Ümumi məlumat
- Fənn kodu
- MS-1207
- Kredit
- 6
- Tələbənin iş yükü
- 0
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
Bu fənn optik gücləndiricilərin iş prinsiplərini, növlərini, quruluşunu və optik rabitə sistemlərində tətbiq xüsusiyyətlərini öyrənir. Fənn çərçivəsində erbium qatqılı lif gücləndiriciləri (EDFA), Raman və yarımkeçirici optik gücləndiricilər, onların əsas parametrləri, gücləndirmə əmsalı, səs-küy göstəriciləri və enerji xarakteristikaları araşdırılır.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Optik gücləndiricilərə giriş və onların rabitə sistemlərində roluMühazirə
Optik gücləndiricilərin təyinatı, iş prinsipləri, əsas növləri və optik rabitə sistemlərində tətbiq sahələri öyrənilir. Optik siqnalların regenerasiyasız gücləndirilməsi, ötürmə məsafəsinin artırılması və optik gücləndiricilərin rabitə xəttinin energetik balansına təsiri araşdırılır.
- 2.EDFA – erbium qatqılı lifli optik gücləndiriciMühazirə
Erbium qatqılı lifli optik gücləndiricilərin (EDFA) quruluşu, enerji səviyyələri, nasoslama üsulları, gücləndirmə mexanizmi və spektral xüsusiyyətləri öyrənilir. EDFA-nın magistral və WDM optik rabitə sistemlərində tətbiqi, giriş və çıxış gücləri arasındakı əlaqə araşdırılır.
- 3.Çoxpilləli EDFA sistemində ümumi gain və OSNR hesablanması.Mühazirə
Çoxpilləli EDFA sistemlərində gücləndirmə əmsalının, ümumi optik güclənmənin və optik siqnal-küy nisbətinin (OSNR) hesablanma üsulları öyrənilir. Gücləndirmə pillələrinin sayı, səs-küyün toplanması və gücləndiricilərin ardıcıl birləşdirilməsinin sistem göstəricilərinə təsiri araşdırılır.
- 4.Optik gücləndiricilərin əsas parametrləri və səs-küyMühazirə
Optik gücləndiricilərin gücləndirmə əmsalı, çıxış gücü, doyma gücü, gücləndirmə spektri, səs-küy əmsalı və dinamik diapazonu araşdırılır. Gücləndirmə prosesində yaranan spontan emissiya səs-küyü və onun siqnalın keyfiyyətinə təsiri öyrənilir
- 5.Raman və yarımkeçirici optik gücləndiricilərMühazirə
Raman optik gücləndiricilərinin və yarımkeçirici optik gücləndiricilərin (SOA) quruluşu, iş prinsipləri, gücləndirmə mexanizmləri və tətbiq xüsusiyyətləri öyrənilir. Bu gücləndiricilərin EDFA ilə müqayisəsi, spektral imkanları, səs-küy xüsusiyyətləri və optik şəbəkələrdə istifadə imkanları araşdırılır.
- 6.Optik gücləndiricilərin kaskadlaşdırılması və sistem hesablamalarıMühazirə
Optik gücləndiricilərin ardıcıl birləşdirilməsi, güc büdcəsinin hesablanması, lifdə zəifləmənin kompensasiyası və kaskad sistemlərində səs-küyün toplanması öyrənilir. Gücləndiricilərarası məsafənin, giriş və çıxış güclərinin, həmçinin gücləndirmə əmsalının sistemin işinə təsiri təhlil edilir.
- 7.Magistral optik şəbəkələrin arxitekturasıMühazirə
Magistral optik şəbəkələrin quruluşu, topologiyaları, əsas komponentləri və layihələndirmə prinsipləri öyrənilir. Nöqtədən-nöqtəyə, halqavari və torşəkilli topologiyalar, optik ötürmə sistemləri, gücləndirici qovşaqlar və şəbəkələrarası əlaqələr araşdırılır.
- 8.WDM/DWDM magistral şəbəkələriMühazirə
Dalğa uzunluğuna görə sıxlaşdırma (WDM) və sıx dalğa uzunluğu sıxlaşdırması (DWDM) texnologiyalarının iş prinsipləri, kanal planlaşdırılması, optik multipleksor və demultipleksorların funksiyaları öyrənilir. Kanal aralığı, spektral resurslardan istifadə və çoxkanallı ötürmənin xüsusiyyətləri araşdırılır.
- 9.DWDM sistemində kanal sayı və ümumi ötürmə qabiliyyətinin hesablanması.Mühazirə
DWDM sistemlərində istifadə olunan spektral diapazon, kanal aralığı, kanal sayı və hər kanal üzrə ötürmə sürəti əsasında ümumi ötürmə qabiliyyətinin hesablanması üsulları öyrənilir. Spektral resursların səmərəli istifadəsi və kanal parametrlərinin sistemin tutumuna təsiri araşdırılır.
- 10.Uzunməsafəli optik rabitə xətlərinin layihələndirilməsiMühazirə
Uzunməsafəli optik rabitə xətlərinin layihələndirilməsində istifadə olunan optik lifin parametrləri, zəifləmə, dispersiya, güc büdcəsi, gücləndiricilərin yerləşdirilməsi və ötürmə məsafəsinin hesablanması öyrənilir. Xəttin energetik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prinsipləri araşdırılır.
- 11.ROADM, OADM və çevik optik şəbəkələrMühazirə
Optik kanalların əlavə edilməsi, çıxarılması və marşrutlaşdırılması üçün istifadə olunan OADM və ROADM qurğularının quruluşu, iş prinsipləri və idarəetmə imkanları öyrənilir. Çevik optik şəbəkələr, spektral resursların dinamik bölüşdürülməsi və optik kanalların çevik idarə olunması araşdırılır.
- 12.ROADM əsaslı magistral şəbəkənin strukturunun qurulması.Mühazirə
ROADM qurğuları əsasında magistral optik şəbəkənin strukturunun formalaşdırılması, qovşaqların yerləşdirilməsi, optik kanalların marşrutlaşdırılması və dalğa uzunluqlarının planlaşdırılması öyrənilir. Şəbəkənin genişləndirilməsi, çevik idarə olunması və ehtiyat marşrutların təşkili prinsipləri araşdırılır.
- 13.Magistral şəbəkələrin monitorinqi, etibarlılığı və müasir inkişaf istiqamətləriMühazirə
Magistral optik şəbəkələrin texniki vəziyyətinin monitorinqi, performans göstəricilərinin izlənməsi, nasazlıqların aşkarlanması və etibarlılığın təmin edilməsi üsulları öyrənilir. Avtomatlaşdırılmış idarəetmə, intellektual monitorinq və proqramla idarə olunan optik şəbəkələrin inkişaf istiqamətləri araşdırılır.
- 14.Magistral optik xəttdə nasazlığın müəyyənləşdirilməsi və OTDR nəticəsinin təhlili.Mühazirə
Optik zaman oblastında reflektometriya (OTDR) üsulunun iş prinsipi, ölçmə parametrləri və reflektogramların təhlili öyrənilir. Optik lifdə qırılma, birləşmə itkiləri, konnektor qüsurları və digər hadisələrin müəyyənləşdirilməsi, nasazlığın məsafəsinin və xəttin zəifləməsinin qiymətləndirilməsi araşdırılır.
- 15.Optik gücləndiricilər və Magistral şəbəkələrin nəticəsi.Mühazirə
Optik gücləndiricilərin, WDM/DWDM texnologiyalarının, ROADM qurğularının və magistral optik şəbəkələrin layihələndirilməsi prinsipləri ümumiləşdirilir. Gücləndirmə əmsalı, OSNR, ötürmə qabiliyyəti, güc büdcəsi, etibarlılıq və monitorinq göstəriciləri əsasında kompleks sistem təhlili aparılır.
- 16.Optik linkin güc büdcəsinin hesablanması. EDFA-nın gücləndirmə əmsalının və çıxış gücünün hesablanması.Məşğələ
Optik rabitə xəttinin güc büdcəsinin hesablanması, optik lifdə zəifləmə, birləşdirici və konnektor itkilərinin müəyyənləşdirilməsi üsulları öyrənilir. EDFA gücləndiricisinin giriş və çıxış gücləri, gücləndirmə əmsalı və xəttin energetik balansı üzrə hesablama məsələləri yerinə yetirilir.
- 17.Gain, NF və OSNR hesablamaları. EDFA–Raman–SOA müqayisəsi və tətbiq sahəsinin seçilməsi.Məşğələ
Optik gücləndiricilərin gücləndirmə əmsalının (Gain), səs-küy əmsalının (NF) və optik siqnal-küy nisbətinin (OSNR) hesablanma üsulları araşdırılır. EDFA, Raman və yarımkeçirici optik gücləndiricilərin iş prinsipləri, texniki göstəriciləri, üstünlükləri və məhdudiyyətləri müqayisə edilir.
- 18.Çoxpilləli EDFA sistemində ümumi gain və OSNR hesablanması. Magistral şəbəkə topologiyasının seçilməsi və layihələndirilməsi.Məşğələ
Çoxpilləli EDFA sistemlərində ümumi gücləndirmə əmsalının və OSNR göstəricisinin hesablanması, gücləndiricilərarası məsafənin və səs-küyün sistemin keyfiyyətinə təsiri öyrənilir. Magistral optik şəbəkələrin xətti, halqavari və torşəkilli topologiyaları müqayisə edilir, verilmiş texniki tələblərə uyğun şəbəkə strukturunun seçilməsi və layihələndirilməsi üzrə tapşırıqlar yerinə yetirilir.
- 19.DWDM sistemində kanal sayı və ümumi ötürmə qabiliyyətinin hesablanması. 100–500 km magistral xətt üçün güc büdcəsinin hesablanması.Məşğələ
DWDM sistemlərində spektral diapazon, kanal aralığı, kanal sayı və hər kanalın ötürmə sürəti əsasında ümumi ötürmə qabiliyyətinin hesablanması üsulları öyrənilir. 100–500 km uzunluqlu magistral optik xətlər üçün lifin zəifləməsi, birləşmə itkiləri, gücləndiricilərin yerləşdirilməsi və güc büdcəsinin hesablanması üzrə praktiki məsələlər həll edilir.
- 20.ROADM əsaslı magistral şəbəkənin strukturunun qurulması. Magistral optik xəttdə nasazlığın müəyyənləşdirilməsi və OTDR nəticəsinin təhlili.Məşğələ
ROADM qurğuları əsasında magistral optik şəbəkənin strukturunun qurulması, optik kanalların marşrutlaşdırılması və dalğa uzunluqlarının idarə edilməsi prinsipləri öyrənilir. OTDR cihazının iş prinsipi, reflektogramların təhlili, optik lifdə qırılma, birləşmə itkiləri və digər nasazlıqların aşkarlanması üsulları üzrə praktiki tapşırıqlar yerinə yetirilir.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |