Fənn · Metallurgiya mühəndisliyi
Metalların korroziyası və mühafizə üsulları
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Korroziya prosesləri və mühafizə üsulları fənninin tədris olunmasında məqsəd metalların ətraf mühitlə qarşılıqlı təsir proseslərinin mexanizmini və qanunauyğunluqlarını, müxtəlif şəraitdə metalların korroziyadan qorunması üsullarını , materialların korroziyadan dağılma səbəblərini araşdırmağı, kimyəvi və elektrokimyəvi proseslərə təsir edən amilləri , ingibitorlarla mühafizə örtüklərinin çəkilmə üsullarını və elektrokimyəvi mühafizə üsullarının mahiyyətini öyrətmək, həmçinin tədris olunan fənn barədə biliklərin formalaşdırılması üzrə lazım olan bilik və bacarıqların mənimsənilməsindən ibarətdir
Fənn təlim nəticələri
CLO 1: Bu fənn metalların ətraf mühitlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsiri nəticəsində dağılması (korroziya) proseslərinin mexanizmini araşdırır. Tələbələr termodinamik və kinetik qanunauyğunluqlara əsaslanaraq, qütbləşmə əyrilərini analiz etməyi və müxtəlif mühitlərdə (turşu, atmosfer, dəniz suyu) korroziya sürətini hesablamağı bacaracaqlar. Onlar materialların xidmət ömrünü uzatmaq üçün passivləşdirmə, anod/katod mühafizəsi, ingibitorların tətbiqi və qoruyucu örtüklərin çəkilməsi texnologiyalarını mənimsəyəcəklər. Nəticədə, korroziyaya qarşı davamlı material seçimini əsaslandırmaq və sənaye miqyaslı konstruksiyalar üçün kompleks antikorroziv mühafizə sistemləri layihələndirmək qabiliyyəti formalaşacaq.