Fənn · Nəqliyyatda servis

İqtisadiyyatMövzu planı

İF-4293y4 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. İqtisadiyyat və cəmiyyətdə onun rolu.

    Mühazirə

    İqtisadiyyat nədir? İqtisadiyyatın cəmiyyət həyatında rolu. Niyə iqtisadiyyatı öyrənmək lazımdır? İqtisad elminin predmeti və ona müasir yanaşmalar. İqtisad elminin təkamülü. İqtisadiyyatın səviyyələri: mikro və makroiqtisadiyat. Mikro və makro səviyyələr üzrə iqtisadi problemlərin fərqlənidirilməsi. İqtisadi düşüncə. Iqtisadiyyat necə öyrənilir? İqtisadi metodologiya. Pozitiv və normativ iqtisadi yanaşma. İqtisadi proseslərin tədqiqat metodları: elmi abstraksiya, analiz və sintez, induksiya və deduksiya. İqtisadi proseslərin təhlilinin riyazi metodları. Verilənlərin qrafik təsviri. Zaman sırası və ikidəyişənli qrafik. Meyillik əmsalı.

  2. 2. İqtisadi nəzəriyyənin predmeti və metodu

    Mühazirə

    İqtisadi nəzəriyyənin predmeti, iqtisadi qanun və kateqoriyaların mahiyyəti, iqtisadi hadisə və proseslərin öyrənilməsi

  3. 3. İqtisadi sistem və mülkiyyət

    Mühazirə

    İqtisadi sistem: məzmunu və ümumi əsasları. İqtisadi sistemin tipləri. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi. Mülkiyyətin formaları və onların reallaşdırılması

  4. 4. Bazar iqtisadiyyatı: ümumi əsasları, qanunları və modelləri

    Mühazirə

    Bazar: mahiyyəti, funksiyaları və strukturu. Bazar qanunları və bazar mexanizmi. Qiymətin əmələ gəlmə mexanizmi və formaları.

  5. 5. Mikroiqtisadiyyat və onun təşkili formaları

    Mühazirə

    Mikroiqtisadiyyat və onun təşkili formaları. Firma: məzmunu və təşkili formaları. Firmanın istehsal xərcləri, istehsal fondları, amortizasiya. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları.

  6. 6. Mikroiqtisadi sistemdə firma (müəssisə). İstehsal xərcləri və mənfəət

    Mühazirə

    İstehsal xərclərinin iqtisadi mahiyyəti, növlərini və strukturu, istehsal prosesində xərclərin formalaşmasına təsir edən amillər, mənfəətin iqtisadi məzmunu, növləri, formalaşma mexanizmi

  7. 7. Bazar rəqabəti və inhisar. Antiinhisar tənzimlənməsi

    Mühazirə

    Azad rəqabət: məzmunu və formaları. Qeyri-təkmil rəqabət bazarı. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları. Antiinhisar tənzimlənmə tədbirləri.

  8. 8. İstehsal: mahiyyəti və amilləri. İstehsal amilləri bazarı

    Mühazirə

    İstehsalın məzmunu və amilləri. İş qüvvəsi və əmək. Əmək bazarı. Kapital və investisiya qoyuluşları. Kapital bazarı. Aqrar münasibətlər və onların xüsusiyyətləri. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma formaları. Renta.

  9. 9. Makroiqtisadiyyat və onun göstəriciləri

    Mühazirə

    Makroiqtisadiyyat: mahiyyəti və əsas cəhətləri. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsulun (ÜDM-in) hesablanma üsulları (metodları). Nominal və real ÜDM. Qiymət indeksi. Milli gəlir (MG), onun bölgüsü və yenidən bölgüsü.

  10. 10. Təkrar istehsal və iqtisadi artım. İşsizlik və əhalinin məşğulluğu problemi

    Mühazirə

    Təkrar istehsal, məzmunu və əsas cəhətləri. Təkrar istehsalın proporsiyaları. İqtisadi dövr və onun fazaları. Makroiqtisadi tarazlıq. İqtisadi artım: mahiyyəti, amilləri və tipləri. Əmək resursları və məşğulluq. İşsizlik və onun formaları.

  11. 11. Pul-kredit sistemi və pul-kredit siyasəti

    Mühazirə

    Pul və onun formaları. Kredit: mahiyyəti, prinsipləri və formaları. Banklar, onların növləri və funksiyaları.

  12. 12. Maliyyə münasibətləri. Dövlət büdcəsi və vergilər

    Mühazirə

    Maliyyənin zəruriliyi və funksiyaları. Maliyyə sistemi. Dövlət büdcəsi. Büdcə kəsiri: səbəbləri və tənzimlənməsi. Vergilərin mahiyyəti, növləri və funksiyaları.

  13. 13. Gəlirlər, onların bölgüsü və yenidən bölgüsü. Həyat səviyyəsi. Əhalinin sosial müdafiəsi.

    Mühazirə

    Gəlirlər, mahiyyəti və əsas formaları. Nominal və real gəlirlər. Gəlirlərin qeyri-bərabərliyi: səbəbləri və azaldılması yolları. Həyat səviyyəsi və onun göstəriciləri

  14. 14. Ümumdünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər

    Mühazirə

    Ümumdünya təsərrüfatı: məzmunu və yaranması amilləri. Beynəlxalq iqtisadi münasibətlər və onun əsas formaları. İqtisadi inteqrasiya: mahiyyəti və formaları. İqtisadi qloballaşma. Beynəlxalq valyuta sistemi.

  15. 15. Bazar və onun fəaliyyət mexanizmi. Bazar infrastrukturu

    Mühazirə

    Bazarın iqtisadi mahiyyəti, funksiyaları, növləri və fəaliyyət mexanizmi. Tələb, təklif və qiymətin qarşılıqlı təsiri. Bazar münasibətləri. Bazar infrastrukturunun elementləri və iqtisadiyyatdakı rolu