Fənn · Metallurgiya mühəndisliyi

Tökmə istehsalının əsasları

İFS-3267y6 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

“Tökmə istehsalının əsasları” fənninin məqsədi 050611- “Metallurgiya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrdə töküklərin hazırlanması texnologiyası, töküklərin hazırlanması üçün model dəsti, onun hazırlanması üçün materiallar, qəlib qarışıqları, birdəfəlik tökmə qəliblərin və içliklərin hazırlanması, töküklərin hazırlanmasının texnologiyasının layihələndirilməsinin müasir metodları və müvafiq normativ-hüquqi baza haqqında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Kurs tələbələri tökmə texnologiyasının fiziki və mühəndislik əsasları ilə tanış edərək, maye metalın qəliblərdə davranış qanunauyğunluqlarını öyrədir. Tələbələr qəlib materiallarının xassələrini hazırlamağı, qəlib və içliklərin dizaynını və optimal yolluq sistemlərinin hesablama metodikasını mənimsəyəcəklər. Maye metalın axıcılığı, daralması və qaz udma qabiliyyəti kimi texnoloji xassələrin töküyün keyfiyyətinə bilavasitə təsiri laborator sınaqlarla analiz ediləcək. Fənn başa çatdıqda, gələcək mühəndislər verilmiş detalın çertyojuna uyğun olaraq tökmə texnologiyası marşrutunu layihələndirmək və yaranacaq qüsurların qarşısını almaq bacarıqları qazanacaqlar.