Bakalavr proqramı
Mexatronika və robototexnika mühəndisliyiKaryera imkanları
Məzun karyera imkanları
Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.
Texniki şöbə mühəndisi
Məzunlar müəssisə və idarələrin texniki şöbələrində mexatronik sistemlərin, avtomatlaşdırılmış idarəetmə qurğularının və sənaye robotlarının cari istismarı, texniki baxımı, nasazlıqların vaxtında aradan qaldırılması və kəsintisiz istehsalat prosesinin təşkili sahəsində fəaliyyət göstərə bilərlər.
Baş mütəxəssis (texnoloq)
Məzunlar müasir istehsalat sahələrində mexatronika və robototexnika prinsiplərinə əsaslanan texnoloji proseslərin gedişatını idarə etmək, robotlaşdırılmış komplekslərin və çevik istehsalat sistemlərinin optimal, səmərəli və təhlükəsiz iş rejimlərini müəyyənləşdirmək sahəsində fəaliyyət göstərə bilərlər.
Baş mütəxəssis (elektrik-mühəndis)
Mütəxəssislər robototexniki və mexatronik sistemlərin elektrik, elektronika, sensor və idarəetmə komponentlərinin qurulması, sənaye kontrollerlərinin (PLC) proqramlaşdırılması, elektron sxemlərin sazlanması və avtomatlaşdırılmış elektrik intiqallarının idarə edilməsi sahəsində fəaliyyət göstərə bilərlər.
Baş mütəxəssis (mexanik)
Məzunlar sənaye robotlarının, manipulyatorların və digər mexatronik qurğuların mexaniki strukturlarını, kinematik fəaliyyətini, ötürücü mexanizmlərini (reduktorları), pnevmatik və hidravlik icra sistemlərinin montajı, təmiri və kalibrlənməsi sahəsində fəaliyyət göstərə bilərlər.
Avtomatlaşdırılmış layihə sistemləri mühəndisi
Mütəxəssislər müasir avtomatlaşdırılmış layihələndirmə proqram təminatlarından (CAD/CAM) istifadə edərək mexatronik obyektlərin, robotların, struktur, texnoloji və prinsipial sxemlərin ikiölçülü və üçölçülü rəqəmsal dizaynı, virtual mühitdə simulyasiyası və prototipləşdirilməsi sahəsində fəaliyyət göstərə bilərlər.
Kosmos
Məzunlar kosmos sahəsində fəaliyyət göstərən dövlət və ya özəl müəssisələrdə orbital aparatların, peyk texnologiyalarının və kosmik sistemlərin tərkibindəki avtomatlaşdırılmış idarəetmə bloklarının, sensor şəbəkələrinin və uzaqdan idarəetmə mexanizmlərinin layihələndirilməsi və istismarı sahəsində fəaliyyət göstərə bilərlər.
Tibb
Məzunlar tibb sahəsində robotlaşdırılmış cərrahiyyə sistemləri, reabilitasiya qurğuları, intellektual protezlər, həmçinin yüksək dəqiqlikli diaqnostik mühəndislik cihazlarının proqram təminatının tətbiqi, texniki sazlanması, kalibrlənməsi və tibbi avadanlıqların təhlükəsiz işinin təmini sahəsində fəaliyyət göstərə bilərlər.
Neft istehsalı
Məzunlar neft istehsalı sahəsində (qazma platformaları, emal müəssisələri və s.) texnoloji proseslərin sənaye kontrollerləri və SCADA sistemləri vasitəsilə avtomatlaşdırılmış idarə olunması, quyuların parametrlərinə nəzarət və dəniz dibində işləyən uzaqdan idarə olunan robotların (ROV) istismarı sahəsində fəaliyyət göstərə bilərlər.
Qida və yüngül sənaye istehsalı
Məzunlar qida və yüngül sənaye müəssisələrində məhsulların avtomatlaşdırılmış şəkildə çeşidlənməsi, daşınması və qablaşdırılması üçün sənaye robot-manipulyatorlarının proqramlaşdırılması, konveyer xətlərinə texniki görmə sensorlarının inteqrasiyası və çevik sistemlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərə bilərlər.