Fənn · Nəqliyyatda servis

İqtisadiyyatSillabus

İF-4293y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4293y
Kredit
4
Tələbənin iş yükü
60
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 39 saat mühazirə, 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 40 saat sərbəst iş b) 20 saat hazırlıq

Fənn haqqında

“İqtisadiyyat” fənninin tədrisində məqsəd qeyri-iqtisad fakultələrində təhsil alan tələbələrin iqtisadi biliklər əldə etmələrinə bazar iqtisadiyyatı sistemində tələb olunan davranış qaydalarına yiyələnmək və onlara uygun fəaliyyət göstərmələrinə lazımi istiqamət verməkdir. Eyni zamanda iqtisadi nəzəriyyənin əsas qanunlarını peşə fəaliyyətində tətbiq etmək; dünya və daxili iqtisadiyyatın inkişaf tarixini araşdırmaq; ölkəmizdə və dünyada baş verən iqtisadi prosesləri və hadisələri təhlil etmək; əqli inkişafnı, mədəni səviyyəsini, peşə səriştəsini yüksəltmək üçün iqtisadi reallığın idrak metodlarını və vasitələrini tətbiq etmək; peşə fəaliyyətinin sahəsini tənzimləyən qanunvericilik və normativ hüquqi aktlar sistemində hərəkət etmək; iqtisadi modellərdən istifadə edərək iqtisadi hadisələri təhlil etmək; bir işin (təşkilatın) xarici və daxili mühitini təhlil etmək üçün iqtisadi vasitələrdən istifadə etmək və s. bacarıqlara yiyələnməsinə kömək etməkdir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • case study
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    İqtisadiyyat və cəmiyyətdə onun rolu.Mühazirə

    İqtisadiyyat nədir? İqtisadiyyatın cəmiyyət həyatında rolu. Niyə iqtisadiyyatı öyrənmək lazımdır? İqtisad elminin predmeti və ona müasir yanaşmalar. İqtisad elminin təkamülü. İqtisadiyyatın səviyyələri: mikro və makroiqtisadiyat. Mikro və makro səviyyələr üzrə iqtisadi problemlərin fərqlənidirilməsi. İqtisadi düşüncə. Iqtisadiyyat necə öyrənilir? İqtisadi metodologiya. Pozitiv və normativ iqtisadi yanaşma. İqtisadi proseslərin tədqiqat metodları: elmi abstraksiya, analiz və sintez, induksiya və deduksiya. İqtisadi proseslərin təhlilinin riyazi metodları. Verilənlərin qrafik təsviri. Zaman sırası və ikidəyişənli qrafik. Meyillik əmsalı.

  2. 2.
    İqtisadi nəzəriyyənin predmeti və metodu Mühazirə

    İqtisadi nəzəriyyənin predmeti, iqtisadi qanun və kateqoriyaların mahiyyəti, iqtisadi hadisə və proseslərin öyrənilməsi

  3. 3.
    İqtisadi sistem və mülkiyyətMühazirə

    İqtisadi sistem: məzmunu və ümumi əsasları. İqtisadi sistemin tipləri. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi. Mülkiyyətin formaları və onların reallaşdırılması

  4. 4.
    Bazar iqtisadiyyatı: ümumi əsasları, qanunları və modelləriMühazirə

    Bazar: mahiyyəti, funksiyaları və strukturu. Bazar qanunları və bazar mexanizmi. Qiymətin əmələ gəlmə mexanizmi və formaları.

  5. 5.
    Mikroiqtisadiyyat və onun təşkili formalarıMühazirə

    Mikroiqtisadiyyat və onun təşkili formaları. Firma: məzmunu və təşkili formaları. Firmanın istehsal xərcləri, istehsal fondları, amortizasiya. Firmanın gəliri və mənfəəti. Mənfəətin formaları.

  6. 6.
    Mikroiqtisadi sistemdə firma (müəssisə). İstehsal xərcləri və mənfəətMühazirə

    İstehsal xərclərinin iqtisadi mahiyyəti, növlərini və strukturu, istehsal prosesində xərclərin formalaşmasına təsir edən amillər, mənfəətin iqtisadi məzmunu, növləri, formalaşma mexanizmi

  7. 7.
    Bazar rəqabəti və inhisar. Antiinhisar tənzimlənməsiMühazirə

    Azad rəqabət: məzmunu və formaları. Qeyri-təkmil rəqabət bazarı. İnhisar: mahiyyəti, yaranma səbəbləri və formaları. Antiinhisar tənzimlənmə tədbirləri.

  8. 8.
    İstehsal: mahiyyəti və amilləri. İstehsal amilləri bazarıMühazirə

    İstehsalın məzmunu və amilləri. İş qüvvəsi və əmək. Əmək bazarı. Kapital və investisiya qoyuluşları. Kapital bazarı. Aqrar münasibətlər və onların xüsusiyyətləri. Torpaq mülkiyyəti və onun iqtisadi reallaşdırma formaları. Renta.

  9. 9.
    Makroiqtisadiyyat və onun göstəriciləriMühazirə

    Makroiqtisadiyyat: mahiyyəti və əsas cəhətləri. Makroiqtisadi göstəricilər sistemi. Ümumi Daxili Məhsulun (ÜDM-in) hesablanma üsulları (metodları). Nominal və real ÜDM. Qiymət indeksi. Milli gəlir (MG), onun bölgüsü və yenidən bölgüsü.

  10. 10.
    Təkrar istehsal və iqtisadi artım. İşsizlik və əhalinin məşğulluğu problemiMühazirə

    Təkrar istehsal, məzmunu və əsas cəhətləri. Təkrar istehsalın proporsiyaları. İqtisadi dövr və onun fazaları. Makroiqtisadi tarazlıq. İqtisadi artım: mahiyyəti, amilləri və tipləri. Əmək resursları və məşğulluq. İşsizlik və onun formaları.

  11. 11.
    Pul-kredit sistemi və pul-kredit siyasətiMühazirə

    Pul və onun formaları. Kredit: mahiyyəti, prinsipləri və formaları. Banklar, onların növləri və funksiyaları.

  12. 12.
    Maliyyə münasibətləri. Dövlət büdcəsi və vergilərMühazirə

    Maliyyənin zəruriliyi və funksiyaları. Maliyyə sistemi. Dövlət büdcəsi. Büdcə kəsiri: səbəbləri və tənzimlənməsi. Vergilərin mahiyyəti, növləri və funksiyaları.

  13. 13.
    Gəlirlər, onların bölgüsü və yenidən bölgüsü. Həyat səviyyəsi. Əhalinin sosial müdafiəsi.Mühazirə

    Gəlirlər, mahiyyəti və əsas formaları. Nominal və real gəlirlər. Gəlirlərin qeyri-bərabərliyi: səbəbləri və azaldılması yolları. Həyat səviyyəsi və onun göstəriciləri

  14. 14.
    Ümumdünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlərMühazirə

    Ümumdünya təsərrüfatı: məzmunu və yaranması amilləri. Beynəlxalq iqtisadi münasibətlər və onun əsas formaları. İqtisadi inteqrasiya: mahiyyəti və formaları. İqtisadi qloballaşma. Beynəlxalq valyuta sistemi.

  15. 15.
    Bazar və onun fəaliyyət mexanizmi. Bazar infrastrukturuMühazirə

    Bazarın iqtisadi mahiyyəti, funksiyaları, növləri və fəaliyyət mexanizmi. Tələb, təklif və qiymətin qarşılıqlı təsiri. Bazar münasibətləri. Bazar infrastrukturunun elementləri və iqtisadiyyatdakı rolu

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5