Fənn · Qida mühəndisliyi

Qida sənayesində texnoloji əməliyyatlarSillabus

İF - 3541y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF - 3541y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə 30 saat b) laboratoriya - 15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ - 45 saat b) MRTSİ - 30 saat

Fənn haqqında

Fənnin tədrisinin başlıca məqsədi qida məhsulları istehsalının müxtəlif sahələrində tətbiq olunan texnoloji əməliyyatların optimal rejimlərinin tapılmasından, maşın və avadanlıqların məhsuldarlığının yüksəldilməsi məqsədi ilə onların səmərəli konstruksiyalarının yaradılmasından, hazırda istifadə olunan mövcud texnoloji əməliyyatların intensivləşdirilməsindən, istehsal edilən hazır qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasından, eləcə də ətraf mühitin qorunması məqsədi ilə az tullantılı və tullantısız istehsal texnologiyalarının yaradılmasından ibarətdir. Qeyd edilənlərlə yanaşı bu fənnin tədris olunması “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan gələcək mütəxəssislərin qida sənayesində mühəndis – texniki bilik və bacarıq səviyyəsini genişləndirir, texniki məsələlərin dərhal və birbaşa həlli üçün zəmin yaradır. Bu kursun öyrədilməsinin daha bir vacib məqsədi, mütəxəssislərə texnoloji əməliyyatların hesablanmasını, bu hesabatlardan əldə olunan məlumatlara uyğun gələn maşın və avadanlıqların seçilməsi qanunauyğunluqlarının öyrədilməsidir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Mexaniki və hidromexaniki prosesləri idarə etməyi.

  2. CLO 2: FTN 2. İstilik mübadiləsi və kütlə mübadiləsi proseslərini idarə etməyi.

  3. CLO 3: FTN 3. Kimyəvi və biokimyəvi prosesləri idarə etməyi.

  4. CLO 4: FTN 4. Texnoloji əməliyyatların əsas nəzəri vəziyyətlərini.

  5. CLO 5: FTN 5. Qida istehsalı aparatlarının əsas parametrlərini hesablamağı.

  6. CLO 6: FTN 6. Qida istehsalı qurğu və aparatlarının iş prinsipini.

Mövzu planı

  1. 1.
    Giriş. Xammallar və texnoloji əməliyyatlarMühazirə
  2. 2.
    Laboratoriya işlərinin yerinə yetirilməsi qaydaları və təhlükəsizlik texnikası tədbirləri ilə tanışlıqLaboratoriya
  3. 3.
    Oxşarlıq nəzəriyyəsi. Əməliyyat və aparatların modelləşdirilməsi. Xammal və hazır məhsulların texniki xüsusiyyətləri. Mühazirə
  4. 4.
    Mexaniki əməliyyatlar. Xırdalama əməliyyatı. Xırdalayıcı maşınlarMühazirə
  5. 5.
    Xırdalayıcının sınağı Laboratoriya
  6. 6.
    Sinifləşdirmə və ayırma sistemləri. Onları tətbiqi üçün aparatlar. Presləmə əməliyyatı. PreslərMühazirə
  7. 7.
    Hidromexaniki əməliyyatlar. Çökmə və durulma əməliyyatları, uyğun aparatlar. Mühazirə
  8. 8.
    Filtr presdə presləmə əməliyyatının sınağı Laboratoriya
  9. 9.
    Filtrləmə əməliyyatı və filtrləmə nəzəriyyəsiMühazirə
  10. 10.
    Qarışdırma və yoğurma əməliyyatları. Uyğun aparatlar.Mühazirə
  11. 11.
    İstilik mübadiləsi əməliyyatları, qida məhsullarının qızdırılması və soyudulması. Pasterizə etmə və sterilləşdirmə. Mühazirə
  12. 12.
    Soyuduculuq texnikasının əsasları. Buxarlanma və kondensləşmə əməliyyatları. Uyğun aparatlarMühazirə
  13. 13.
    Kütlə mübadiləsi əməliyyatlarının təsnifatı. Kütlə mübadiləsi üsullarıMühazirə
  14. 14.
    Absorbsiya və adsorbsiya əməliyyatları, uyğun qurğular. Mühazirə
  15. 15.
    Boru içərisində boru tipli istilik dəyişdirici. Laboratoriya
  16. 16.
    Qovma əməliyyatı. Qovma nəzəriyyəsinin əsasları. Mühazirə
  17. 17.
    Qurutma əməliyyatı, quruducu qurğular, qurutmanın statikası, kinetikası və dinamikasıMühazirə
  18. 18.
    Ekstraksiya və kristallaşma əməliyyatları, uyğun avadanlıqlarMühazirə
  19. 19.
    Kimyəvi və biokimyəvi əməliyyatlarlər. Fermentasiya əməliyyatının kinetikasıMühazirə
  20. 20.
    Rektifikasiya kolonkasının sınağı Laboratoriya

Ədəbiyyat

  1. 1. Fərzəliyev E.B., Nəsrullayeva G.M., Yusifova M.R., Quliyeva L.V. Qida məhsulları texnologiyalarının proses və aparatları. – Bakı.: “İqtisad Universiteti” Nəşriyyatı, 2017. – 180 s.
  2. 2. Mustafayev X. S. Qida texnologiyasının prosesləri və aparatları. – Bakl.: “Təhsil” NPM, 2006. – 454 s.
  3. 3. Стабников В. Н., Лысянский В. М. и др. Процессы и аппараты пищевых производств, – М.: Агропромиздат, 1985.
  4. 4. Плаксин Ю. М., Малахов Н. Н., Ларин В. А. Процессы и аппараты пищевых производств. – М.: КолосС, 2007. – 760 с.
  5. 5. Лабораторный практикум по процессам и аппаратам пищевых производств/ С. М. Гребенюк, А. С. Гинзбург и др. под. ред. С. М. Гребенюка. – М.: Легкая и пищевая промышленность, 1981.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6