Ümumi məlumat
- Fənn kodu
- İF - 3544y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 45 saat - TSİ b) 30 saat - MRTSİ
Fənn haqqında
“Qida biotexnologiyası” fənninin məqsədi qida məhsullarının istehsalında bioloji təbiət proseslərinin mahiyyətinin öyrənilməsi, yüksək keyfiyyətli bioloji tam dəyərli məhsulların alınmasında, bu prosesləri idarə etməyin üsul və yollarının mənimsənilməsidir. Qida mühəndisliyi üzrə çalışan ixtisasçılar üçün qida biotexnologiyasının vacibliyi onunla izah edilir ki, qida məhsullarının istehsalında mikroorqanizmlərin və ya ferment preparatlarının, biotexnoloji proseslərin tətbiqi onların istehlak xassələrinə və keyfiyyət göstəricilərinə mühüm təsir göstərir. Qida biotexnologiyasinin vəzifəsi insanın sağlamlığının möhkəmlənməsi və əhali arasında xəstəliklərin profilaktikasına imkan verən sağlam qidalanmaya daxil olan məhsulların işlənib hazırlanmasıdır. Qida biotexnologiyasının əhəmiyyəti ərzaq məhsullarının keyfiyyət göstəriciləri və xassələrinə əsaslı dərəcədə təsir göstərməsindədir. Biotexnoloji prosesləri bilməklə qida məhsullarının xarab olma səbəblərini və qüsurlarını müəyyən etmək olur.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Müxtəlif mikroorqanizmlərdə həyat fəaliyyəti prosesində baş verən dəyişikliklərin xüsusiyyətlərini və ümumi qanunauyğunluqlarını izah edir.
CLO 2: FTN 2. Mikroorqanizmlərdə biosintez və biotransformasiya proseslərinin mahiyyətini və xüsusiyyətlərini izah edir.
CLO 3: FTN 3. İnsanlar üçün faydalı məhsulların istehsalında istifadə olunan əsas biotexnoloji metodları izah edir.
CLO 4: FTN 4. Qida sənayesində istifadə olunan ənənəvi biotexnoloji prosesləri izah edir.
CLO 5: FTN 5. Biotexnoloji istehsalın əsas mərhələlərini izah edir.
CLO 6: FTN 6. Qida sənayesində biotexnologiyanın müasir nailiyyətlərini izah edir.
Mövzu planı
- 1.Biotexnologiyanın yaranma tarixi, tətbiqi sahələri və inkişaf perspektivləri Mühazirə
- 2.Mikroorqanizmlərin təsnifatı, inkişaf mərhələləri və kinetikası Mühazirə
- 3.Mikrob metabolizmi, metabolizmin əsas yolları. Mühazirə
- 4.Təmiz mikroorqanizm kulturalarının ayrılması Laboratoriya
- 5.DNT strukturu, rekombinant DNT-nin texnologiyası və tətbiqi.Mühazirə
- 6.Zülalların xromotoqrafik üsula ayrılmasıLaboratoriya
- 7.Sənaye fermansiya mühitinin tərkibi və hazırlanması. Mühazirə
- 8.Mikroskopik göbələklərin səthi becərilməsində limon turşusunun biosintezinin xüsusiyyətlərinin öyrənilməsi Laboratoriya
- 9.Sənaye mikroorqanizmlərinin xüsusiyyətləriMühazirə
- 10.Sirkə turşusunun biotexnoloji üsulla alınması(Laboratoriya
- 11.Mikroorqanizm zülalının istehsalı. Mühazirə
- 12.Vitaminlərin alınması və tətbiqiLaboratoriya
- 13.Bioreaktorlar, onların iş prinsipi və növləri. Mühazirə
- 14.Fermentasiya sistemləri və onların növləri. Mühazirə
- 15.Mikrob mayaların keyfiyyətinin təyiniLaboratoriya
- 16.Fermentlər, onların təsnifatı və tətbiqi. Mühazirə
- 17.Ətin mikrostrukturunun tədqiqiLaboratoriya
- 18.Südün və çörəyin istehsalıMühazirə
- 19.Şərabın və pivənin istehsalı. Mühazirə
- 20.Bioloji məhsulların xüsusiyyətləri, onların ayrılması və təmizlənməsiMühazirə
- 21.Tullantıların biotexnoloji emal üsulları. Mühazirə
- 22.Anaerob biotexnoloji proseslərin sənaye miqyasında tətbiqi. Mühazirə
Ədəbiyyat
- 1. H.Fətəliyev, Ş. Əliyeva, T.Əliyev “Biotexnologiya” dərslik, Bakı-2019, 360s
- 2. Abbasbəyli G., Qədimova N., Axundova N. Biotexnologiya. Dərslik. Baki: “İqtisad Universiteti” Nəşriyyatı – 2016. - 340 səh.
- 3. Waites, M.J., Morgan, N.L., Rockey, J.S., Higton, G. 2001. Industrrial Microbiology: An Introduction, Blackwell Science Ltd., 288 pp
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |