Ümumi məlumat
- Fənn kodu
- İFS-3267y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 72 saat, b) hazırlıq - 48 saat
Fənn haqqında
“Tökmə istehsalının əsasları” fənninin məqsədi 050611- “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə töküklərin hazırlanması texnologiyası, töküklərin hazırlanması üçün model dəsti, onun hazırlanması üçün materiallar, qəlib qarışıqları, birdəfəlik tökmə qəliblərin və içliklərin hazırlanması, töküklərin hazırlanmasının texnologiyasının layihələndirilməsinin müasir metodları və müvafiq normativ-hüquqi baza haqqında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kurs tələbələri tökmə texnologiyasının fiziki və mühəndislik əsasları ilə tanış edərək, maye metalın qəliblərdə davranış qanunauyğunluqlarını öyrədir. Tələbələr qəlib materiallarının xassələrini hazırlamağı, qəlib və içliklərin dizaynını və optimal yolluq sistemlərinin hesablama metodikasını mənimsəyəcəklər. Maye metalın axıcılığı, daralması və qaz udma qabiliyyəti kimi texnoloji xassələrin töküyün keyfiyyətinə bilavasitə təsiri laborator sınaqlarla analiz ediləcək. Fənn başa çatdıqda, gələcək mühəndislər verilmiş detalın çertyojuna uyğun olaraq tökmə texnologiyası marşrutunu layihələndirmək və yaranacaq qüsurların qarşısını almaq bacarıqları qazanacaqlar.
Mövzu planı
- 1.Giriş. Model istehsalı. Model dəstinin elementləri. Anlayış və təriflər. İstehsalın xarakterinə görə model dəstinin təsnifi. Tökmə sexinin model şöbəsinin avadanlıqları. Ağacın növləri və emal texnologiyası. Ağacın doğranmasıMühazirə
Tökmə istehsalına giriş, model dəstlərinin təsnifatı, tərifləri və ağac modellərinin hazırlanması üçün istifadə olunan avadanlıqlar və emal texnologiyaları
- 2.Ağac modellərin konstruksiyası və hazırlanması. Ayrılan və bütöv modellər. Nişan və ayrılan hissələr. Ağac içlik qutuları. Metal modelin cizgisinin hazırlanması. Metal model üçün ərintilər. Metal modelin konstruksiyası. Metal içlik qutuları. Metal modelaltı lövhələr. Modelin quraşdırılmasıMühazirə
Ağac və metal modellərin konstruksiya xüsusiyyətləri, içlik qutularının hazırlanması qaydaları və quraşdırma texnologiyası
- 3.Qəlib materialları və qarışıqları, Qəlib qumlarının əmələ gəlməsi və mənşəyi. Qumların təsnifatı. Qumların mineral, dənə və gil tərkibi. Qumlarda zərərli qatışıqlar. Kvars, onun hal dəyişmələri. Sirkon, xrom-maqnezit qumları. Qumların tətbiqi. Qumların əsas xassələriMühazirə
Qəlib qumlarının mənşəyi, təsnifatı, mineralogiyası, zərərli qatışıqların təsiri və xüsusi qum növlərinin (kvars, sirkon və s.) xassələri
- 4.Kaolinit, montmorillonit gilləri və hidroslyudalar. Gillərin mineral tərkibi. Gillərin əsas xassələri. Gillərin tətbiqi. Bitişdiricilərin təsnifatı və xassələri. Üzvi və qeyri-üzvi bitişdiricilər. Maye şüşə. Sintetik qatranlar. Köməkçi qəlib materialları. Qəlib və içlik qarışığına müəyyən xassələr verən xüsusi əlavələr. Tərtibata yapışmaya qarşı əlavələr. Yanıq əleyhinə boyaq və örtüklərMühazirə
Qəlibləmədə istifadə olunan gillərin, üzvi/qeyri-üzvi bitişdiricilərin (maye şüşə, qatranlar) və xüsusi əlavələrin (boyaqlar, örtüklər) xarakteristikası
- 5.Sintetik qatran əsaslı içlik qarışıqları. İsti tərtibatda quruyan və soyuq bərkiyən qarışıqlar. Qəlib və içlik qarışıqlarının fiziki-mexaniki və texnoloji xassələri. Qarışıqların mexaniki xassələri.Mühazirə
Müasir sintetik qatranlı qarışıqların (isti və soyuq bərkiyən) xüsusiyyətləri, qəlib materiallarının fiziki-mexaniki göstəricilərinin təhlili
- 6.Birdəfəlik qəliblərin hazırlanması. Əl ilə qəlibləmə. Tökmə tərtibatları və qəlibləmə alətləri, onların təsnifatı. Qarışığın sıxlaşdırılmasının mahiyyəti. Sıxlaşdırma üsulunun seçilməsi.Mühazirə
Birdəfəlik qəliblərin əl ilə hazırlanması prosesi, istifadə olunan alətlər və qarışığın sıxlaşdırılması mexanizmləri.
- 7.İki, üç və bir neçə opokda qəlibləmə. İçliklərdə, kəsmə ilə, çevrilən qurşaq, çıxıntı ilə, sökülən hissələrlə, yalançı opokla qəlibləmə. Şablonla qəlibləmə. Fırlanma və dartma şablonları. Skelet modellə qəlibləməMühazirə
Çox opoklu və mürəkkəb konfiqurasiyalı (kəsmə, sökülən hissələr) qəliblərin hazırlanması, həmçinin şablon və skelet modellərlə qəlibləmə
- 8.Maşınla qəliblərin hazırlanması. Qəlib qarışıqlarının maşında sıxlaşdırılması. Sıxlaşma dərəcəsinin göstəricisi və onun ölçülməsi. Qəlibdə sıxlaşmanın modelsiz və model olduqda paylanmasının xüsusiyyəti. Qəlibin ayrı-ayrı hissələrinin sıxlaşdırılma dərəcəsinin tənzimlənməsi. Müxtəlif sıxlaşdırma üsullarının birgə tətbiqi.Mühazirə
Qəlibləmə maşınlarının iş prinsipi, maşınla sıxlaşdırma dərəcəsinin təyini, tənzimlənməsi və kombinəedilmiş sıxlaşdırma metodları
- 9.Silkələmə ilə sıxlaşdırma, silkələmə və presləmə ilə sıxlaşdırma. Əlavə presləmə. Silkələmə-presləmə. Qum üfürmə-presləmə üsulu ilə qarışığın sıxlaşdırılması. Qumatıcı ilə qəlib qarışığının sıxlaşdırılması. Vakuum və impuls qəlibləmə üsullarıMühazirə
Silkələmə, presləmə, qumatıcı, vakuum və impuls qəlibləmə kimi müxtəlif mexaniki sıxlaşdırma üsullarının detallı təhlili
- 10.İçliklərin hazırlanması. İçliklərin konstruksiyasının təsnifatı. İçliklərin qutularda əl ilə hazırlanması. İçliklərin maşınla hazırlanması. Qumatıcı və qum üfürücü, presləyici və silkələyici maşınlarda içliklərin hazırlanma texnologiyası. İçliklərin xüsusi hazırlanma üsulları. İçliklərin qızdırılan və soyuqtərtibatlarda hazırlanması. İçliklərin maye bərkiyən, mayeşüşəli, soyuqbərkiyən qarışıqlardan hazırlanmasının xüsusiyyətləriMühazirə
İçlik istehsalının tam texnoloji dövrü: əl ilə və maşınla hazırlama, termiki bərkimə və xüsusi bitişdiricilərlə (soyuq bərkiyən) qəlibləmə üsulları
- 11.Qəlib və içliklərin qurudulması, qəliblərin yığılması və maye metalın qəliblərə tökülməsi. Qəlib və içliklərin qurutma rejimləri. Kimyəvi bərkimə, infraqırmızı şüaların və elektrik sahəsinin tətbiqi ilə qurutma. Səthi qurutma. Qəlib və içlik qarışığının tərkibindən asılı olaraq qurutma rejiminin seçilməsi. Qurudulmanın sürətləndirilməsi üsulları. Qəliblərin yığılma prosesi. Qəlibdə içliklərin oturdulması və möhkəmləndirilməsi, metal dayaqlar. Yığımın aparılmasına nəzarət. Ərintinin üst yarımqəlibə təzyiqinin hesabatı. Qəliblərin bərkidilməsi və yüklənməsi. Qəliblərin axın xətlərində və tökmə konveyerində yığılmasının xüsusiyyətləriMühazirə
Qəlib və içliklərin qurutma üsulları, montaj (yığılma) mərhələsi, metal dayaqların istifadəsi və maye metalın tökülməyə hazırlanması prinsipləri
- 12.Tökmə sistemləri. Tökmə sisteminin növləri və elementləri. Metalın qəlibə doldurulmasının əsas müddəaları. Tökmə sistemində posa və qeyri-metal birləşmələrin tutulması. Müxtəlif ərintilərdə hazırlanmış tökmələr üçün tökmə sisteminin hesabat üsulları. Metalın oturması. Əlavəliklərin vəzifəsi, növləri, tökmədə yerləşdirilməsi. Əlavəliklərin hesabatı. Nəfəslik vəzifəsi və tökmədə qoyulduğu yerin seçilməsi. Soyuducular, vəzifəsi və növləri. Soyuducuların hesabatı. 5.5. Maye metalın qəlibə tökülməsi. Əl və baraban tipli çalovlar. Dönən və tıxaclı çalovlardan metalın tökülməsinin xüsusiyyətləri. Mexanikləşdirilmiş və avtomatlaşdırılmış tökməMühazirə
Tökmə (şlak tutucu, qidalandırıcı) sistemlərinin hidrodinamik hesabatı, nəfəslik və soyuducuların quraşdırılması, metal tökmə avadanlıqlarının istismarı
- 13.Tökmələrin çapılması və təmizlənməsi. Töküklərin termiki emalı, onun məqsədi və növləri. Müxtəlif ərintilərdən hazırlanmış töküklərin struktur və xassələrinə termiki emal növlərinin təsiri. Töküklərin təmizlənməsi. Töküklərin qəlibdən çıxarılması üsulları. İçliklərin tökükdən çıxarılması. Tökmə sisteminin və əlavəliklərin kəsilməsiMühazirə
Hazır töküklərin qəlibdən çıxarılması, təmizlənməsi (çapılması), kəsintilərin ayrılması və onların sonrakı termiki emal rejiminin təyini
- 14.Töküklərin hazırlanması texnologiyasının layihələndirilməsi. Tökmə texnologiyasının tərtibi. Töküyün hazırlanma üsulunun seçilməsi. Töküyün qəlibdə vəziyyəti, model, qəlib və içliyin səmərəli ayrılma səthinin seçilmə qaydaları. Ayrılma səthinin növləri. Mexaniki emal payları və töküyün oturmasının təyini. Qəlibləmə maillikləri. İçliklərin konstruksiyası, sərhədləri və işarələrinin seçilməsi.Mühazirə
Tökmə texnologiyasının kompleks layihələndirilməsi: ayrılma səthinin təyini, emal paylarının verilməsi, qəlibləmə mailliklərinin və oturma dərəcəsinin hesablanması.
Ədəbiyyat
- M.M.Abdullayev, R.K.Həsənli. Tökmə istehsalının texnologiyası Bakı, AzTU, 2005, 252 s.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |