Fənn · Mexanikamühəndisliyi-bakalavr
Materiallar texnologiyasıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Kursun mahiyyəti və məqsədi. Konstruksiya materiallarının növləri və tətbiq sahələri
MühazirəFənnin əsas vəzifələri, konstruksiya materiallarının təsnifatı və istifadə sahələri.
2. Metalların atom-kristallik quruluşu və strukturtəşkilediciləri. Ərintilərin kristal quruluşu. Metal və ərintilərin əsas xassələri
MühazirəMetalların daxili quruluşu, ərinti strukturları və əsas fiziki-mexaniki xassələr.
3. Metalların təzyiqlə emalının mahiyyəti və növləri. Təzyiqlə emalda qızdırıcı qurğular və qızdırma rejimi
MühazirəMetalların plastik deformasiyası, struktur dəyişiklikləri və qızdırma vasitələri.
4. Yayma prosesi. Yayma dəzgahları və boru yayma. Presləmə və çəkib-uzatma
MühazirəYayma avadanlıqları, boru istehsalı, presləmə və çəkib-uzatma üsulları.
5. Sərbəst döymə prosesinin mahiyyəti, əməliyyatları və avadanlıqları. Ştamplama prosesi
MühazirəDöymə texnologiyası, qızmar həcmi və təbəqə ştamplama, istifadə olunan alətlər.
6. Tökük istehsalının mahiyyəti. Qəlib materialları və model komplekti
MühazirəTökmə prosesləri, qəlib materialları və model komplektinin rolu.
7. Tökmə sistemi və qəliblərin hazırlanma texnologiyası
MühazirəTökmə sisteminin rolu, qum-gilli qəliblər və qəlib içliklərinin hazırlanması.
8. Qaynaq istehsalının ümumi xarakteristikası. Əl ilə və avtomatik elektrik qövs qaynağı
MühazirəQaynağın əsasları, əl və avtomatik qövs qaynağı texnologiyası.
9. Qazla qaynaq və qazla kəsmə. Qaz qaynağında alovun xarakteristikası və avadanlıqlar
MühazirəQazla birləşdirmə və kəsmə, alov növləri və istifadə olunan avadanlıqlar.
10. Kontakt qaynağı və onun növləri. Lehimləmə prosesinin mahiyyəti
MühazirəKontakt qaynağının növləri və lehimləmə prosesinin əsasları.
11. Metalların kəsmə ilə emalı. Kəsmə rejimi, kəsilən qatın həndəsəsi və kəskiyə təsir edən qüvvələr
MühazirəKəsmə prosesinin nəzəriyyəsi, alətlərin həndəsəsi və qüvvə analizi.
12. Metalkəsən dəzgahların təsnifatı. Torna dəzgahının quruluşu, iş prinsipi və görülən işlər
MühazirəDəzgah təsnifatı, torna dəzgahlarının iş prinsipi və əməliyyatları.
13. Kompozisiya materiallarının təsnifatı və alınma texnologiyası
MühazirəKompozit materialların növləri və istehsal üsulları.
14. Qeyri-metal materiallar və onlardan məmulatların hazırlanması
MühazirəQeyri-metal materialların təsnifatı və emal texnologiyası.