Ümumi məlumat
- Fənn kodu
- İF-3298m
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya;
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 63 saat, b) hazırlıq - 42 saat
Fənn haqqında
“Materiallar texnologiyası” fənninin keçilməsində məqsəd Mexanika mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alanlar materiallarının istehsalı,onlardan pəstahların, maşın detallarının hazırlanma texnologiyasının müasir, səmərəli və mütərəqqi üsullarından tətbiq edilən avadanlıq və alətlərin konstruksiyasından həmcinin onların iş prinsipinin mənimsənilməsindən ibarətdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Kursun mahiyyəti və məqsədi. Konstruksiya materiallarının növləri və tətbiq sahələriMühazirə
Fənnin əsas vəzifələri, konstruksiya materiallarının təsnifatı və istifadə sahələri.
- 2.Metalların atom-kristallik quruluşu və strukturtəşkilediciləri. Ərintilərin kristal quruluşu. Metal və ərintilərin əsas xassələriMühazirə
Metalların daxili quruluşu, ərinti strukturları və əsas fiziki-mexaniki xassələr.
- 3.Metalların təzyiqlə emalının mahiyyəti və növləri. Təzyiqlə emalda qızdırıcı qurğular və qızdırma rejimiMühazirə
Metalların plastik deformasiyası, struktur dəyişiklikləri və qızdırma vasitələri.
- 4.Yayma prosesi. Yayma dəzgahları və boru yayma. Presləmə və çəkib-uzatmaMühazirə
Yayma avadanlıqları, boru istehsalı, presləmə və çəkib-uzatma üsulları.
- 5.Sərbəst döymə prosesinin mahiyyəti, əməliyyatları və avadanlıqları. Ştamplama prosesiMühazirə
Döymə texnologiyası, qızmar həcmi və təbəqə ştamplama, istifadə olunan alətlər.
- 6.Tökük istehsalının mahiyyəti. Qəlib materialları və model komplektiMühazirə
Tökmə prosesləri, qəlib materialları və model komplektinin rolu.
- 7.Tökmə sistemi və qəliblərin hazırlanma texnologiyasıMühazirə
Tökmə sisteminin rolu, qum-gilli qəliblər və qəlib içliklərinin hazırlanması.
- 8.Qaynaq istehsalının ümumi xarakteristikası. Əl ilə və avtomatik elektrik qövs qaynağıMühazirə
Qaynağın əsasları, əl və avtomatik qövs qaynağı texnologiyası.
- 9.Qazla qaynaq və qazla kəsmə. Qaz qaynağında alovun xarakteristikası və avadanlıqlarMühazirə
Qazla birləşdirmə və kəsmə, alov növləri və istifadə olunan avadanlıqlar.
- 10.Kontakt qaynağı və onun növləri. Lehimləmə prosesinin mahiyyətiMühazirə
Kontakt qaynağının növləri və lehimləmə prosesinin əsasları.
- 11.Metalların kəsmə ilə emalı. Kəsmə rejimi, kəsilən qatın həndəsəsi və kəskiyə təsir edən qüvvələrMühazirə
Kəsmə prosesinin nəzəriyyəsi, alətlərin həndəsəsi və qüvvə analizi.
- 12.Metalkəsən dəzgahların təsnifatı. Torna dəzgahının quruluşu, iş prinsipi və görülən işlərMühazirə
Dəzgah təsnifatı, torna dəzgahlarının iş prinsipi və əməliyyatları.
- 13.Kompozisiya materiallarının təsnifatı və alınma texnologiyasıMühazirə
Kompozit materialların növləri və istehsal üsulları.
- 14.Qeyri-metal materiallar və onlardan məmulatların hazırlanmasıMühazirə
Qeyri-metal materialların təsnifatı və emal texnologiyası.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |