Ümumi məlumat
- Fənn kodu
- İF-3840y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)30 saat- mühazirə
- Auditoriyadan kənar saatlar
- a)60 saat-TSİ, b) 30 saat-MRTSİ
Fənn haqqında
“İxtisasa giriş” fənni 050628 - “Mexanika mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsinin birinci kurs tələbələri üçün nəzərdə tutulmuş və onları gələcək peşə fəaliyyəti ilə tanış edən ilkin baza fənnidir. Fənnin tədris olunmasında əsas məqsəd tələbələrə mexanika mühəndisliyinin tarixi, inkişaf mərhələləri, müasir istehsalatdakı rolu və gələcək perspektivləri barədə fundamental məlumatlar verməkdir. Kurs çərçivəsində tələbələr maşın və mexanizmlərin ümumi təsnifatı, mühəndis layihələndirilməsinin ilkin prinsipləri və peşə etikası qaydaları ilə tanış olurlar. Eyni zamanda, təhsil müddətində keçiriləcək digər ixtisas fənlərinin strukturu və onların mühəndislik yaradıcılığındakı əhəmiyyəti tələbələrə aşılanır. Bu fənn gələcək mühəndislərin öz peşə istiqamətlərini dərindən anlamalarına, təhsilə adaptasiyalarına və peşəkar düşüncə tərzinin formalaşmasına zəmin yaradır.
Tədris metodları
- mühazirə
- komanda işi
- təqdimatlar
- interaktiv müzakirə
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Mexanika mühəndisliyinin əsasları. Əsas anlayışlar: mexanika, mühəndis, mexanika mühəndisi, maşın, mexanizm, cihaz, avadanlıq, aparat.
- 2.İxtisasa qoyulan tələblər və prinsiplər. Mühəndis - mexaniklərin vəzifələri və fəaliyyət sahələri.
- 3.Mexanika mühəndisliyinin ixtisas fənləri. Nəzəri mexanika, Materiallar müqaviməti, Maye və qaz mexanikası, Hidravlika, Nanomexanika, Dağılma mexanikası, Maşın mexanikası, Tribologiya.
- 4.Maşınların növləri: texnoloji maşınlar, nəqliyyat maşınları, energetik maşınlar, kibernetik maşınlar, avtomat maşınlar.
- 5.Maşın aqreqatları: mühərrik, aralıq ötürücü mexanizm, idarəetmə sistemi, işçi maşın.
- 6.Kinetostatikanın maşın və mexanizmlərə tətbiqi.
- 7.Maşınların növləri: texnoloji maşınlar, nəqliyyat maşınları, energetik maşınlar, kibernetik maşınlar, avtomat maşınlar.
- 8.Mühəndis qurğularına (maşınlara) qoyulan tələblər: möhkəmlik, sərtlik, dayanıqlıq, etibarlılıq, uzunömürlük.
- 9.Mexaniki sistemin sistemin rəqs hərəkəti və vibrasiya.
- 10.Hidromexanika, Maşınlarda hidravlik sistemlər.
- 11.Zərbə nəzəriyyəsinin əsasları. Maşınlarda zərbə hadisəsi.
- 12.Maşınlarda sürtünmə yeyilmə, faydalı iş əmsalı.
- 13.Maşın və mexanizmlərin hərəkət tənlikləri və onların həlli yolları.
- 14.Mexaniki sistemin dinamik parametrləri: İnersial (ətalitlilik) parametrlər, kinematik və dinamik parametrlər.
- 15.Müasir mexaniki sistemlərin nanomexanika prinsipləri əsasında keyfiyyət göstəricilərinin yüksəldilməsi yolları.
Ədəbiyyat
- Əsas ədəbiyyat 1. Mirzəcanzadə A.X. İxtisasa giriş. Bakı, 1997 2. Qədirov N.B. Nəzəri mexanika kursu, Bakı, 1997 3. Məmmədov H.Q. Nəzəri mexanika, Bakı, 1965 4. И.С. Загузов, В.Н. Головинский, В.Н Калабухов. Введение в специальность (Механика), Самара, 2002 5. Wickert J., Lewis K. An Introduction to Mechanical Engineering. Cengage Learning, 3rd edition, 2012 Əlavə ədəbiyyat 6. Baxşəli V.İ. Tətbiqi Mexanika: Nəzəri mexanika və materiallar müqaviməti, Bakı, “Elm”, 2017, 452s. 7. D. Gross et all. Engineering Mechanics 1, Statics and Dynamics, Springer Verlag, New York, 2011, 359 pp. 8. Ferdinand P. Beer, E. Russell Jr. Johnston etc. Vector Mechanics for Engineers: Statics and Dynamics, 12-th edition, New York, McGraw-Hill Education, 2016 9. J.L. Meriam, L.G. Kraige. (2012). Engineering Mechanics. Statics. 7-th edition, John Wiley & Sons, Inc. http://www.wiley.com/go/permissions
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |