Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Telekommunikasiya Şəbəkələrinin arxitekturu

MS-40016 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

75saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Telekommunikasiya Şəbəkələrinin Arxitekturu” fənni dinləmədən öncə tələbə kompüter şəbəkələrinin əsas anlayışları və OSI/TCP-IP modelləri haqqında ilkin biliklərə sahib olmalı, rəqəmsal rabitə sistemlərinin işləmə prinsiplərini başa düşməli, siqnal ötürülməsi, modulyasiya və multipleksləşmə üsulları barədə məlumatlı olmalıdır, telekommunikasiya terminologiyasını və əsas standartları anlaya bilməlidir, fənnin digər fənlər ilə əlaqəsi “Telekommunikasiya Şəbəkələrinin Arxitekturu” fənni rəqəmsal rabitə sistemləri, informasiya nəzəriyyəsi və siqnal emalı fənlərində əldə olunan nəzəri biliklərin şəbəkə səviyyəsində tətbiqini təmin edir, kompüter şəbəkələri və şəbəkə protokolları fənlərinin davamı olaraq mürəkkəb arxitektura modellərinin öyrənilməsinə şərait yaradır, həmçinin telekommunikasiya sistemlərinin idarə edilməsi, şəbəkə təhlükəsizliyi və bulud texnologiyaları ilə sıx əlaqədə olaraq magistrantların müasir şəbəkələrin dizaynı, idarə olunması və təhlükəsizliyinə dair bilik və bacarıqlarını dərinləşdirir.

Fənn təlim nəticələri

  1. CLO 1: CLO1 Telekommunikasiya şəbəkələrinin əsas anlayışlarını, arxitektura prinsiplərini, strukturunu və funksional komponentlərini izah edir. CLO2 Telekommunikasiya şəbəkələrinin müxtəlif arxitektura modellərini, o cümlədən OSI və TCP/IP modellərini təhlil edir və onların funksional xüsusiyyətlərini müqayisə edir. CLO3 Telekommunikasiya şəbəkələrində istifadə olunan giriş, nəqliyyat və kommutasiya texnologiyalarının iş prinsiplərini izah edir. CLO4 IP şəbəkələrinin, marşrutlaşdırma və kommutasiya mexanizmlərinin iş prinsiplərini təhlil edir və şəbəkə resurslarının səmərəli istifadəsini qiymətləndirir. CLO5 Müasir telekommunikasiya şəbəkələrinin layihələndirilməsində bulud texnologiyaları, SDN və NFV yanaşmalarının tətbiq imkanlarını qiymətləndirir. CLO6 Telekommunikasiya şəbəkələrinin məhsuldarlığını, etibarlılığını, miqyaslana bilməsini və xidmət keyfiyyətini (QoS) təhlil edir. CLO7 Şəbəkə arxitekturasında yaranan texniki problemləri müəyyənləşdirir, onların səbəblərini araşdırır və uyğun həll üsulları təklif edir. CLO8 Telekommunikasiya şəbəkələrinin təhlükəsizlik, idarəetmə və monitorinq prinsiplərini tətbiq edərək şəbəkənin dayanıqlı və etibarlı fəaliyyətini qiymətləndirir.