Ümumi məlumat
- Fənn kodu
- İF-3841m
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat- mühazirə, b)15 saat-seminar, c) 15 saat laboratoriya
- Auditoriyadan kənar saatlar
- a)80 saat-TSİ, b) 40 saat-MRTSİ
Fənn haqqında
“Materiallar müqaviməti” fənni 050628 - “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Fənnin tədris olunmasında əsas məqsəd tələbələrdə konstruksiya elementlərinin deformasiya olunma xassələrini nəzərə almaqla müasir hesablama metodları haqqında kompetent peşəkar biliklər formalaşdırmaqdır. Kurs çərçivəsində elementlərin möhkəmlik, sərtlik və dayanıqlıq şərtlərinin idarə olunmasının əsas prinsipləri dərindən öyrədilir. Fənnin qarşısında duran əsas vəzifə gələcək mühəndislərə materialların mexaniki xassələrinin idarə edilməsi barədə davamlı və sistemli məlumatları aşılamaqdır. Bu fənn tələbələrə nəqliyyat vasitələrinin layihələndirilməsi və istismarı zamanı konstruksiyaların etibarlılığını təmin etmək üçün lazım olan zəruri bilik və bacarıqları qazandırır.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
- laboratoriya işi
- komanda işi
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Materiallar müqavimətinə giriş, əsas anlayışlar və fərziyyələr. Hesablama sxemi. Xarici və daxili qüvvələr. Deformasiya və yerdəyiş- mələr. Kəsiklər üsulu, deformasiya- nın növləri. Gərginliklər.
- 2.Dartılma və sıxılma. Daxili qüvvə və Gərginliklərin təyini. Eninə və uzu- nuna deformasiyalar. Puasson əm-salı. Dartılma və sıxılmada Huk qa- nunu.
- 3.Dartılma diaqramı. Ehtiyat əmsalı. Mərkəzi dartılma və sıxılmada maili kəsiklərdə yaranan gərginliklər. To-xunan gərginliklərin qoşaliğı qanu- nu. Dartılma və sıxılmada deforma-siyanın potensial enerjisi.
- 4.Mərkəzi dartılma və sıxılmada statik həll olunmayan sistemlər. Quraş- dırma gərginlikləri.Temperatur də-yişməsindən yaranan gərginliklər.
- 5.Sürüşmə (kəsilmə). Xalis sürüşmə. Sürüşmədə Huk qanunu. Yastı kə-siklərin həndəsi xarakteristikaları. Statik və ətalət (inersiya) momentləri Paralel oxlara nəzərən ətalət mo-mentləri arasında asılılıqlar. Bəzi sadə kəsiklərin ətalət momentləri. Müqavimət momentləri.
- 6.Burulma deformasiyası.Eninə kəsiyi dairəvi olan brusun burulması. Burulmada toxunan gərginlik. Valların sərtliyə və möhkəmliyə hesabı. Burulmada deformasiyanın potensial enerjisi.
- 7.Əyilmə. Düzoxlu brusun əyilməsi. Əyilmədə brusun en kəsiyində yaranan daxili qüvvə amilləri. Mz, Qz və q arasındakı differensial asılı- lıqlar. Əyici moment və kəsici qüvvə epyurlarının qurulması.
- 8.Əyinti və dönmə bucağı. Əyilmiş oxun diferensial tənliyi və inteqral- lanması. Tirin əyilmiş oxunun univer- sal tənliyi. Kastilyano teoremi. Maks- vell-Mor üsulu.
- 9.Vereşşagin üsulu. İşlərin və yerdə- yişmələrin qarşılıqlı teoremi.
- 10.Gərginlikli vəziyyət. Nöqtədə gərgin vəziyyət. Müstəvi gərginlikli vəziy- yətdə maili kəsiklərdəki gərginliklər.
- 11.Həcmi gərginlikli vəziyyət. Ümumi- ləşmiş Huk qanunu. Möhkəmlik nə- zəriyyələri. Ən böyük toxunan (III) gərginliklər və energetik (IV) möh- kəmlik nəzəriyyələri.
- 12.Mürəkkəb müqavimət. Çəp əyilmə. Əyilmə ilə burulmanın birgə təsiri.
- 13.Dayanıqlıq. Boyuna əyilmə. Böhran qüvvəsi üçün Eyler və Yasinski düs- turları, tətbiq sahələri. Çubuğun dayanıqlığa hesabı.Mühazirə
- 14.Əyilmədə statik həll olunmayan tir- lər. Qüvvələr üsulu. Əsas sistem. Qüvvələr üsulunun kanonik tənliklə- ri. Mərkəzdənxaric dartılma və sıxıl-ma.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |