Ümumi məlumat
- Fənn kodu
- MS-1216
- Kredit
- 6
- Tələbənin iş yükü
- 1
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
Bu fənn müasir kompüter və telekommunikasiya şəbəkələrində yüksək sürətli məlumat ötürülməsini təmin edən marşrutlaşdırma və kommutasiya texnologiyalarının, protokolların və mexanizmlərin iş prinsiplərini öyrənir. Fənn çərçivəsində IP marşrutlaşdırmanın əsasları, statik və dinamik marşrutlaşdırma, RIP, OSPF, IS-IS, EIGRP və BGP protokolları, VLAN, STP/RSTP/MSTP, EtherChannel, multilayer switching və yüksək sürətli Ethernet texnologiyaları araşdırılır.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Yüksək sürətli şəbəkələrin əsasları və marşrutlaşdırma-kommutasiya arxitekturası.Mühazirə
Yüksək sürətli şəbəkələrin quruluşu, əsas komponentləri, marşrutlaşdırma və kommutasiya prinsipləri öyrənilir.
- 2.OSPF (Open Shortest Path First – Ən qısa yolun əvvəlcə seçilməsi) və yüksək sürətli link-state marşrutlaşdırma.Mühazirə
OSPF protokolunun iş prinsipi, ərazilər, topologiya məlumat bazası və ən qısa yolun hesablanması öyrənilir.
- 3.IP marşrutlaşdırmanın prinsipləri və marşrutlaşdırma cədvəlləri.Mühazirə
IP marşrutlaşdırmanın əsasları, marşrutların seçilməsi, marşrutlaşdırma cədvəllərinin quruluşu və təhlili araşdırılır.
- 4.IS-IS (Intermediate System to Intermediate System – Aralıq sistemdən aralıq sistemə) protokolu və operator səviyyəli şəbəkələrdə marşrutlaşdırma.Mühazirə
IS-IS protokolunun arxitekturası, səviyyələri, marşrutların hesablanması və operator şəbəkələrində tətbiqi araşdırılır.
- 5.RIP (Routing Information Protocol – Marşrutlaşdırma məlumatı protokolu), EIGRP (Enhanced Interior Gateway Routing Protocol – Təkmilləşdirilmiş daxili şlüz marşrutlaşdırma protokolu) və məsafə-vektorlu marşrutlaşdırma protokolları.Mühazirə
RIP və EIGRP protokollarının iş prinsipləri, metrikləri, marşrutların yenilənməsi və protokolların müqayisəsi öyrənilir.
- 6.BGP (Border Gateway Protocol – Sərhəd şlüzü protokolu) və avtonom sistemlərarası yüksək sürətli marşrutlaşdırma.Mühazirə
BGP protokolunun iş prinsipi, avtonom sistemlər, marşrut atributları və siyasətə əsaslanan marşrut seçimi öyrənilir.
- 7.Yüksək sürətli Ethernet kommutasiyası və VLAN (Virtual Local Area Network – Virtual lokal şəbəkə) texnologiyaları.Mühazirə
Ethernet kommutasiyası, MAC ünvanları, VLAN-ların yaradılması, trunk bağlantıları və şəbəkənin məntiqi seqmentləşdirilməsi öyrənilir.
- 8.MPLS Traffic Engineering (Multiprotocol Label Switching Traffic Engineering – Çoxprotokollu nişan üzrə kommutasiya trafik mühəndisliyi) və MPLS VPN (Multiprotocol Label Switching Virtual Private Network – MPLS(Multiprotocol Label Switching — Çoxprotokollu nişan üzrə kommutasiya) virtual özəl şəbəkəsiMühazirə
MPLS Traffic Engineering vasitəsilə trafik axınlarının idarə olunması, resursların bölüşdürülməsi və MPLS VPN xidmətlərinin təşkili öyrənilir.
- 9.STP (Spanning Tree Protocol – Əhatəedici ağac protokolu), RSTP (Rapid Spanning Tree Protocol – Sürətli əhatəedici ağac protokolu), MSTP (Multiple Spanning Tree Protocol – Çoxsaylı əhatəedici ağac protokolu) və şəbəkə dövrələrinin idarə olunması. [1-7] FTN 1 - FTN 6 Həftə 8Mühazirə
STP, RSTP və MSTP protokollarının iş prinsipləri, ehtiyat bağlantılar və şəbəkə dövrələrinin qarşısının alınması üsulları araşdırılır.
- 10.QoS (Quality of Service – Xidmət keyfiyyəti) və yüksək sürətli şəbəkələrdə trafik idarəetməsi.Mühazirə
Xidmət keyfiyyətinin göstəriciləri, gecikmə, jitter, paket itkisi, prioritetləşdirmə və trafik idarəetmə mexanizmləri araşdırılır.
- 11.MPLS (Multiprotocol Label Switching – Çoxprotokollu nişan üzrə kommutasiya) və Label Switching (Nişan üzrə kommutasiya) texnologiyası.Mühazirə
MPLS texnologiyasının arxitekturası, nişanların təyin edilməsi, etiket üzrə paket ötürülməsi və MPLS şəbəkəsinin əsas komponentləri öyrənilir.
- 12.IPv6 (Internet Protocol version 6 – İnternet Protokolunun 6-cı versiyası) marşrutlaşdırılması və yüksək sürətli IPv6 şəbəkələri.Mühazirə
IPv6 ünvanlaşdırması, prefikslər, marşrutlaşdırma protokolları və IPv6 şəbəkələrinin qurulması prinsipləri öyrənilir.
- 13.SDN (Software-Defined Networking – Proqramla müəyyənləşdirilən şəbəkələşmə), OpenFlow (OpenFlow Protocol – Açıq axın protokolu) və proqramla idarə olunan marşrutlaşdırma.Mühazirə
SDN arxitekturası, idarəetmə və verilənlərin ötürülməsi səviyyələri, OpenFlow protokolu və mərkəzləşdirilmiş şəbəkə idarəetməsi araşdırılır.
- 14.Yüksək sürətli marşrutlaşdırma və kommutasiya şəbəkələrinin layihələndirilməsi, optimallaşdırılması və təhlükəsizliyiMühazirə
Şəbəkə topologiyasının seçilməsi, məhsuldarlığın artırılması, resursların optimallaşdırılması, ehtiyatlılıq və şəbəkə təhlükəsizliyi üsulları öyrənilir.
- 15.Segment Routing (SR – Segment marşrutlaşdırması), VXLAN (Virtual Extensible LAN – Virtual genişləndirilə bilən lokal şəbəkə) və EVPN (Ethernet Virtual Private Network – Ethernet virtual özəl şəbəkəsi) müasir yüksək sürətli şəbəkələr.Mühazirə
Segment Routing, VXLAN və EVPN texnologiyalarının arxitekturası, virtual şəbəkələrin qurulması və məlumat mərkəzlərində tətbiqi öyrənilir.
- 16.OSPF (Open Shortest Path First – Ən qısa yolun əvvəlcə seçilməsi) və yüksək sürətli link-state marşrutlaşdırma.Məşğələ
OSPF protokolunun iş prinsipi, ərazilər, topologiya məlumat bazası və ən qısa yolun hesablanması öyrənilir.
- 17.IP marşrutlaşdırmanın prinsipləri və marşrutlaşdırma cədvəlləri.Məşğələ
IP marşrutlaşdırmanın əsasları, marşrutların seçilməsi, marşrutlaşdırma cədvəllərinin quruluşu və təhlili araşdırılır.
- 18.BGP (Border Gateway Protocol – Sərhəd şlüzü protokolu) və avtonom sistemlərarası yüksək sürətli marşrutlaşdırma.Məşğələ
BGP protokolunun iş prinsipi, avtonom sistemlər, marşrut atributları və siyasətə əsaslanan marşrut seçimi öyrənilir.
- 19.STP (Spanning Tree Protocol – Əhatəedici ağac protokolu), RSTP (Rapid Spanning Tree Protocol – Sürətli əhatəedici ağac protokolu), MSTP (Multiple Spanning Tree Protocol – Çoxsaylı əhatəedici ağac protokolu) və şəbəkə dövrələrinin idarə olunması. [1-7] FTN 1 - FTN 6 Həftə 8Məşğələ
STP, RSTP və MSTP protokollarının iş prinsipləri, ehtiyat bağlantılar və şəbəkə dövrələrinin qarşısının alınması üsulları araşdırılır.
- 20.MPLS Traffic Engineering (Multiprotocol Label Switching Traffic Engineering – Çoxprotokollu nişan üzrə kommutasiya trafik mühəndisliyi) və MPLS VPN (Multiprotocol Label Switching Virtual Private Network – MPLS(Multiprotocol Label Switching — Çoxprotokollu nişan üzrə kommutasiya) virtual özəl şəbəkəsiMəşğələ
MPLS Traffic Engineering vasitəsilə trafik axınlarının idarə olunması, resursların bölüşdürülməsi və MPLS VPN xidmətlərinin təşkili öyrənilir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |