Ümumi məlumat
- Fənn kodu
- İFS-3570y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 240
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 30 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 90 saat - TSİ b) 60 saat - MRTSİ
Fənn haqqında
“Qida məhsullarının müasir tədqiqat üsulları” fənni qida xammallarının və hazır qida məhsullarının biokimyəvi tərkib göstəricilərini, ayrı – ayrı qida məhsulları istehsalı zamanı xammal və yarımfabrikatların tərkibində baş verə biləcək dəyişkənlikləri, xammalların və hazır qida məhsullarının keyfiyyət göstəricilərini müəyyənləşdirən metodları və bu metodların yerinə yetirilmə ardıcıllıqlarını, qida sənayesi sektorunda laboratoriya şəraitlərinə olan tələbatları, laboratoriyalarda lazım olan cihaz və avadanlıqların quruluşu, iş prinsipləri və onlara qulluq göstərmə qaydalarını şərh edən elmi məlumatları özündə birləşdirir. Qida xammallarının və hazır qida məhsullarının tərkib göstəricilərinin – yəni, yüksək keyfiyyətliliyinin və qida təhlükəsizliyinin Standart tələblərə cavab verib – verməməyi də bu kursun əhatə dairəsinə daxildir. Yuxarıda qeyd edilən bütün məsələlərin müvəffəqiyyətlə həll edilməsi “Xammal və qida məhsullarının tədqiqi üsulları” kursunun tədris olunması vacibliyini əsaslandırır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Relasiyalı (SQL: PostgreSQL, MySQL) və relasiyasız (NoSQL: MongoDB, Neo4j) verilənlər bazalarının arxitekturasını və fərqlərini təhlil edir.
CLO 2: FTN 2. Qida məhsullarının tərkib və keyfiyyət göstəricilərinin təyinində istifadə olunan spektroskopiya, xromatoqrafiya və lüminessent analiz üsullarını izah edir.
CLO 3: FTN 3. Qida məhsullarının aromatik komponentlərinin və ali yağ turşularının təyin edilməsi üsullarını izah edir.
CLO 4: FTN 4. Qida xammallarının və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun tədqiqat metodlarının seçilməsi və tətbiqi qaydalarını öyrədir.
CLO 5: FTN 5. Qida məhsullarının emalı və saxlanması zamanı tərkib və keyfiyyət göstəricilərində baş verən dəyişikliklərin müəyyənləşdirilməsi və nəticələrin qiymətləndirilməsi qaydalarını öyrədir.
Mövzu planı
- 1.Giriş. Qida məhsullarının müasir tədqiqat üsullarının əhəmiyyəti. Mühazirə
- 2.Giriş. Qida məhsullarının müasir tədqiqat üsullarının əhəmiyyətiMəşğələ
- 3.Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları və təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıqLaboratoriya
- 4.Absorbsiyalı spektroskopiyaMühazirə
- 5.İnfraqırmızı spektroskopiyaMühazirə
- 6.Absorbsiyalı spektroskopiya. Məşğələ
- 7.Qida məhsullarinin kimyəvi tərkibinin təyini Laboratoriya
- 8.Atom - absorbsiyalı spektroskopiyaMühazirə
- 9.Qida məhsullarının analizi üçün absorbsiyalı spektroskopiyanın tətbiqi Laboratoriya
- 10.Xromatoqrafiyanın nəzəri əsasları və xromatoqrafiya növləri. Mühazirə
- 11.Xromatoqrafiyanın nəzəri əsasları və xromatoqrafiya növləriMəşğələ
- 12.Qaz xromatoqrafiyasıMühazirə
- 13.Yağ turşularının vəsfi və miqdari analizi Laboratoriya
- 14.Ali yağ turşularının təyini. Mühazirə
- 15.Qaz xromatoqrafiyası. Məşğələ
- 16.Pendirdə və kərə yağında uçucu yağ turşularının təyini Laboratoriya
- 17.Qida məhsullarının aromatının analizi. Mühazirə
- 18.Pendirdə və kərə yağında uçucu yağ turşularının təyini Laboratoriya
- 19.Kağız üzərində paylaşdırıcı xromatoqrafiya. Mühazirə
- 20.Kağız üzərində paylaşdırıcı xromatoqrafiya. Məşğələ
- 21.Nazik təbəqəli xromatoqrafiyaMühazirə
- 22.Tərəvəzlərdə, meyvələrdə, süddə və onun emal məhsullarında xlorlu zəhərli üzvi kimyəvi birləşmələrin təyini Məşğələ
- 23.Kolonkalı xromatoqrafiya. Mühazirə
- 24.Kolonkalı xromatoqrafiya. Məşğələ
- 25.Bitki yağlarında tokoferolun izomer formalarının təyini Laboratoriya
- 26.Lüminessentli analiz üsullarının əsasları. Qida məhsullarının kimyəvi tərkibinin təyini. Mühazirə
- 27.Reologiyanın əsas anlayışları. Reoloji xüsusiyyətlərin təyin üsulları. Mühazirə
- 28.Lüminessentli analiz üsullarının əsasları. Qida məhsullarının kimyəvi tərkibinin təyini. Məşğələ
- 29.Təbii konservlərin istehsalı və keyfiyyətinin tədqiqi Laboratoriya
- 30.Əsas reoloji xüsusiyyətlərin təyini üçün istifadə edilən cihazlar. Mühazirə
- 31.Diyircəkli Qeppler viskozimetrin iş prinsipi Laboratoriya
- 32.Dənəvər (səpələnən) qida məhsullarında hərarətin və rütubətin məsafədən ölçülməsi. Mühazirə
- 33.Lüminessentli analiz üsullarının əsasları. Qida məhsullarının kimyəvi tərkibinin təyini. Məşğələ
- 34.Qaz – maye xromatoqrafiyası metodu ilə təyin edilən keyfiyyət göstəriciləri Sərbəst iş
- 35.Maye xromatoqrafiyası metodu ilə təyin edilən keyfiyyət göstəricilər Sərbəst iş
- 36.Məhsulun reoloji xüsusiyyətinə mexaniki amillərin təsiriSərbəst iş
- 37.Məhsulların struktur mexaniki xüsusiyyətlərinə proses və keyfiyətinə nəzarətSərbəst iş
- 38.Reoloji tədqiqatların aparılması üçün metod və cihazlarSərbəst iş
- 39.Texnoloji proseslərə və məhsulun keyfiyyətinə nəzarətin həyata keçirilməsinin aktuallığı Sərbəst iş
- 40.Qida məhsullarının keyfiyyətliliyinin lüminesset analiz üsulları ilə təyiniSərbəst iş
- 41.İon mübadilə üsulunun tətbiqiSərbəst iş
- 42.Molekulyar-şəbəkəli xromatoqrafiyaSərbəst iş
- 43.Qida məhsullarının kimyəvi tərkibinin lüminesset analiz üsulları ilə təyiniSərbəst iş
Ədəbiyyat
- 1. Fərzəliyev E.B. Qida məhsullarının müasir tədqiqat üsulları. – Bakı.: İqtisad Universiteti nəşriyyatı, 2014. – 365 s.
- 2. Fərzəliyev E., Məhərrəmova M., Nəsrullayeva G., Yusifova M. Konserv və qida konsentratlarının texnologiyası. Dərs vəsaiti. Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2019. – 182 s.
- Analitik kimyanın əsasları. Kitab 1 və kitab 2. /Y. A. Zolotov, E. N. Doroxova, V. İ. Fadeyeva və b. - M.: 436 s.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |