Bakalavr proqramı
Mexatronika və robototexnika mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 22
COMPETENCY-87676
Fundamental texniki biliklərdən istifadə etmək bacarığına
COMPETENCY-97305
Mexatron sistemlərin kinematikası və dinamikası, idarəetmə sistemləri, informasiya ölçmə qurğuları, texniki görmə sistemləri, proqramlaşdırma dilləri sahəsində lazımi biliklərə
COMPETENCY-68344
Avtomatlaşdırma və idarəetmə sahəsində yeni ideyalar irəli sürmək qabiliyyətinə
COMPETENCY-62138
Avtomatik və mexatron sistemlərin layihələndirilməsində, tətbiqində və istismarında həm yerli, həm də beynəlxalq təcrübədən, elmi-texniki nailiyyətlərdən, müasir informasiya texnologiyalarından və proqram təminatından istifadə etmək bacarığına
COMPETENCY-75429
Avtomatik və mexatron sistemlərin diaqnostikasını aparmaq, etibarlığını yüksəltmək, mövcud nasazlıqları aşkar etmək və aradan qaldırmaq bacarığına
COMPETENCY-19629
Robot-manipulyatorların, robototexniki və mexatron sistemlərin texnoloji, struktur, funksional və prinsipial sxemlərini təhlil etmək, iş prinsipini bilmək, bərpası və yenidən sazlanmasını təşkil etmək bacarığına
COMPETENCY-27670
Robot-manipulyatorlar, mexatron qurğular və sistemlər istehsal edən qabaqcıl şirkətlərin və müəssisələrin verilənlər bazasından səmərəli istifadə etmək, onların əsasında tələb olunan sistemi layihələndirmək və yenidən qurmaq bacarığına
COMPETENCY-85318
Robot-manipulyatorların, robototexniki və mexatron sistemlərin istifadə olunduğu müəssisələrdə texnoloji prosesləri bilmək, təhlil etmək və idarə etmək bacarığına
COMPETENCY-51351
Robot-manipulyatorların, robototexniki və mexatron sistemlərin təhlükəsizlik qaydalarını mənimsəmək və lazımi qərarlar qəbul etmək bacarığına
COMPETENCY-69117
Ətraf mühitin və əməyin mühafizəsi üzrə tənzimləyici tələbləri icra etmək bacarığına
COMPETENCY-91210
Çevik avtomatlaşdırılmış istehsalatlar, robotlaşdırılmış komplekslər və avtomatlaşdırılmış xətlərdə sənaye robotlarının tətbiqi bacarığına
COMPETENCY-56915
Sensorlar, kontrollerlər, aktuatorlar və o cümlədən mexatron sistemlərin tənzimlənməsində və idarə edilməsində istifadə olunan digər qurğuların iş prinsipləri və konstruktiv xüsusiyyətləri sahəsində lazımi bilik və bacarıqlara
COMPETENCY-43841
Elektron sistemlərin simulyasiyası, sadə sistemlərin prototiplərinin hazırlanması və 3D texnologiyaları əsasında mexatron obyektləri dizayn etmək və istehsalını təşkil etmək bacarığına
COMPETENCY-73070
Sensorlar, kontrollerlər, aktuatorları, o cümlədən əsas mexatronik sistemlərin iş prinsiplərini başa düşən qurğuları, mikrokontrollerləri proqramlaşdırmağı və proqramdan istifadə etmək bacarığına
COMPETENCY-82019
Məntiqi təfəkkürə malik olmaqla, eksperimental nəticələrin işlənməsi üçün mövcud olan riyazi üsullardan istifadə etmək bacarığına
COMPETENCY-21074
Nano-, mikro- və makrotexniki ölçü səviyyələrində materialların strukturları arasındakı korrelyasiyanı və əsas üç sinif materialların - metal, polimer və keramikanın xassələrini başa düşərək, çoxluqlar nəzəriyyəsi, matrislər, onlar üzərində çevirmələr, optimallaşdırma və optimal idarəetmə üsullarını tətbiq etmək bacarığına
COMPETENCY-92466
Robot və robototexniki sistemlərin fəaliyyət alqoritmlərini və inkişafını, neyron-şəbəkələri, süni neyronlar, qeyri-xətti çeviricinin əhəmiyyətini bilmək və qeyri-səlis neyron şəbəkələrdən istifadə etmək bacarığına
COMPETENCY-51687
Proqramlaşdırmanın əsaslarını, əsas tələbləri, layihələndirmə, kodlaşdırma, proqramların təshihi, verilənlərin tiplərinin təsnifatını bilmək və tətbiq etmək bacarığına
COMPETENCY-13691
Mexaniki və elektron sistemlərin layihələndirmə aspektlərini təhlil etmək və mexatron sistemləri layihələndirmək bacarığına
COMPETENCY-60668
Mexatron qurğuların işlənib hazırlanması, robotun quruluşu, robotun hərtərəfli fəaliyyəti, robotun sənayedə istifadəsi, kinematik təhlili, planlaşdırılmış trayektoriyası haqqında biliklərin nümayiş etdirilməsi bacarığına
COMPETENCY-74720
Analoq və rəqəmsal siqnallar əsasında sabit cərəyanla və dəyişən cərəyanla işləyən elektron qurğuların idarə edilməsi bacarığına
COMPETENCY-27127
Aviasiya, sualtı və kosmonavtika sahələri üzrə obyektlərdə, müxtəlif istiqamətlər üzrə tədqiqat mərkəzlərində kosmos, tibb, neftçıxarma, qida, yüngül sənaye sahələrində və məişətdə robototexniki qurğuları tətbiq etmək bacarığına
İxtisas səriştələri· 16
COMPETENCY-41306
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları.
COMPETENCY-99645
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqları.
COMPETENCY-84643
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətləri.
COMPETENCY-67887
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları.
COMPETENCY-45672
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyəti.
COMPETENCY-55816
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə
COMPETENCY-37718
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsi.
COMPETENCY-56398
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyəti.
COMPETENCY-85354
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqları.
COMPETENCY-84500
Peşəkar fəaliyyəti planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyəti.
COMPETENCY-51803
Fəaliyyəti sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarıqları.
COMPETENCY-92091
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarıqları.
COMPETENCY-90959
Korporativ əməkdaşlıq və digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq qabiliyyəti.
COMPETENCY-74521
Təşəbbüskarlıq və liderlik qabiliyyəti.
COMPETENCY-67413
Təşkilatçılıq qabiliyyəti.
COMPETENCY-22777
Avtomatlaşdırılmış istehsalın idarəedilməsi sahəsində yerli və beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq qabiliyyəti.