Fənn · Metallurgiya mühəndisliyi

Metalların korroziyası və mühafizə üsullarıSillabus

İFS-3265y5 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3265y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – məşğələ; c) 15 saat – laboratoriya
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 54 saat, b) hazırlıq - 36 saat

Fənn haqqında

Korroziya prosesləri və mühafizə üsulları fənninin tədris olunmasında məqsəd metalların ətraf mühitlə qarşılıqlı təsir proseslərinin mexanizmini və qanunauyğunluqlarını, müxtəlif şəraitdə metalların korroziyadan qorunması üsullarını , materialların korroziyadan dağılma səbəblərini araşdırmağı, kimyəvi və elektrokimyəvi proseslərə təsir edən amilləri , ingibitorlarla mühafizə örtüklərinin çəkilmə üsullarını və elektrokimyəvi mühafizə üsullarının mahiyyətini öyrətmək, həmçinin tədris olunan fənn barədə biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların mənimsənilməsindən ibarətdir

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Bu fənn metalların ətraf mühitlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsiri nəticəsində dağılması (korroziya) proseslərinin mexanizmini araşdırır. Tələbələr termodinamik və kinetik qanunauyğunluqlara əsaslanaraq, qütbləşmə əyrilərini analiz etməyi və müxtəlif mühitlərdə (turşu, atmosfer, dəniz suyu) korroziya sürətini hesablamağı bacaracaqlar. Onlar materialların xidmət ömrünü uzatmaq üçün passivləşdirmə, anod/katod mühafizəsi, ingibitorların tətbiqi və qoruyucu örtüklərin çəkilməsi texnologiyalarını mənimsəyəcəklər. Nəticədə, korroziyaya qarşı davamlı material seçimini əsaslandırmaq və sənaye miqyaslı konstruksiyalar üçün kompleks antikorroziv mühafizə sistemləri layihələndirmək qabiliyyəti formalaşacaq.

Mövzu planı

  1. 1.
    Korroziyanın ümumi prinsipləriMühazirə

    Korroziyanın tərifi, materialların korroziyası və proseslərin təsnifatı

  2. 2.
    Metalların kimyəvi korroziyası və örtüklərMühazirə

    Kimyəvi korroziyanın termodinamik, kinetik qanunauyğunluqları və səth örtükləri

  3. 3.
    Elektrokimyəvi korroziya nəzəriyyəsiMühazirə

    Elektrokimyəvi korroziya nəzəriyyəsi və əsas mexanizmlər

  4. 4.
    Polyarizasiya və depolyarizasiya prosesləriMühazirə

    Polyarizasiya və depolyarizasiya proseslərinin mahiyyəti.

  5. 5.
    Metalların passivliyiMühazirə

    Metalların passivləşməsi və bununla bağlı müasir nəzəriyyələr

  6. 6.
    Korroziya faktorlarıMühazirə

    Korroziya proseslərinə təsir edən xarici və daxili amillər

  7. 7.
    Qalvanik elementlər və qalvanik korroziyaMühazirə

    Qalvanik elementlərin iş prinsipi və qalvanik korroziyanın rolu.

  8. 8.
    Turş və qazlı mühitlərdə korroziyaMühazirə

    Müxtəlif aqressiv mühitlərdə (turş və qazlı) korroziyanın xüsusiyyətləri

  9. 9.
    Vahid korroziya növləriMühazirə

    ahid korroziyanın müxtəlif formaları və onlara təsir edən amillər

  10. 10.
    Örtüklə korroziyadan mühafizəMühazirə

    Korroziyaya qarşı müxtəlif növ örtüklərin tətbiqi

  11. 11.
    Ətraf mühitlə mühafizə üsullarıMühazirə

    Ətraf mühit parametrlərinə nəzarət etməklə korroziyanın azaldılması

  12. 12.
    Katod və anod mühafizəsiMühazirə

    Katod və anod mühafizə sistemlərinin prinsipləri və tətbiqi

  13. 13.
    Neft-kimya sənayesində korroziyaMühazirə

    Neft-kimya avadanlıqlarının korroziyaya uğraması və problemləri

  14. 14.
    Yüksək temperatur korroziyasıMühazirə

    Yüksək temperatur şəraitində metalların korroziya mexanizmləri

  15. 15.
    Layihələndirmə, monitorinq və sınaqMühazirə

    Layihələndirmə mərhələsində mühafizə, monitorinq və sınaq metodları

Ədəbiyyat

  1. R.Q. Hüseynov, R.R.Məmmədova, T.İ. Şirinov. Metalların korroziya nəzəriyəsi və mühafizəsi, Bakı 2008

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5