Fənn · Mexanikamühəndisliyi-bakalavr

MaterialşünaslıqMövzu planı

İF-36143m4 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Materialşünaslığa giriş. Metalların təsnifatı, onların kristallik quruluşu, amorf halı. Metalların real quruluşu. Kristal qəfəsin qüsurları. Miller indeksləri. Anizotropiya.

    Mühazirə

    Materialşünaslığın əsas anlayışları, metalların kristal və amorf quruluşları, real quruluş, qüsurlar və anizotropiya.

  2. 2. Kristallaşma, onun mexanizmi və kristallaşmaya təsir edən amillər. Metal tökülün quruluşu. Allotropiya. Maqnit çevrilməsi.

    Mühazirə

    Kristallaşma prosesinin mexanizmi, amilləri, tökmə metalın strukturu və allotropik çevrilmələr.

  3. 3. Elastiki və plastiki deformasiya. İfratplastiklik. Dağılma. Metalların mexaniki xassələri. Mexaniki xassələrin təyini üsulları. Soyuq halda təzyiqlə emalın metalın struktur və xassələrinə təsiri.

    Mühazirə

    Deformasiya növləri, mexaniki xassələr, sınaq üsulları və təzyiqlə emalın təsiri.

  4. 4. Döyənəklənmiş metalın struktur dəyişiklikləri. Rekristallaşma. Ərintilərin quruluşu. Mexaniki qatışıq. Bərk məhlul. Kimyəvi birləşmə.

    Mühazirə

    Döyənəklənmə sonrası rekristallaşma prosesləri və ərinti strukturlarının növləri.

  5. 5. Hal diaqramlarının qurulması. Parçalar və fazalar qaydası. Birinci və ikinci növ ərintilərin hal diaqramları.

    Mühazirə

    Hal diaqramlarının qurulma prinsipləri və əsas faza qaydaları.

  6. 6. Üçüncü və dördüncü növ ərintilərin hal diaqramları. Dəmir-karbon ərintilərinin hal diaqramı.

    Mühazirə

    Mürəkkəb hal diaqramları və dəmir-karbon sisteminin təhlili.

  7. 7. Karbonlu poladlar. Poladlara daimi qatışıqların təsiri. Poladların keyfiyyəti. Ümumi işlərdə istifadə olunan karbonlu poladlar. Döyənəklənmiş polad. Avtomat poladlar.

    Mühazirə

    Karbonlu poladların təsnifatı, keyfiyyət göstəriciləri və tətbiqi.

  8. 8. Çuqunlar təsnifatı, markalanması, struktur və xassələri. Tətbiq sahələri. Xüsusi çuqunlar.

    Mühazirə

    Çuqunların növləri, strukturları, markalanması və tətbiqi.

  9. 9. Termiki emal, növləri və tətbiq sahələri. Poladı qızdırarkən gedən faza çevrilmələri. Poladı soyudarkən onun quruluşunda baş verən çevrilmələr.

    Mühazirə

    Termiki emalın əsasları, qızdırma və soyuma zamanı faza çevrilmələri.

  10. 10. Austenitin parçalanması. Perlit, beynit və martensit çevrilmələri. Tabaksıltma zamanı gedən çevrilmələr. Tabaksıltma kövrəkliyi. Köhnəlmə.

    Mühazirə

    Faza çevrilmə mexanizmləri, tabaksıltma prosesləri və köhnəlmə.

  11. 11. Termiki emalın poladın xassələrinə təsiri. Termomexaniki emal. Tablandırma rejimi. Tablama dərinliyi. Kimyəvi-termiki emal.

    Mühazirə

    Termiki emalın xassələrə təsiri, termomexaniki və kimyəvi-termiki emal üsulları.

  12. 12. Legirli poladların təsnifatı. Markalanması. Legirli poladların növləri. Poladların qaynaqedilmə qabiliyyəti. İnşaat, armatur və ressor-yay poladları. Alət poladları.

    Mühazirə

    Legirli poladların növləri, markalanması və müxtəlif sənaye sahələrində tətbiqi.

  13. 13. Əlvan metallar və onların ərintiləri. Alüminium, mis, maqnezium və titan ərintiləri.

    Mühazirə

    Əlvan metalların xüsusiyyətləri və onların ərintilərinin tətbiqi.

  14. 14. Keramik materialların strukturu, xassələri və tətbiq sahələri.

    Mühazirə

    Keramik materialların strukturu və xassələrinin təhlili.

  15. 15. Polimer materialların strukturu, xassələri və tətbiq sahələri. Kompozisiya materialları. Metallik ovuntu materialları.

    Mühazirə

    Polimerlər, kompozit materiallar və ovuntu materiallarının xarakteristikası.