Magistr proqramı

Mexanikamühəndisliyi-magistr

Magistr060630(7006027)Maşınqayırma və MetallurgiyaMexanika18 fənn

Proqram haqqında

Magistratura səviyyəsinin 060630 – Mexanika mühəndisliyi ixtisası üzrə Təhsil Proqramı məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktur və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir. Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırır. Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırır. Təhsil Proqramı 2 il (4 semestr) müddətini əhatə edir. Proqram «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı», «Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi Qaydaları»nın tələblərinə, «Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı»na və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

Dərəcə tələbləri

Təhsil Proqramı 120 (2 il(qiyabi forma üzrə təhsil müddəti 6 ay artıqdır)) AKTS kreditindən ibarət olmalıdır. Hər semestrdə 5 fəndən çox olmamaq şərti ilə 30 kredit nəzərdə tutulmuşdur.

Proqramı araşdırın