Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Bulud arxitekturu və servisləriSillabus

MS-12036 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MS-1203
Kredit
6
Tələbənin iş yükü
75
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat -seminar
Auditoriyadan kənar saatlar
a) 75 saat - TSİ b) 60 saat – MRTSİ

Fənn haqqında

“Bulud arxitekturu və servisləri” fənni bulud hesablama texnologiyalarının nəzəri əsaslarını və praktik tətbiq sahələrini əhatə edir. Fənn çərçivəsində bulud hesablama anlayışı, inkişaf mərhələləri və əsas xüsusiyyətləri öyrənilir. Bulud arxitekturasının komponentləri, xidmət modelləri (IaaS, PaaS, SaaS) və yerləşdirmə modelləri (public, private, hybrid, multi-cloud) ətraflı şəkildə izah olunur. Eyni zamanda virtualizasiya və konteyner texnologiyalarının bulud sistemlərində rolu, resursların idarə olunması, miqyaslana bilmə mexanizmləri və performans məsələləri araşdırılır. Fənn bulud mühitlərində təhlükəsizlik, məlumatların qorunması, etibarlılıq və risklərin idarə edilməsi mövzularını da əhatə edir. Tədris prosesində aparıcı bulud platformalarının (AWS, Microsoft Azure, Google Cloud və s.) əsas servis və alətləri ilə tanışlıq, eləcə də praktik tapşırıqlar vasitəsilə bulud əsaslı həllərin tətbiqi üzrə ilkin bacarıqların formalaşdırılması nəzərdə tutulur.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • komanda işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: CLO1 Statistik siqnal emalının əsas anlayışlarını, metodlarını və telekommunikasiya sistemlərində tətbiq prinsiplərini izah edir. CLO2 Təsadüfi siqnalların və proseslərin statistik xüsusiyyətlərini, ehtimal paylanmalarını, riyazi gözləməni və dispersiyanı müəyyən edir. CLO3 Siqnalların korrelyasiya funksiyalarını, spektral sıxlıq xarakteristikalarını və digər statistik parametrlərini təhlil edir. CLO4 Diskret və fasiləsiz siqnalların statistik emalı üçün uyğun riyazi modellər və alqoritmlər seçir. CLO5 Rəqəmsal filtrləmə, küylərin azaldılması və faydalı siqnalların küydən ayrılması üsullarını tətbiq edir. CLO6 Statistik qiymətləndirmə, parametr təyini və hipotezlərin yoxlanılması metodlarından istifadə edərək siqnallar haqqında nəticələr çıxarır. CLO7 Siqnal-küy nisbəti, emal xətası və qiymətləndirmənin dəqiqliyi kimi göstəricilər əsasında siqnal emalının keyfiyyətini qiymətləndirir. CLO8 Telekommunikasiya sistemlərində siqnalların statistik emalı zamanı yaranan problemləri təhlil edir və onların həlli üçün uyğun metodlar seçir.

Mövzu planı

  1. 1.
    Bulud hesablama anlayışı və inkişaf tarixi: Bulud hesablama texnologiyalarının yaranması, əsas anlayışlar və terminologiyası.Mühazirə
  2. 2.
    Bulud texnologiyasının üstünlükləri və mənfi cəhətləriMühazirə
  3. 3.
    Bulud texnologiyasının əsas inkişaf perspektivləri.Mühazirə
  4. 4.
    Bulud texnologiyasında təhlükəsizlik tədbirləri.Mühazirə
  5. 5.
    Bulud xidmət modelləri: IaaS (Infrastructure as a Service) modelinin arxitekturası və tətbiq nümunələri.Mühazirə
  6. 6.
    Bulud xidmət modelləri: PaaS (Platform as a Service) modelinin imkanları və istifadə sahələri.Mühazirə
  7. 7.
    Bulud xidmət modelləri: SaaS (Software as a Service) modelinin xüsusiyyətləri və biznes tətbiqləri.Mühazirə
  8. 8.
    Bulud texnologiyasında süni intellekt. Məlumat analitikası və Big Data: Məlumat analitikası və Big Datanın Bulud texnologiyasına integrasiyası.Mühazirə
  9. 9.
    Bulud texnologiyasının tədbiq sahələri: İnfrastruktur və hesablama, məlumat saxlama və idarə etmə, təhsil və təlim.Mühazirə
  10. 10.
    Konteyner texnologiyaları və mikroservis arxitekturası: Docker, Kubernetes anlayışları və onların bulud mühitlərində tətbiqi.Mühazirə
  11. 11.
    Bulud mühitlərində şəbəkə arxitekturası: Virtual şəbəkələr, yükün balanslaşdırılması (load balancing) və trafik idarəetməsi anlayışları.Mühazirə
  12. 12.
    Bulud mühitlərində məlumatların saxlanması: Object, block və file storage modellərinin əsas xüsusiyyətləri və tətbiq sahələri, məlumatların ehtiyat nüsxələnməsi, replikasiya və fövqəladə hallarda bərpa strategiyaları.Mühazirə
  13. 13.
    Aparıcı bulud platformalarına baxış: AWS, Microsoft Azure və Google Cloud platformalarının əsas servis və alətləri.Mühazirə
  14. 14.
    Bulud resurslarının idarə edilməsi və optimallaşdırılması: Miqyaslama, keyfiyyət monitorinqi və xərclərin idarə olunması.Mühazirə

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5