Fənn · Mexanikamühəndisliyi-magistr

CAD/CAE/CAM əsaslarıSillabus

MİF-34366 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MİF-3436
Kredit
6
Tələbənin iş yükü
130
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a)15 saat- mühazirə, b)15 saat-seminar
Auditoriyadan kənar saatlar
a)87 saat-TSİ, b) 43 saat-MRTSİ

Fənn haqqında

“CAD/CAE/CAM əsasları” fənni 060630 – “Mexanika mühəndisliyi” ixtisas proqramı üzrə magistratura səviyyəsində təhsil alan magistrantlar üçün nəzərdə tutulmuş mühüm peşə hazırlığı fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd magistrantlara müasir mexaniki və hidromexaniki sistemlərin, o cümlədən nasos və boru armaturu avadanlıqlarının layihələndirilməsi, analizi və istehsalı proseslərində CAD/CAE/CAM texnologiyalarının rolunu və tətbiqi metodlarını öyrətməkdir. Kurs çərçivəsində müxtəlif texnikanın iş prinsipləri analiz edilərək mexaniki sistemlərin quraşdırılmasının əsaslandırılması, dinamik tipli hissələrin düzgün seçilməsi və istismar zamanı etibarlılığın təmin olunması məsələləri araşdırılır. Eyni zamanda, tələbələrdə əldə olunmuş biliklərin sistemləşdirilməsi vasitəsilə dialektik dünya görüşü inkişaf etdirilir və mürəkkəb mühəndislik problemlərinin həllində sistemli yanaşma üsullarının səmərəli tətbiqi üçün lazım olan bacarıqlar formalaşdırılır. Bu fənn gələcək yüksəkixtisaslı mütəxəssislərə avadanlıqların həyat tsiklinin bütün mərhələlərini qarşılıqlı əlaqələndirməklə müasir sənayenin tələblərinə cavab verən, rəqabətqabiliyyətli mühəndislik və istehsalat həlləri təklif etmək imkanı qazandırır.

Tədris metodları

  • mühazirə
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Giriş: CAD/CAM/CAE inteqrasiyası və rəqəmsal istehsal (PLM) konsepsiyası.Məşğələ
  2. 2.
    SolidWorks-də parametrik eskiz (sketch) və bərk cisim modelləşdirmə.Məşğələ
  3. 3.
    SolidWorks-də mürəkkəb səth (surface) modelləşdirmə və yığma (assembly).Məşğələ
  4. 4.
    Siemens NX-də parametrik modelləşdirmə: SolidWorks ilə müqayisəli yanaşma.Məşğələ
  5. 5.
    CATIA-da modul əsaslı dizayn və böyük yığmaların idarə edilməsi.Məşğələ
  6. 6.
    CNC emalının əsasları: kəsici alətlər, emal parametrləri, alət yolu strategiyaları.Məşğələ
  7. 7.
    Mastercam-da 2.5D və 3D frezə (milling) proqramlaşdırılması.Məşğələ
  8. 8.
    Fusion 360 CAM-da 3-5 oxlu emal strategiyaları və simulyasiya.Məşğələ
  9. 9.
    G-kodun generasiyası, post-prosessor tənzimlənməsi və virtual maşın simulyasiyası.Məşğələ
  10. 10.
    Sonlu elementlər metodunun (FEM) əsasları: meş (mesh) generasiyası, sərhəd şərtləri.Məşğələ
  11. 11.
    ANSYS Mechanical-da statik struktur möhkəmlik analizi.Məşğələ
  12. 12.
    ANSYS Mechanical-da termal və modal (rəqs) analiz.Məşğələ
  13. 13.
    Abaqus-da qeyri-xətti materiallar və təmas (contact) analizi.Məşğələ
  14. 14.
    ANSYS Fluent (CFD) əsasları və Aspen Plus ilə termodinamik proses simulyasiyası.Məşğələ
  15. 15.
    CAD→CAM→CAE inteqrasiya olunmuş iş axını: yekun layihənin təqdimatı.Məşğələ

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5