Fənn · Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Robot əməliyyat sistemləri
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənnin məqsədi: "Robotların əməliyyat sistemləri" fənninin məqsədi "Texnoloji proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə robotların əməliyyat sistemləri, onların proqram təminatı və proqramla idarə edilməsi sahəsində nəzəri biliklərin və praktik bacarıqların formalaşdırılmasıdır. Fənnin vəzifələri: Fənnin əsas vəzifəsi tələbələrə robotların əməliyyat sistemlərində istifadə olunan metod və vasitələrin, sensor sistemlərin və ötürücülərin idarə edilməsi prinsiplərinin, robotların proqramlaşdırılması, robot əməliyyat sistemi (ROS), C++ proqramlaşdırma dilinin əsasları və robot texniki sistemlərin modelləşdirilməsi üzrə bilik və bacarıqların aşılanmasıdır. II. Fənnin qısa məzmunu "Robotların əməliyyat sistemləri" fənni aşağıdakı mövzuları əhatə edir: Robototexnikaya giriş. Robotların təsnifatı. Sensor sistemlərin və ötürücülərin idarəetmə vasitələrinin mənimsənilməsi. Robotların proqramla idarə edilməsi. Robotların əməliyyat sistemi (ROS). C++ proqramlaşdırma dilinin əsasları. Robot texniki sistemlərin modelləşdirilməsi bacarıqlarının əldə edilməsi. Massivlər.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.