Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Telekommunikasiya sistemləri üçün Data AnalitikasıSillabus

MS-12116 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1211
Kredit
6
Tələbənin iş yükü
76
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat -seminar
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 60 saat – MRTSİ

Fənn haqqında

“Telekommunikasiya sistemləri üçün Data Analitikası” fənni telekommunikasiya şəbəkələrində yaranan verilənlərin analizi və onlardan səmərəli istifadə məsələlərini əhatə edir. Fənn çərçivəsində telekommunikasiya sistemlərində verilənlərin növləri və mənbələri, onların toplanması, saxlanması və ilkin emalı prinsipləri öyrənilir. Statistik analiz, təsviri və proqnozlaşdırıcı analitika üsullarının şəbəkə verilənlərinə tətbiqi izah olunur. Eyni zamanda trafik analizi, şəbəkə keyfiyyət göstəricilərinin (KPI) qiymətləndirilməsi, anomaliyaların və nasazlıqların aşkarlanması metodları araşdırılır. Fənn analitik nəticələr əsasında şəbəkənin optimallaşdırılması, resursların səmərəli idarə olunması və qərarvermə proseslərinin dəstəklənməsi mövzularını da əhatə edir. Tədris prosesində praktiki tapşırıqlar vasitəsilə real telekommunikasiya verilənləri üzərində analitik bacarıqların formalaşdırılması nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • komanda işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: CLO1 Telekommunikasiya sistemlərində verilənlərin toplanması, saxlanması, emalı və təhlilinin əsas prinsiplərini izah edir. CLO2 Telekommunikasiya şəbəkələrindən əldə olunan verilənlərin strukturunu, növlərini və statistik xüsusiyyətlərini müəyyən edir. CLO3 Verilənlərin ilkin emalı, təmizlənməsi və vizuallaşdırılması üsullarını tətbiq edir. CLO4 Statistik təhlil və verilənlərin analitik emalı metodlarından istifadə edərək şəbəkə göstəricilərini qiymətləndirir. CLO5 Telekommunikasiya şəbəkələrinin trafik həcmi, gecikmə, ötürmə sürəti və xidmət keyfiyyəti göstəricilərini təhlil edir. CLO6 Python və digər analitik vasitələrdən istifadə etməklə telekommunikasiya verilənlərinin emalını və nəticələrin vizuallaşdırılmasını həyata keçirir. CLO7 Maşın öyrənməsi və proqnozlaşdırma metodlarının telekommunikasiya şəbəkələrində trafik analizi və nasazlıqların aşkarlanması üçün tətbiq imkanlarını qiymətləndirir. CLO8 Analitik nəticələrə əsaslanaraq şəbəkə resurslarının optimallaşdırılması, performansın yüksəldilməsi və idarəetmə qərarlarının qəbul edilməsi üçün təkliflər hazırlayır.

Mövzu planı

  1. 1.
    Data analitikasına giriş: Data analitikasının anlayışı, növləri və telekommunikasiya sahəsində rolu.Mühazirə
  2. 2.
    Verilənlərin saxlanması və idarə olunması: Məlumat bazaları, böyük verilənlər mühitləri və məlumat anbarı (data warehouse) anlayışları.Mühazirə
  3. 3.
    Verilənlərin təmizlənməsi və ilkin emalı: Missing data, outlier-lər və məlumatların normallaşdırılması.Mühazirə
  4. 4.
    Statistik analizin əsasları: Təsviri statistika və əsas statistik göstəricilər.Mühazirə
  5. 5.
    Telekommunikasiya verilənlərinin vizuallaşdırılması: Qrafiklər, panellər (dashboards) və hesabatların hazırlanması.Mühazirə
  6. 6.
    Telekommunikasiya şəbəkələrində keyfiyyət göstəriciləri (KPI): Latency, throughput, packet loss və onların analizi.Mühazirə
  7. 7.
    Trafik analizi: Trafik modelləri, yüklənmənin qiymətləndirilməsi və tendensiyaların analizi.Mühazirə
  8. 8.
    Proqnozlaşdırıcı analitika: Zaman sıraları və trafik proqnozlaşdırma üsullarıMühazirə
  9. 9.
    Anomaliyaların aşkarlanması: Şəbəkə nasazlıqları və qeyri-adi davranışların analizi.Mühazirə
  10. 10.
    Keyfiyyətin analizi (QoS və QoE): Xidmət keyfiyyəti göstəriciləri və istifadəçi təcrübəsinin qiymətləndirilməsi.Mühazirə
  11. 11.
    Data analitikasında maşın öyrənməsi: Sadə ML modellərinin telekommunikasiya verilənlərinə tətbiqi.Mühazirə
  12. 12.
    Analitik nəticələr əsasında şəbəkə optimallaşdırılması: Resursların idarə olunması və qərarvermə prosesləri.Mühazirə
  13. 13.
    Praktiki tətbiqlər və yekun icmalMühazirə

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5