Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
Qabaqcıl Telekommunikasiya SistemləriMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Qabaqcıl telekommunikasiya sistemlərinə giriş. Müasir telekommunikasiya sistemlərinin strukturu və inkişaf istiqamətləri
MühazirəMüasir telekommunikasiya sistemlərinin strukturu, əsas funksional blokları, informasiya ötürülməsi prinsipləri və inkişaf mərhələləri öyrənilir. Rəqəmsallaşma, yüksək sürətli rabitə, şəbəkə inteqrasiyası və yeni nəsil telekommunikasiya texnologiyalarının inkişaf istiqamətləri araşdırılır.
2. Rəqəmsal rabitə sistemləri: qabaqcıl modulyasiya və çoxlama texnologiyaları
MühazirəRəqəmsal rabitə sistemlərində istifadə olunan modulyasiya üsulları, o cümlədən QPSK, QAM və digər müasir modulyasiya texnologiyaları, həmçinin tezlik, zaman və kod üzrə çoxlama prinsipləri öyrənilir.
3. OFDM texnologiyası və çoxdaşıyıcılı rabitə sistemləri. Kanal kodlaşdırılması
MühazirəOFDM texnologiyasının iş prinsipi, ortoqonal daşıyıcılar, çoxdaşıyıcılı ötürmə, kanal kodlaşdırılması, səhvlərin aşkarlanması və korreksiyası üsulları araşdırılır.
4. Optik lifli rabitə sistemləri: optik liflər, ötürücü-qəbuledici qurğular, zəifləmə və dispersiya
MühazirəOptik liflərin quruluşu və növləri, optik ötürücü və qəbuledici qurğular, siqnalın lifdə yayılması, zəifləmə və dispersiya hadisələri öyrənilir. Optik rabitə xəttinin əsas parametrləri araşdırılır.
5. WDM, CWDM və DWDM texnologiyaları. Yüksək tutumlu optik rabitə sistemləri
MühazirəDalğa uzunluğuna görə çoxlama texnologiyalarının iş prinsipləri, CWDM və DWDM sistemlərinin xüsusiyyətləri, optik kanalların təşkili və yüksək tutumlu məlumat ötürülməsi prinsipləri öyrənilir.
6. Radio-rele və mikrodalğalı rabitə sistemləri. Yayılma xüsusiyyətləri və rabitə xəttinin enerji büdcəsi (Link Budget)
MühazirəRadio-rele və mikrodalğalı rabitə sistemlərinin quruluşu, elektromaqnit dalğalarının yayılma xüsusiyyətləri, antenaların yerləşdirilməsi, sərbəst fəza itkiləri və rabitə xəttinin enerji büdcəsinin hesablanması araşdırılır.
7. 4G LTE, 5G və 5G-Advanced sistemlərinin arxitekturası və radio giriş texnologiyaları
Mühazirə4G LTE, 5G və 5G-Advanced sistemlərinin şəbəkə arxitekturası, radio giriş şəbəkələri, əsas texnologiyalar, xidmət keyfiyyəti və inkişaf xüsusiyyətləri öyrənilir
8. MIMO, Massive MIMO, Beamforming və mmWave texnologiyaları. Spektral səmərəlilik və sistem performansı
MühazirəMIMO və Massive MIMO anten sistemləri, şüa formalaşdırılması, millimetr diapazonlu dalğalar, spektral səmərəlilik və rabitə sistemlərinin performansına təsir edən amillər araşdırılır.
9. Peyk rabitə sistemləri: GEO, MEO, LEO və Non-Terrestrial Networks (NTN)
MühazirəGEO, MEO və LEO peyk orbitlərinin xüsusiyyətləri, peyk rabitə sistemlərinin arxitekturası, gecikmə, əhatə dairəsi, peyklərarası əlaqələr və yerüstü olmayan şəbəkələrlə inteqrasiya prinsipləri öyrənilir.
10. IoT, Industrial IoT, sensor şəbəkələri və V2X rabitə sistemləri
MühazirəƏşyaların interneti, sənaye IoT-si, simsiz sensor şəbəkələri və nəqliyyat vasitələri arasında rabitə texnologiyalarının arxitekturası, məlumat ötürmə üsulları, enerji səmərəliliyi və təhlükəsizlik məsələləri araşdırılır.
11. SDN, NFV, Open RAN və Cloud RAN texnologiyaları. Proqramlaşdırılan və virtuallaşdırılmış telekommunikasiya şəbəkələri
MühazirəProqram təminatı ilə müəyyən olunan şəbəkələr, şəbəkə funksiyalarının virtuallaşdırılması, Open RAN və Cloud RAN arxitekturaları, şəbəkə idarəetməsi və proqramlaşdırılan infrastruktur prinsipləri öyrənilir.
12. Edge Computing, MEC, FSO və VLC/Li-Fi texnologiyaları
MühazirəKənar hesablama, mobil kənar hesablama, azad fəzada optik rabitə, görünən işıq rabitəsi və Li-Fi texnologiyalarının iş prinsipləri, arxitekturaları, üstünlükləri və məhdudiyyətləri araşdırılır.
13. Kvant rabitəsi və Quantum Key Distribution (QKD). Telekommunikasiya sistemlərinin fiziki səviyyə təhlükəsizliyi
MühazirəKvant rabitəsinin əsas prinsipləri, kvant açarlarının paylanması, kvant vəziyyətlərinin ölçülməsi, dinləmə cəhdlərinin aşkarlanması və fiziki səviyyədə rabitə təhlükəsizliyinin təmin edilməsi üsulları öyrənilir
14. Süni intellekt və maşın öyrənməsinin telekommunikasiya sistemlərində tətbiqi. 6G, AI-native Networks və ISAC
MühazirəTelekommunikasiya şəbəkələrində süni intellekt və maşın öyrənməsi üsullarının tətbiqi, şəbəkə optimallaşdırılması, nasazlıqların proqnozlaşdırılması, 6G arxitekturası, AI-native Networks və rabitə ilə hissetmənin inteqrasiyası (ISAC) araşdırılır.
15. Qabaqcıl telekommunikasiya sistemlərinin modelləşdirilməsi, layihələndirilməsi və yekun layihə
MühazirəQabaqcıl telekommunikasiya sistemlərinin modelləşdirilməsi, texniki parametrlərin hesablanması, arxitekturanın seçilməsi, simulyasiya vasitələrindən istifadə və layihə nəticələrinin təhlili prinsipləri öyrənilir. Tələbələr fərdi və ya qrup şəklində yekun layihə hazırlayırlar.
16. Rəqəmsal rabitə sistemləri: qabaqcıl modulyasiya və çoxlama texnologiyaları
MəşğələRəqəmsal rabitə sistemlərində istifadə olunan modulyasiya üsulları, o cümlədən QPSK, QAM və digər müasir modulyasiya texnologiyaları, həmçinin tezlik, zaman və kod üzrə çoxlama prinsipləri öyrənilir.
17. Optik lifli rabitə sistemləri: optik liflər, ötürücü-qəbuledici qurğular, zəifləmə və dispersiya
MəşğələOptik liflərin quruluşu və növləri, optik ötürücü və qəbuledici qurğular, siqnalın lifdə yayılması, zəifləmə və dispersiya hadisələri öyrənilir. Optik rabitə xəttinin əsas parametrləri araşdırılır.
18. Radio-rele və mikrodalğalı rabitə sistemləri. Yayılma xüsusiyyətləri və rabitə xəttinin enerji büdcəsi (Link Budget)
MəşğələRadio-rele və mikrodalğalı rabitə sistemlərinin quruluşu, elektromaqnit dalğalarının yayılma xüsusiyyətləri, antenaların yerləşdirilməsi, sərbəst fəza itkiləri və rabitə xəttinin enerji büdcəsinin hesablanması araşdırılır.
19. MIMO, Massive MIMO, Beamforming və mmWave texnologiyaları. Spektral səmərəlilik və sistem performansı
MəşğələMIMO və Massive MIMO anten sistemləri, şüa formalaşdırılması, millimetr diapazonlu dalğalar, spektral səmərəlilik və rabitə sistemlərinin performansına təsir edən amillər araşdırılır.
20. IoT, Industrial IoT, sensor şəbəkələri və V2X rabitə sistemləri [14], 25 səh. [15], 3GPP FTN7 10
MühazirəƏşyaların interneti, sənaye IoT-si, simsiz sensor şəbəkələri və nəqliyyat vasitələri arasında rabitə texnologiyalarının arxitekturası, məlumat ötürmə üsulları, enerji səmərəliliyi və təhlükəsizlik məsələləri araşdırılır.