Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Telekommunikasiya Şəbəkələrinin arxitekturuSillabus

MS-40016 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-4001
Kredit
6
Tələbənin iş yükü
75
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat -məşğələ
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 60 saat - MRTSİ

Fənn haqqında

“Telekommunikasiya Şəbəkələrinin Arxitekturu” fənni dinləmədən öncə tələbə kompüter şəbəkələrinin əsas anlayışları və OSI/TCP-IP modelləri haqqında ilkin biliklərə sahib olmalı, rəqəmsal rabitə sistemlərinin işləmə prinsiplərini başa düşməli, siqnal ötürülməsi, modulyasiya və multipleksləşmə üsulları barədə məlumatlı olmalıdır, telekommunikasiya terminologiyasını və əsas standartları anlaya bilməlidir, fənnin digər fənlər ilə əlaqəsi “Telekommunikasiya Şəbəkələrinin Arxitekturu” fənni rəqəmsal rabitə sistemləri, informasiya nəzəriyyəsi və siqnal emalı fənlərində əldə olunan nəzəri biliklərin şəbəkə səviyyəsində tətbiqini təmin edir, kompüter şəbəkələri və şəbəkə protokolları fənlərinin davamı olaraq mürəkkəb arxitektura modellərinin öyrənilməsinə şərait yaradır, həmçinin telekommunikasiya sistemlərinin idarə edilməsi, şəbəkə təhlükəsizliyi və bulud texnologiyaları ilə sıx əlaqədə olaraq magistrantların müasir şəbəkələrin dizaynı, idarə olunması və təhlükəsizliyinə dair bilik və bacarıqlarını dərinləşdirir.

Tədris metodları

  • mühazirə
  • seminar
  • komanda işi
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: CLO1 Telekommunikasiya şəbəkələrinin əsas anlayışlarını, arxitektura prinsiplərini, strukturunu və funksional komponentlərini izah edir. CLO2 Telekommunikasiya şəbəkələrinin müxtəlif arxitektura modellərini, o cümlədən OSI və TCP/IP modellərini təhlil edir və onların funksional xüsusiyyətlərini müqayisə edir. CLO3 Telekommunikasiya şəbəkələrində istifadə olunan giriş, nəqliyyat və kommutasiya texnologiyalarının iş prinsiplərini izah edir. CLO4 IP şəbəkələrinin, marşrutlaşdırma və kommutasiya mexanizmlərinin iş prinsiplərini təhlil edir və şəbəkə resurslarının səmərəli istifadəsini qiymətləndirir. CLO5 Müasir telekommunikasiya şəbəkələrinin layihələndirilməsində bulud texnologiyaları, SDN və NFV yanaşmalarının tətbiq imkanlarını qiymətləndirir. CLO6 Telekommunikasiya şəbəkələrinin məhsuldarlığını, etibarlılığını, miqyaslana bilməsini və xidmət keyfiyyətini (QoS) təhlil edir. CLO7 Şəbəkə arxitekturasında yaranan texniki problemləri müəyyənləşdirir, onların səbəblərini araşdırır və uyğun həll üsulları təklif edir. CLO8 Telekommunikasiya şəbəkələrinin təhlükəsizlik, idarəetmə və monitorinq prinsiplərini tətbiq edərək şəbəkənin dayanıqlı və etibarlı fəaliyyətini qiymətləndirir.

Mövzu planı

  1. 1.
    Giriş: Fənnin məqsədləri və əsas anlayışlar Fənnə giriş, onun məqsədləri və əsas telekommunikasiya anlayışları. Təcrübi məşğələ: Fənnin ümumi icmalı və telekommunikasiyanın əsas prinsipləri üzrə qrup müzakirəsi.Mühazirə
  2. 2.
    Telekommunikasiya Şəbəkələri Telekommunikasiya şəbəkələri, onların növləri və komponentləri haqqında ümumi baxış. Fərqli şəbəkə növləri və onların komponentlərinin təhlili.Mühazirə
  3. 3.
    Mobil və Naqilsiz Şəbəkələr. Mobil və naqilsiz şəbəkələrə giriş, o cümlədən mobil (cellular) və Wi-Fi texnologiyaları. Təcrübi məşğələ: Mobil və naqilsiz şəbəkələrin konfiqurasiyası üzrə praktiki fəaliyyətlər.Mühazirə
  4. 4.
    NGN – Yeni Nəsil Şəbəkələr Yeni Nəsil Şəbəkələrin (NGN) öyrənilməsi və onların üstünlükləri. NGN texnologiyaları və memarlığının nümunələr (case study) vasitəsilə izahı.Mühazirə
  5. 5.
    Bulud əsaslı Telekommunikasiya Memarlığı Bulud əsaslı şəbəkə memarlıqları və onların genişlənəbilən (scalable) üstünlükləri. Təcrübi məşğələ: Bulud əsaslı şəbəkələr və virtuallaşdırılmış xidmətlərlə bağlı praktiki tapşırıqlar.Mühazirə
  6. 6.
    Şəbəkə Memarlığı və Modelləri OSI və TCP/IP kimi şəbəkə modellərinin araşdırılması. OSI və TCP/IP modellərinin şəbəkə ssenarilərinə tətbiqi üzrə qrup işi.Mühazirə
  7. 7.
    Fiziki Səviyyə və Ötürmə MühitiŞəbəkələrin fiziki səviyyəsi və istifadə olunan ötürmə mühitlərinin öyrənilməsi. Təcrübi məşğələ: Fərqli ötürmə mühitləri (optik fiber, mis, naqilsiz) ilə praktiki çalışmalar.Mühazirə
  8. 8.
    Optik Kabellər: Şəbəkə Memarlığının Əsas Elementi. Optik kabellərin tədqiqi və yüksək sürətli ötürmədə rolu. Optik liflər və onların quraşdırılması üzrə laboratoriya məşğələsi.Mühazirə
  9. 9.
    Optik Gücləndiricilər. Siqnalın gücünü artırmaq üçün istifadə olunan optik gücləndiricilərə ümumi baxış. Təcrübi məşğələ: Optik gücləndiricilərlə bağlı praktiki eksperimentlər və onların şəbəkələrdə tətbiqi.Mühazirə
  10. 10.
    Telekommunikasiya Şəbəkələrində Optik Ötürmə Sistemləri (SDH, PDH)SDH və PDH optik ötürmə sistemlərinin öyrənilməsi. SDH/PDH ötürmə sistemləri və məlumatların təhlili.Mühazirə
  11. 11.
    Telekommunikasiya Şəbəkələrində Optik Ötürmə Sistemləri (SDH, PDH)SDH və PDH optik ötürmə sistemlərinin öyrənilməsi. SDH/PDH ötürmə sistemləri və məlumatların təhlili.Mühazirə
  12. 12.
    İnternet Şəbəkələri və IP Telefoniyası. İnternet şəbəkələrinə və IP üzərindən səs (VoIP) texnologiyasına giriş. Təcrübi məşğələ: IP telefoniyası sistemlərinin praktiki konfiqurasiyası.Mühazirə
  13. 13.
    ВоляMühazirə

    Воля - это психический процесс, обеспечивающий сознательное преодоление трудностей и достижение поставленных целей.

  14. 14.
    Telekommunikasiya Şəbəkələrində İnformasiya Təhlükəsizliyi Şəbəkələrdə informasiya təhlükəsizliyi, o cümlədən şifrələmə metodları.Mühazirə
  15. 15.
    5G və Gələcək Mobil Şəbəkələr Mobil şəbəkələrin inkişafı, 5G texnologiyaları və onların əsas xüsusiyyətlərinin öyrənilməsi. Təcrübi məşğələ: 5G şəbəkə komponentlərinin simulyasiyası və real tətbiqlərdə imkanlarının təhlili.Mühazirə

Ədəbiyyat

  1. 1. Stallings, W. (2017). Data and Computer Communications. Pearson. 2. Forouzan, B. A. (2013). Data Communications and Networking. McGraw-Hill. 3. Cisco Networking Academy. (2020). Cisco Certified Network Associate (CCNA) Routing and Switching. Cisco Press (Available online through the Cisco Academy). 4. Network Simulator 3 (NS-3): A discrete-event network simulator used for research and education. www.nsnam.org

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5