı. 2009, 696 s. 4. Meybullayev M.X. Makroiqtisadiyyata giriş, İqtisad Universitetinin nəşriyyatı. 2011, 480 s 5. William A. McEachern. Economics: A Contemporary Introduction, 7e, 799 p. 6. Philip Hardwick , Bahadur Khan , John Langmead. An Introduction to modern Economics, 712 p. 7. Hüseynov F.İ. İqtisadi nəzəriyyə əsas prinsipləri , Bakı, Gənclik, 2015, 324 s. 8. Hüseynov T. Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika, Bakı, Elm, 2015, 466 s. 9. Xasbulatov R.İ. “Beynəlxalq iqtisadi münasibətlər” / Rus dilindən tərcümə. Bakı, “Zərdabi LTD” MMC, 2015, 808 səh. 10. İqtisadi təlimlər tarixi (dərslik) İqtisad Universitetinin nəşriyyatı. 537 s. 11. Juravlyova Q.P. İqtisadi nəzəriyyə. İqtisad Universitetinin nəşriyyatı. 2008. - 920 s. 12. Pol R.Kruqman, Mauris Obstfeld və Mark J.Melitz. Beynəlxalq İqtisadiyyat: nəzəriyyə və siyasət. 2018, 865 s. 13. http://anl.az/ (Azərbaycan Milli Kitabxanasının rəsmi səhifəsi) 14. https://library.azmiu.edu.az/index.php?go=bolmeler&id=3

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5