Ümumi məlumat
- Fənn kodu
- İF-3827y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a)45 saat-mühazire, b)15 saat-seminar
- Auditoriyadan kənar saatlar
- a)80 saat-TSİ, b)40 saat-MRTSİ
Fənn haqqında
“Nəzəri mexanika” fənninin tədris olunmasında əsas məqsəd 050622 – “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə mexanikanın fundamental anlayışlarını, mexaniki sistemlərin statika, kinematika və dinamika qanunauyğunluqlarını öyrətməkdir. Fənnin məzmununa mexaniki hərəkətin növləri, bərk cisim mexanikasının əsas qanunları, hərəkətin diferensial tənlikləri və onların praktiki həlli metodları daxildir. Fənn aşağıdakı qısa məzmun və əsas mövzular üzrə strukturlaşdırılaraq tədris olunur: 1. Giriş və əsas anlayışlar; 2. Statika; 3. Kinematika; 4. Dinamika.
Tədris metodları
- mühazirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Mexanikaya giriş. Nəzəri Mexanikanın predmeti, vəzifələri və əsas anlayışları. Statikanın aksiomları.Mühazirə
- 2.Rabitələr. Rabitələrdən azad olunma prinsipi. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin həndəsi üsulla toplanması və həndəsi müvazinət şərtləri.
- 3.Müvazinətdə olan üç qüvvə haqqında teorem. Qüvvənin müstəvi və ox üzərindəki proyeksiyası. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin analitik üsulla toplanması və analitik müvazinət şərtləri.
- 4.Müvazinətdə olan üç qüvvə haqqında teorem. Qüvvənin müstəvi və ox üzərindəki proyeksiyası. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin analitik üsulla toplanması və analitik müvazinət şərtləri.
- 5.Müvazinətdə olan üç qüvvə haqqında teorem. Qüvvənin müstəvi və ox üzərindəki proyeksiyası. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin analitik üsulla toplanması və analitik müvazinət şərtləri.
- 6.Müvazinətdə olan üç qüvvə haqqında teorem. Qüvvənin müstəvi və ox üzərindəki proyeksiyası. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin analitik üsulla toplanması və analitik müvazinət şərtləri.
- 7.İki paralel qüvvənin toplanması. Cüt qüvvələr və onların momenti. Cüt qüvvələr haqqında teoremlər. Cüt qüvvələr sisteminin toplanması və müvazinət şərtləri. Qüvvənin nöqtəyə və oxa nəzərən momenti və onların arasında asılılıq.
- 8.İxtiyari qüvvələr sisteminin verilmiş mərkəzə gətirilməsi. İxtiyari qüvvələr sisteminin müvazinət şərtləri. Müstəvi və müstəvi paralel qüvvələr sisteminin müvazinət şərtləri.
- 9.Kinematikaya giriş. Nöqtənin hərəkətinin verilmə üsulları. Nöqtənin sürət və təcil vektoru.
- 10.Nöqtənin hərəkəti koordinat və təbii üsulla verildikdə onun sürət və təcilinin tapılması. Nöqtənin müntəzəm və müntəzəm dəyişən hərəkəti.
- 11.Bərk cismin irıliləmə hərəkəti. Bərk cismin tərpənməz ox ətrafında fırlanma hərəkəti. Tərpənməz ox ətrafında fırlanan cismin nöqtələrinin sürət və təcili.
- 12.Bərk cismin müstəvi hərəkəti. Yastı fiqurun nöqtələrinin sürəti. Ani sürətlər mərkəzi. Yastı fiqurun nöqtələrinin təcili. Ani təcillər mərkəzi.
- 13.Nöqtənin mürəkkəb hərəkəti. Mütləq sürət və mütləq təcil. Koriolis təcili.
- 14.Bərk cismin tərpənməz nöqtə ətrafında ətrafında fırlanma hərəkəti. Dalamber-Eyler teoremi. Bərk cismin ixtiyari hərəkəti.
- 15.Bərk cismin tərpənməz nöqtə ətrafında ətrafında fırlanma hərəkəti. Dalamber-Eyler teoremi. Bərk cismin ixtiyari hərəkəti.
- 16.Dinamikaya giriş. Dinamikanın qanunları. Maddi nöqtənin hərəkətinin diferensial tənlikləri. Dinamikanın iki əsas məsələsi.
- 17.Maddi nöqtənin hərəkət miqdarı və hərəkət miqdarı momentinin dəyişməsi haqqında teorem.
- 18.Qüvvənin işi və gücü. Maddi nöqtənin kinetik enerjisinin dəyişməsi haqqında teorem.
- 19.Qüvvə sahəsi anlayışı. Maddi nöqtənin potensiallı qüvvə sahəsində hərəkəti. Maddi nöqtə üçün Dalamber Prinsipi. Maddi nöqtənin nisbi hərəkətinin diferensial tənlikləri.
- 20.Keniq teoremi. MNS-in kinetik enerjisinin dəyişməsi haqqında teorem. MNS üçün Dalamber Prinsipi.
- 21.Bərk cismin inersiya momentləri. Paralel oxlara nəzərən inersiya momentlıri arasında asılılıq. Bərk cismin tərpənməz ox ətrafında fırlanma hərəkətinin diferensial tənliyi. Tərpənməz ox ətrafında fırlanan cismin kinetik enerjisinin dəyişməsi haqqında teorem.
- 22.Mexaniki sistemin kiçik rəqsləri. Sərbəst, sönən və məcburi rəqslər.
- 23.Bərk cismin tərpənməz nöqtə ətrafında fırlanma hərəkətinin diferensial tənlikləri. Hiroskop nəzəriyyəsi. Sadə hiroskopik hadisələr.
- 24.Analitik mexanikanın əsasları. Mümkün yerdəyişmələr prinsipi. Dinamikanın ümumi tənliyi.
- 25.Sistemin ümumiləşmiş koordinatları. Laqranjın 2-ci növ tənlikləri.
- 26.Zərbə nəzəriyyəsi. Kürənin tərpənməz ideal səthə düz və çəp zərbısi. İki kürənin düz mərkəzi zərbəsi. Maddi nöqtənin və mexaniki sistemin zərbə zamanı hərəkət miqdarının dəyişməsi haqqında teorem.Mühazirə
Ədəbiyyat
- Ədəbiyyat siyahısı və elektron resurslar: Əsas ədəbiyyat 1. Qədirov N.B. Nəzəri mexanika kursu, Bakı, 1997 2. Məmmədov H.Q. Nəzəri mexanika, Bakı, 1965. 1966 3. Tarq S.M. Nəzəri mexanikanın qısa kursu, Bakı, 1983 4. Meşşerski İ.V. Nəzəri mexanika məsələləri, Bakı, 1984 Əlavə ədəbiyyat 5. Baxşəli V.İ. Tətbiqi Mexanika: Nəzəri mexanika və materiallar müqaviməti, Bakı, “Elm”, 2017, 452s. 6. Nəsibov N.A., Şayev Z.Ş. Nəzəri mexanikadan mühazirələr. Bakı, 2013 7. D. Gross et all. Engineering Mechanics 1, Statics and Dynamics, Springer Verlag, New York, 2011, 359 pp. 8. Ferdinand P. Beer, E. Russell Jr. Johnston etc. Vector Mechanics for Engineers: Statics and Dynamics, 12-th edition, New York, McGraw-Hill Education, 2016 9. J.L. Meriam, L.G. Kraige. (2012). Engineering Mechanics. Statics. 7-th edition, John Wiley & Sons, Inc. http://www.wiley.com/go/permissions
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |