Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Telekommunikasiya sistemləri üçün Data Analitikası

MS-12116 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

76saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Telekommunikasiya sistemləri üçün Data Analitikası” fənni telekommunikasiya şəbəkələrində yaranan verilənlərin analizi və onlardan səmərəli istifadə məsələlərini əhatə edir. Fənn çərçivəsində telekommunikasiya sistemlərində verilənlərin növləri və mənbələri, onların toplanması, saxlanması və ilkin emalı prinsipləri öyrənilir. Statistik analiz, təsviri və proqnozlaşdırıcı analitika üsullarının şəbəkə verilənlərinə tətbiqi izah olunur. Eyni zamanda trafik analizi, şəbəkə keyfiyyət göstəricilərinin (KPI) qiymətləndirilməsi, anomaliyaların və nasazlıqların aşkarlanması metodları araşdırılır. Fənn analitik nəticələr əsasında şəbəkənin optimallaşdırılması, resursların səmərəli idarə olunması və qərarvermə proseslərinin dəstəklənməsi mövzularını da əhatə edir. Tədris prosesində praktiki tapşırıqlar vasitəsilə real telekommunikasiya verilənləri üzərində analitik bacarıqların formalaşdırılması nəzərdə tutulur.

Fənn təlim nəticələri

  1. CLO 1: CLO1 Telekommunikasiya sistemlərində verilənlərin toplanması, saxlanması, emalı və təhlilinin əsas prinsiplərini izah edir. CLO2 Telekommunikasiya şəbəkələrindən əldə olunan verilənlərin strukturunu, növlərini və statistik xüsusiyyətlərini müəyyən edir. CLO3 Verilənlərin ilkin emalı, təmizlənməsi və vizuallaşdırılması üsullarını tətbiq edir. CLO4 Statistik təhlil və verilənlərin analitik emalı metodlarından istifadə edərək şəbəkə göstəricilərini qiymətləndirir. CLO5 Telekommunikasiya şəbəkələrinin trafik həcmi, gecikmə, ötürmə sürəti və xidmət keyfiyyəti göstəricilərini təhlil edir. CLO6 Python və digər analitik vasitələrdən istifadə etməklə telekommunikasiya verilənlərinin emalını və nəticələrin vizuallaşdırılmasını həyata keçirir. CLO7 Maşın öyrənməsi və proqnozlaşdırma metodlarının telekommunikasiya şəbəkələrində trafik analizi və nasazlıqların aşkarlanması üçün tətbiq imkanlarını qiymətləndirir. CLO8 Analitik nəticələrə əsaslanaraq şəbəkə resurslarının optimallaşdırılması, performansın yüksəldilməsi və idarəetmə qərarlarının qəbul edilməsi üçün təkliflər hazırlayır.