Fənn · Metallurgiya mühəndisliyi
Tökmə istehsalının əsaslarıCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 |
|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-78185Kurs tələbələri tökmə texnologiyasının fiziki və mühəndislik əsasları ilə tanış edərək, maye metalın qəliblərdə davranış qanunauyğunluqlarını öyrədir. Tələbələr qəlib materiallarının xassələrini hazırlamağı, qəlib və içliklərin dizaynını və optimal yolluq sistemlərinin hesablama metodikasını mənimsəyəcəklər. Maye metalın axıcılığı, daralması və qaz udma qabiliyyəti kimi texnoloji xassələrin töküyün keyfiyyətinə bilavasitə təsiri laborator sınaqlarla analiz ediləcək. Fənn başa çatdıqda, gələcək mühəndislər verilmiş detalın çertyojuna uyğun olaraq tökmə texnologiyası marşrutunu layihələndirmək və yaranacaq qüsurların qarşısını almaq bacarıqları qazanacaqlar. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 2
Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.
Töhfə verən: CLO 1
PLO 3
Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.
Bu fənndən töhfə yoxdur
PLO 4
Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.
Töhfə verən: CLO 1
PLO 5
Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 6
Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 7
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.
Töhfə verən: CLO 1