Ümumi məlumat
- Fənn kodu
- MM -1004
- Kredit
- 6
- Tələbənin iş yükü
- 90
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat -seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 45 saat – MRTSİ
Fənn haqqında
“Statik siqnal emalı” fənninin əsas hədəfi magistratura səviyyəsində 7006039 – “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisasında təhsil alan tələbələrə mobil rabitə sistemlərində siqnalların statik emalının iş prinsipini, lahiyələndirmə metodikasını müəyyən etmək bacarıqlarını öyrətməkdir. Siqnalların statik emalı və tətbiqi ilə əlaqədar nəzəri problemlər uyğun kursun mühazirə dərslərində araşdırılır.
Tədris metodları
- mühazirə
- layihə əsaslı öyrənmə
- interaktiv müzakirə
- komanda işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN5: Tədqiqat nəticələrini məntiqi strukturda təqdim edir, elmi məqalə və hesabat şəklində yazır, nəticələri şifahi və yazılı formada auditoriyaya çatdırır;
Mövzu planı
- 1.Giriş. Siqnalların təhlili. Əsas anlayışlar və müddəalar Mühazirə
- 2.Siqnalların enerjisi Mühazirə
- 3.Siqnalların gücü Mühazirə
- 4.Siqnalların təsnifatı. Determinik və təsadüfi siqnallar, onların Matlab funksiyası Mühazirə
- 5.Analoq siqnalların rəqəmli siqnallara çevrilməsi prosesi. Analoq və diskret siqnallar. Kvantlamanın növləri Mühazirə
- 6.Siqnalların analoq və rəqəmli emalında Furye sırası. Siqnalların analoq və rəqəmli emalında Furye çevirmələri Mühazirə
- 7.Təsadüfi siqnalların ehtimal-zaman xarakteristikaları. Təsadüfi siqnalların ədədi xarakteristikaları Mühazirə
- 8.Fasiləsiz təsadüfi siqnalların ehtimal paylanma funksiyaları. Fasiləsiz təsadüfi siqnalların ehtimal-ehtimal xarakteristikaları Mühazirə
- 9.Diskret təsadüfi siqnalların ehtimal paylanma funksiyaları Mühazirə
- 10.Analoq modulyasiya prosesi və emalı Mühazirə
- 11.Modullanmış siqnalların spektral analizi Mühazirə
- 12.Analoq sistemlərin təsnifatı. Xətti sistemlərin xarakteristikaları Mühazirə
- 13.Diskret sistemlərin təsnifatı və xarakteristikaları. Rəqəmli siqnalların informativ xarakteristikaları Mühazirə
- 14.Diskret xətti sistemlər. Düz və tərs Z-çevirmələri və onların əsas xüsusiyyətləriMühazirə
- 15.Rəqəm süzgəclərinin əsas xarakteristikaları və ötürmə funksiyaları Mühazirə
Ədəbiyyat
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |