Ümumi məlumat
- Fənn kodu
- MİFS-2981
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat- mühazirə, b)15 saat-seminar
- Auditoriyadan kənar saatlar
- a)90 saat-TSİ, b) 45 saat-MRTSİ
Fənn haqqında
“Rəqslər nəzəriyyəsi və analitik mexanika” fənni 060630 Mexanika mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlar üçün nəzərdə tutulmuş və mexaniki sistemlərin qabaqcıl dinamik analizini əhatə edən fundamental ixtisas fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd magistrantlara mürəkkəb mexaniki, maşın və robot sistemlərinin hərəkət tənliklərinin analitik üsullarla qurulmasını və bu sistemlərdə baş verən rəqs proseslərinin riyazi təhlilini öyrətməkdir. Kurs çərçivəsində analitik mexanikanın variasiya prinsipləri, Laqranj, Hamilton və Kanonik tənliklər, eləcə də xətti və qeyri-xətti sistemlərin sərbəst, məcburi və parametrik rəqslərinin nəzəriyyəsi dərindən araşdırılır. Eyni zamanda, sistemlərin dayanıqlığı, rezonans hadisələri və rəqslərin boğulması (dempferləşdirilməsi) kimi elmi-tədqiqat və praktiki mühəndislik əhəmiyyətli problemlərə geniş yer verilir. Bu fənn magistrantlarda müasir maşınqayırma, avtomatlaşdırma və cihazqayırma sahələrində qarşıya çıxan dinamik yüklənmələri proqnozlaşdırmaq, rəqsi sistemləri modelləşdirmək və müstəqil elmi-tədqiqat işləri aparmaq üçün zəruri olan akademik kompetensiyaları formalaşdırır.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Rəqslər nəzəriyyəsinə giriş. Mexaniki sistemlər və onların sərbəstlik dərəcələri. Sistemin sərbəst rəqsləri. Mexaniki sistemlərdə sönən və məcburi rəqslərin təhlili. Maşınların vallarında yaranan boyuna, eninə və burulma rəqsləri.Mühazirə
- 2.Rezonans hadisəsi. Valın kritik dövrlər sayı. Dirsəkli valın burulma rəqsləri. Porşenli maşınların vibrasiya və rəqsləri. Dirsək-sürüncək mexanizmində gətirilmiş kütlələr.Mühazirə
- 3.Sonsuz sərbəstlik dərəcəsinə malik mexaniki sistemlərin xətti rəqsləri. Maşın hissələrinin boyuna rəqslərinin diferensial tənlikləri və onların həlli yolları. Maşın hissələrinin eninə və burulma rəqslərinin diferensial tənlikləri və onların həlli yolları.Mühazirə
- 4.Porşenli maşınların vibrasiya və rəqsləri. Dirsək-sürüncək mexani zmində gətirilmiş kütlələr. Lövhələrin eninə rəqsləri. Əsas sadələşdirmələr və ifadələr. Sərhəd şərtləri.Mühazirə
- 5.Maşınların hərəkətinin dayanıqlıq nəzəriyyəsi. Sistemin müvazinət vəziyyətinin dayanıqluğı. Hərəkətin dayanıqlığı haqqında Lyapunov teoremi.Mühazirə
- 6.Qeyri xətti mexanikanın ümumi metodları. Qeyri xətti sistemlərin məcburi rəqsləri (B. Qalerkin metodu). Sonlu sayda sərbəstlik dərəcələri olan sistemlərin mexaniki rəqsləri.Mühazirə
- 7.Çubuğun boyuna rəqsləri. Simin eninə rəqsləri. İdeal mayenin boru xəttində axınının rəqsi hərəkəti.Mühazirə
- 8.Analitik mexanikaya giriş. Sistemin müvazinət vəziyyətinin dayanıqluğı.Mühazirə
- 9.Qeyri-sərbəst maddi nöqtələr sistemi. İdeal və real rabitələr.Mühazirə
- 10.Mümkün yerdəyişmələr prinsipi. Dinamikanın ümumi tənliyi.Mühazirə
- 11.Sistemin hərəkətinin ümumiləşmiş koordinatlarda diferensial tənlikləri.Mühazirə
- 12.Qeyri-sərbəst sistemin müvazinət şərtləri. Laqranjın 2-ci növ tənlikləri.Mühazirə
- 13.Laqranjın 2-ci növ tənlikləri vasitəsi ilə maşınların mexaniki hərəkətinin tədqiqi.Mühazirə
- 14.Dirsək-sürüncək mexanizminin ümumiləşmiş koordinatları, Laqranjın 2-ci növ tənliklərinin onlara tətbiqi.Mühazirə
- 15.Laqranjın 2-ci növ tənliklərinin kompressor və nasoslara tətbiqi.Mühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |