Fənn · Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

Bulud arxitekturu və servisləri

MS-12036 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

75saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Bulud arxitekturu və servisləri” fənni bulud hesablama texnologiyalarının nəzəri əsaslarını və praktik tətbiq sahələrini əhatə edir. Fənn çərçivəsində bulud hesablama anlayışı, inkişaf mərhələləri və əsas xüsusiyyətləri öyrənilir. Bulud arxitekturasının komponentləri, xidmət modelləri (IaaS, PaaS, SaaS) və yerləşdirmə modelləri (public, private, hybrid, multi-cloud) ətraflı şəkildə izah olunur. Eyni zamanda virtualizasiya və konteyner texnologiyalarının bulud sistemlərində rolu, resursların idarə olunması, miqyaslana bilmə mexanizmləri və performans məsələləri araşdırılır. Fənn bulud mühitlərində təhlükəsizlik, məlumatların qorunması, etibarlılıq və risklərin idarə edilməsi mövzularını da əhatə edir. Tədris prosesində aparıcı bulud platformalarının (AWS, Microsoft Azure, Google Cloud və s.) əsas servis və alətləri ilə tanışlıq, eləcə də praktik tapşırıqlar vasitəsilə bulud əsaslı həllərin tətbiqi üzrə ilkin bacarıqların formalaşdırılması nəzərdə tutulur.

Fənn təlim nəticələri

  1. CLO 1: CLO1 Statistik siqnal emalının əsas anlayışlarını, metodlarını və telekommunikasiya sistemlərində tətbiq prinsiplərini izah edir. CLO2 Təsadüfi siqnalların və proseslərin statistik xüsusiyyətlərini, ehtimal paylanmalarını, riyazi gözləməni və dispersiyanı müəyyən edir. CLO3 Siqnalların korrelyasiya funksiyalarını, spektral sıxlıq xarakteristikalarını və digər statistik parametrlərini təhlil edir. CLO4 Diskret və fasiləsiz siqnalların statistik emalı üçün uyğun riyazi modellər və alqoritmlər seçir. CLO5 Rəqəmsal filtrləmə, küylərin azaldılması və faydalı siqnalların küydən ayrılması üsullarını tətbiq edir. CLO6 Statistik qiymətləndirmə, parametr təyini və hipotezlərin yoxlanılması metodlarından istifadə edərək siqnallar haqqında nəticələr çıxarır. CLO7 Siqnal-küy nisbəti, emal xətası və qiymətləndirmənin dəqiqliyi kimi göstəricilər əsasında siqnal emalının keyfiyyətini qiymətləndirir. CLO8 Telekommunikasiya sistemlərində siqnalların statistik emalı zamanı yaranan problemləri təhlil edir və onların həlli üçün uyğun metodlar seçir.