Fənn haqqında
Kredit
6
İş yükü
130saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“CAD/CAE/CAM əsasları” fənni 060630 – “Mexanika mühəndisliyi” ixtisas proqramı üzrə magistratura səviyyəsində təhsil alan magistrantlar üçün nəzərdə tutulmuş mühüm peşə hazırlığı fənlərindən biridir. Fənnin tədris olunmasında əsas məqsəd magistrantlara müasir mexaniki və hidromexaniki sistemlərin, o cümlədən nasos və boru armaturu avadanlıqlarının layihələndirilməsi, analizi və istehsalı proseslərində CAD/CAE/CAM texnologiyalarının rolunu və tətbiqi metodlarını öyrətməkdir. Kurs çərçivəsində müxtəlif texnikanın iş prinsipləri analiz edilərək mexaniki sistemlərin quraşdırılmasının əsaslandırılması, dinamik tipli hissələrin düzgün seçilməsi və istismar zamanı etibarlılığın təmin olunması məsələləri araşdırılır. Eyni zamanda, tələbələrdə əldə olunmuş biliklərin sistemləşdirilməsi vasitəsilə dialektik dünya görüşü inkişaf etdirilir və mürəkkəb mühəndislik problemlərinin həllində sistemli yanaşma üsullarının səmərəli tətbiqi üçün lazım olan bacarıqlar formalaşdırılır. Bu fənn gələcək yüksəkixtisaslı mütəxəssislərə avadanlıqların həyat tsiklinin bütün mərhələlərini qarşılıqlı əlaqələndirməklə müasir sənayenin tələblərinə cavab verən, rəqabətqabiliyyətli mühəndislik və istehsalat həlləri təklif etmək imkanı qazandırır.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.