Fənn · Mexanikamühəndisliyi-magistr

Rəqslər nəzəriyyəsi və analitik mexanikaMövzu planı

MİFS-29816 kreditPayız semestriSeçmə2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Rəqslər nəzəriyyəsinə giriş. Mexaniki sistemlər və onların sərbəstlik dərəcələri. Sistemin sərbəst rəqsləri. Mexaniki sistemlərdə sönən və məcburi rəqslərin təhlili. Maşınların vallarında yaranan boyuna, eninə və burulma rəqsləri.

    Mühazirə
  2. 2. Rezonans hadisəsi. Valın kritik dövrlər sayı. Dirsəkli valın burulma rəqsləri. Porşenli maşınların vibrasiya və rəqsləri. Dirsək-sürüncək mexanizmində gətirilmiş kütlələr.

    Mühazirə
  3. 3. Sonsuz sərbəstlik dərəcəsinə malik mexaniki sistemlərin xətti rəqsləri. Maşın hissələrinin boyuna rəqslərinin diferensial tənlikləri və onların həlli yolları. Maşın hissələrinin eninə və burulma rəqslərinin diferensial tənlikləri və onların həlli yolları.

    Mühazirə
  4. 4. Porşenli maşınların vibrasiya və rəqsləri. Dirsək-sürüncək mexani zmində gətirilmiş kütlələr. Lövhələrin eninə rəqsləri. Əsas sadələşdirmələr və ifadələr. Sərhəd şərtləri.

    Mühazirə
  5. 5. Maşınların hərəkətinin dayanıqlıq nəzəriyyəsi. Sistemin müvazinət vəziyyətinin dayanıqluğı. Hərəkətin dayanıqlığı haqqında Lyapunov teoremi.

    Mühazirə
  6. 6. Qeyri xətti mexanikanın ümumi metodları. Qeyri xətti sistemlərin məcburi rəqsləri (B. Qalerkin metodu). Sonlu sayda sərbəstlik dərəcələri olan sistemlərin mexaniki rəqsləri.

    Mühazirə
  7. 7. Çubuğun boyuna rəqsləri. Simin eninə rəqsləri. İdeal mayenin boru xəttində axınının rəqsi hərəkəti.

    Mühazirə
  8. 8. Analitik mexanikaya giriş. Sistemin müvazinət vəziyyətinin dayanıqluğı.

    Mühazirə
  9. 9. Qeyri-sərbəst maddi nöqtələr sistemi. İdeal və real rabitələr.

    Mühazirə
  10. 10. Mümkün yerdəyişmələr prinsipi. Dinamikanın ümumi tənliyi.

    Mühazirə
  11. 11. Sistemin hərəkətinin ümumiləşmiş koordinatlarda diferensial tənlikləri.

    Mühazirə
  12. 12. Qeyri-sərbəst sistemin müvazinət şərtləri. Laqranjın 2-ci növ tənlikləri.

    Mühazirə
  13. 13. Laqranjın 2-ci növ tənlikləri vasitəsi ilə maşınların mexaniki hərəkətinin tədqiqi.

    Mühazirə
  14. 14. Dirsək-sürüncək mexanizminin ümumiləşmiş koordinatları, Laqranjın 2-ci növ tənliklərinin onlara tətbiqi.

    Mühazirə
  15. 15. Laqranjın 2-ci növ tənliklərinin kompressor və nasoslara tətbiqi.

    Mühazirə