Fənn · Proseslərin avtomatlaşdırılması mühəndisliyi

FəlsəfəSillabus

ÜF-1303y-Proseslərin-avtomatlaşdırılması-mühəndisliyi3 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
ÜF-1303y-Proseslərin-avtomatlaşdırılması-mühəndisliyi
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
30
Auditoriyadan kənar saatlar
a) 45; b) 15

Fənn haqqında

Azərbaycanın gələcəyi xeyli dərəcədə burada fəaliyyət göstərən yüksək ixtisaslı kadrların, səriştəli mütəxəssislərin hazırlanmasından asılı olacaqdır. Hazırladığımız mütəxəssislər öz ixtisasına dərindən yiyələnməklə yanaşı, həm də görüş dairəsinə malik olmalı, xalqımızın mədəniyyətini dərindən mənimsəməli, onu yüksək səviyyədə təmsil etməyi bacarmalı, ümümbəşəri və milli-mənəvi dəyərlərə yiyələnərək öz əməli fəaliyyətində onları rəhbər tutmalıdır. Gələcək mütəxəssislərdə bu keyfiyyətləri formalaşdırmağın yollarından biri də onların görüş dairələrini genişləndirməkdir. Bunun üçün onları fəlsəfi biliklərə qovuşdurmaq lazımdır. Bu baxımdan tələbələrdə gerçəkliyin, dünya tarixi-mədəni prosesin, insan həyatının fəlsəfi dərkinə marağın inkişaf etdirilməsi “Fəlsəfə” fənninin hədəflərindəndir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • problem-based learning
  • case study
  • təqdimatlar
  • komanda işi
  • layihə əsaslı öyrənmə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah ed

  2. CLO 2: .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.

  3. CLO 3: .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.

  4. CLO 4: .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.

  5. CLO 5: .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.

  6. CLO 6: .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.

  7. CLO 7: .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir

  8. CLO 8: .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.

Mövzu planı

  1. 1.
    Mövzu 1. Fəlsəfənin predmeti, cəmiyyətin mənəvi həyatında roluMühazirə

    Bu mövzunun məqsədi fəlsəfənin predmetini, əsas problemlərini və digər elmlərlə əlaqəsini öyrətməkdir. Fəlsəfənin insanın dünyagörüşünün formalaşmasında və cəmiyyətin mənəvi inkişafında oynadığı rol izah edilir. Tələbələr fəlsəfi düşüncənin mahiyyətini və funksiyalarını mənimsəyirlər.

  2. 2.
    Mövzu 2. Antik dövr fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi Antik Yunan və Roma fəlsəfəsinin yaranmasını və inkişaf mərhələlərini öyrənməkdir. Sokrat, Platon, Aristotel və digər filosofların ideyaları təhlil edilir. Antik fəlsəfənin sonrakı fəlsəfi fikrə təsiri araşdırılır.

  3. 3.
    Mövzu 3. Qədim və orta əsrlərdə Azərbaycanda fəlsəfi fikirMühazirə

    Bu mövzu Azərbaycanda qədim və orta əsrlərdə formalaşmış fəlsəfi fikrin inkişaf xüsusiyyətlərini öyrənməyə həsr olunur. Yerli mütəfəkkirlərin irsi və onların Şərq fəlsəfəsində tutduğu yer araşdırılır. Milli fəlsəfi ənənələrin formalaşması izah edilir.

  4. 4.
    Mövzu 4. İslam fəlsəfəsiMühazirə

    Mövzunun məqsədi İslam fəlsəfəsinin yaranma səbəblərini, inkişaf mərhələlərini və əsas istiqamətlərini öyrənməkdir. Fərabi, İbn Sina, İbn Rüşd kimi filosofların baxışları təhlil edilir. Din və fəlsəfə münasibətləri izah olunur.

  5. 5.
    Mövzu 5. Azərbaycan maarifçilik fəlsəfəsiMühazirə

    Bu mövzuda Azərbaycan maarifçiliyinin ideyaları və nümayəndələrinin fəlsəfi baxışları öyrənilir. Maarifçilik hərəkatının cəmiyyətin inkişafına təsiri təhlil edilir. Elm, təhsil və milli tərəqqə ideyalarının əhəmiyyəti izah olunur.

  6. 6.
    Adərbayqan və Arranda müstəqil dövlətçiliyin davam etdirilməsi ( e.ə. IV- e. III əsrləri)Mühazirə

    Adərbayqan və Arranda müstəqil dövlətçiliyin davam etdirilməsi mövzusu həmin ərazilərdə siyasi hakimiyyətin təşkili, yerli idarəçilik xüsusiyyətləri və dövlətçilik ənənələrinin qorunması məsələlərini əhatə edir. Mövzuda bölgədə mövcud olmuş dövlət qurumlarının fəaliyyəti, hakimiyyət münasibətləri və dövrün əsas siyasi prosesləri araşdırılır. Həmçinin, yerli idarəçilik sisteminin formalaşması, xarici qüvvələrin təsiri və müstəqilliyin qorunması istiqamətində aparılan mübarizə təhlil edilir. Bu dövrdə baş verən siyasi hadisələrin Azərbaycan dövlətçilik tarixinin inkişafına təsiri xüsusi əhəmiyyət daşıyır. Mövzunun öyrənilməsi Adərbayqan və Arranda dövlətçilik ənənələrinin davamlılığını və tarixi inkişaf xüsusiyyətlərini anlamağa imkan verir.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  7. 7.
    Mövzu 7. Fəlsəfədə varlıq və materiya problemiMühazirə

    Bu mövzuda varlıq, materiya və onların qarşılıqlı əlaqəsi haqqında fəlsəfi baxışlar öyrənilir. Materializm və idealizm mövqeləri müqayisə edilir. Kainatın mahiyyəti haqqında müxtəlif nəzəri yanaşmalar təhlil olunur.

  8. 8.
    Mövzu 8. Fəlsəfədə və müasir təbiətşünaslıqda şüur problemi Deskript:Mühazirə

    Mövzunun məqsədi şüurun mahiyyətini, mənşəyini və funksiyalarını fəlsəfi və elmi baxımdan izah etməkdir. Şüur və beyin münasibətləri, süni intellekt və idrak problemləri müzakirə edilir. Müasir elmi yanaşmalar təhlil olunur.

  9. 9.
    Mövzu 9. İdrak. Elmi idrakın forma və metodlarıMühazirə

    Bu mövzuda idrakın mahiyyəti, mərhələləri və elmi idrakın əsas metodları öyrənilir. Empirik və nəzəri idrak formaları izah edilir. Elmi tədqiqat metodlarının tətbiqi prinsipləri mənimsədilir.

  10. 10.
    Mövzu 10. Dialektikanın qanunları və kateqoriyalarıMühazirə

    Mövzunun məqsədi dialektikanın əsas qanun və kateqoriyalarını öyrətməkdir. İnkişaf, dəyişmə və qarşılıqlı əlaqə prinsipləri izah edilir. Dialektik metodun elmi və praktik əhəmiyyəti göstərilir.

  11. 11.
    Mövzu 11. Təbiət fəlsəfi düşüncələrin obyekti kimiMühazirə

    Bu mövzuda təbiətin fəlsəfi baxımdan mahiyyəti və insanla qarşılıqlı əlaqəsi öyrənilir. Ekoloji problemlər və davamlı inkişaf prinsipləri müzakirə edilir. Təbiətə məsuliyyətli münasibətin fəlsəfi əsasları izah olunur.

  12. 12.
    Mövzu 12. Fəlsəfədə insan problemiMühazirə

    Mövzunun məqsədi insanın mahiyyəti, azadlığı, məsuliyyəti və həyatın mənası haqqında fəlsəfi baxışları öyrənməkdir. Müxtəlif fəlsəfi məktəblərdə insan anlayışı müqayisə edilir. Şəxsiyyətin formalaşmasına təsir edən amillər araşdırılır.

  13. 13.
    Xüsusi radiorabitə sistem və vasitələri. -Radioverici qurğular,onların növləri və struktur sxemləri (M)Mühazirə
  14. 14.
    21. Təbii fəlakətlərin mühitin dəyişməsinə təsiri. Mühazirə

    Təbii fəlakətlər – geofiziki vəziyyətin ekstremal nəticəsi kimi. Ekoloji fəlakətlər – təbiətin anomaliyası kimi. Texniki qurğuların qəzası. Təbii fəlakətlərin aşağıdakı növləri: daşqınlar, tropik tsiklonlar, tufanlar, tayfunlar, sunamilər, zəlzələlər, vulkan püskürmələri, quraqlıq, ayazlar, meteorit zərbəsi, sürüşmələr, dağ uçqunları, qar uçqunu, xortumlu burulğan (smepç) və s. Burulğanlı fırtınalar, tozlu fırtınalar. Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorların təsiri. Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər. Təbii səbəblərdən və insan fəaliyyəti nəticəsində süni yaranan zəlzələlər. Daşqınların baş verməsi səbəblri və onlara qarşı tədbirlər. Leysan yağışları, dolu.

    • 1. Təbii fəlakətlərin əsas növlərini (fırtına, zəlzələ, daşqın, sel, sürüşmə, quraqlıq, vulkan və s.), onların yaranma səbəblərini və ətraf mühitə təsirini izah edir.
    • 2. Azərbaycanda baş verən təbii fəlakətlərin coğrafi yayılmasını, yaranma xüsusiyyətlərini və sosial-iqtisadi nəticələrini təhlil edir
    • 3. Təbii fəlakətlərin torpaq, su, bitki örtüyü, biomüxtəliflik və insan fəaliyyətinə təsirlərini qiymətləndirir.
    • 4. Təbii fəlakət risklərinin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi, erkən xəbərdarlıq sistemləri və mühafizə tədbirlərinin əhəmiyyətini əsaslandırır.
  15. 15.
    Mövzu 15. Azərbaycançılıq məfkurəsi və onun elmi-nəzəri əsaslarıMühazirə

    Bu mövzuda Azərbaycançılıq məfkurəsinin formalaşması, prinsipləri və elmi-nəzəri əsasları öyrənilir. Milli birlik, dövlətçilik, vətənpərvərlik və multikulturalizm ideyaları təhlil edilir. Azərbaycançılığın müasir cəmiyyətin inkişafındakı rolu izah olunur.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan test üsulu ilə keçirilir50 balFTN 1-5